Tuesday, 05 İyul 2022 10:04
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Türkiyə XİN: "Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla birlikdə həyata keçirilir"

Türkiyə XİN: "Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla birlikdə həyata keçirilir"

"Xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər can Azərbaycanla yaxın işbirliyi çərçivəsində həyata keçirilməkdədir".

YAZTV-nin xəbərinə görə, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O vurğulayıb ki, bu gün Türkiyə diplomatları dünyanın hər yerində Türkiyə ilə yanaşı, Azərbaycanın da hüquqlarının müdafiəsinin qürurunu yaşayır: "Qarabağ zəfəri sadəcə Azərbaycanın torpaqlarına qovuşması, öz yurdlarından məcburi köçkün düşənlərin yenidən doğma torpaqlarına qovuşması mənasına gəlmir. Bu, bölgəmizdə sülh və firavanlığın yaradılması üçün böyük fürsətdir".

Rusiya və Ermənistan prezidentləri arasında görüş olacaq

Rusiya və Ermənistan prezidentləri arasında görüş olacaq

Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın dövlət başçısı Vaaqn Xaçaturyan ilk dəfə görüşəcək.

YAZTV xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında bildirib.

Dövlət başçıları Sankt-Peterburqda keçirilən beynəlxalq İqtisadi Forum çərçivəsində bir araya gələcəklər.

Y.Uşakovun sözlərinə görə, V.Putin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Bosniya və Hersoqovina Rəyasət Heyətinin üzvü, Serbiyanın sabiq dövlət başçısı Milord Dodiklə də görüşəcək.

Qeyd edək ki, bu gün Sankt-Peterburq şəhərində XXV Beynəlxalq İqtisadi Forum başlayır. Tədbir iyunun 18-dək davam edəcək.

ABŞ-a səyahət edən şəxslərdən COVID-19 testi tələb olunmayacaq

ABŞ-a səyahət edən şəxslərdən COVID-19 testi tələb olunmayacaq

ABŞ-a hava nəqliyyatı ilə səyahət edən sərnişinlərdən COVID-19 test nəticələri, yaxud COVID-19 xəstəliyindən sağalma barədə sertifikat tələb olunmayacaq.

YAZTV xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Bildirilir ki, bu, iyunun 12-dən etibarən qüvvəyə minib.

Bununla belə, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi qərara əsasən, ABŞ vətəndaşlığı və ya miqrasiya vizası olmayan şəxslər əvvəlki kimi peyvənd şəhadətnaməsini təqdim etməlidirlər.

Prezident Ofisi: "Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır"

Prezident Ofisi: "Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır"

“Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmazlığı var”.

YAZTV “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya və Ukrayna artilleriyasının münasibəti müxtəlif sahələrdə 1/10-ə nisbətindədir. Cəbhə xətti 1000 km-dir. Hər gün ukraynalı müdafiəçilərdən belə məlumat alırıq: “Biz dayanmışıq, müqavimət göstəririk, sadəcə olaraq, siz deyin, silahlar nə vaxt olacaq?”, - o yazıb.

M.Podolyak Almaniyanın Ramştayn şəhərindəki ABŞ hərbi bazasında keçirilən görüşün iştirakçılarına müraciət ünvanlayaraq əlavə edib: “Brüssel, qərar gözləyirik”.

Məlumata görə, Raynştayn görüşü təmas qrupunun Ukrayna üzrə üçüncü görüşü Brüsseldə keçiriləcək.

Xatırladaq ki, aprelin sonunda Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbirdə Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplanmışdı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və başqa dövlətlərin nümayəndələri iştirak etmişdilər. Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləmişdilər.

Mayın 23-də isə ikinci görüş keçirilib.

KİV: Ukraynada müharibə 10 il davam edə bilər

KİV: Ukraynada müharibə 10 il davam edə bilər

Ukraynada müharibə 10 il davam edə bilər.

YAZTV CNBC-yə istinadən xəbər verir ki, beynəlxalq tədqiqatçılar hesab edirlər ki, Ukraynadakı müharibə Rusiya ilə on ildən çox davam edəcək dondurulmuş münaqişəyə çevrilə bilər.

Analitiklərə görə, Rusiyanın Severodonetskin ələ keçirməsi ehtimalı getdikcə daha çox görünür:

"Şəhərin işğalı halında, Lisiçanskla birlikdə Rusiya ordusu Luqansk vilayətinə tam nəzarət edəcək. Ruslar bu sahədə uğur qazansalar, çox güman ki, diqqətlərini təxminən yarısı artıq işğal olunmuş Donetsk bölgəsinə yönəldəcəklər".

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun strategiya, texnologiya və silahlara nəzarət üzrə direktoru Uilyam Alberke hesab edir ki, Rusiyanın müdafiə xəttinin hardasa düşəcəyi ehtimalı var. Sonra onlar Severodonetsk cəbhəsindən şimala, Xarkova və ya Xersona çəkilməli olacaqlar.

Alberke bildirib ki, Ukrayna Rusiya ordusunu dəf etməyə başlasa, bu, onu ərazi ambisiyalarını daha da azaltmağa məcbur edəcək. O zaman isə onilliklər və ya daha çox davam edən dondurulmuş münaqişə yarana bilər.

Qeyd edək ki, Severodonetsk və Lisiçansk Luqansk vilayətində Ukrayna hərbçilərinin əlində olan sonuncu şəhərlərdir. Rusiya hərbçiləri Severdonetskə çata biləcək bütün körpüləri dağıdıblar.

Gürcüstanda koronavirusa 515 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 515 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son həftə ərzində koronavirusa 515 yeni yoluxma faktı təsdiqlənib.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

İyunun 6-dan 12-dək olan müddətdə daha 546 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə vəfat edib.

Hazırkı dövrədək Gürcüstanda COVID-19 infeksiyasına 1 658 755 nəfər yoluxub. Onların 1 641 348-i sağalıb, 16 838-i ölüb.

İranın cənubunda ardıcıl beş güclü zəlzələ oldu

İranın cənubunda ardıcıl beş güclü zəlzələ oldu

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında 5 zəlzələ qeydə alınıb.

YAZTV  xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.

Zəlzələ baş verən məkana İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb edilib.

Dağıntı və insan itkisi haqqında məlumat verilməyib.

Çavuşoğlu NATO baş katibi ilə danışıb

Çavuşoğlu NATO baş katibi ilə danışıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

Bu barədə  Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, telefon danışığı zamanı tərəflər arasında NATO-nun Şərqə doğru genişlənməsi haqqında fikir mübadiləsi aparılıb.

Dünyada dollar milyonçularının sayı artıb

Dünyada dollar milyonçularının sayı artıb

Dünyada dollar milyonçularının sayı artıb.

YAZTV xəbər verir ki, bu barədə “Capgemini” konsaltinq şirkəti tərəfindən açıqlanan Dünya Sərvətinin Hesabatında (“World Wealth Report”) bildirilib.

Sənədə əsasən, 2021-ci ildə milyonçuların sayı 7,8 faiz çoxalaraq 22,6 milyon nəfərə yüksəlib. Dünya varlılarının ümumi sərvətləri ötən illə müqayisədə 8 faiz artaraq 86 trilyon dollara (82 trilyon avro) çatıb.

Hesabat dövründə dünyada ən varlıların sayına görə üçlüyə daxil olan Almaniyada dollar milyonçularının sayı 2020-ci illə müqayisədə 100 min nəfər artaraq 1 milyon 630 min nəfər təşkil edib.

Almaniyada dollar milyonçularının sərvəti son bir ildə 7,4 faiz artaraq 6,3 trilyon dollar (6 trilyon avro) olub.

“Capgemini”nn hesabatına əsasən, dollar milyonçularının sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 7 milyon 460 min milyonçu var. İkinci yeri 3 milyon 650 min nəfərlə Yaponiya, üçüncü yeri 1 milyon 630 min nəfərlə Almaniya tutur, sonrakı sırada isə 1 milyon 540 min milyonçu ilə Çin gəlir.

Mayda Azərbaycanda gündəlik xam neft hasilatı 571,3 min barel olub

Mayda Azərbaycanda gündəlik xam neft hasilatı 571,3 min barel olub

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 679,9 min barel olub.

Bu barədə ""YAZTV-yə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Bunun 571,3 min barrelini xam neft, 108,6 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 27-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulurdu.

Rusiya 49 britaniyalıya sanksiya tətbiq edib

Rusiya 49 britaniyalıya sanksiya tətbiq edib

Rusiya Böyük Britaniya hökumətinin aparıcı jurnalistləri və daxili müdafiə kompleksi şirkətlərinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq edib.

YAZTV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Belə ki, Böyük Britaniyanın bir sıra kütləvi informasiya vasitələrinin, habelə silahlı qüvvələrin komandanlığının, hərbi sənaye kompleksinin ümumilikdə 49 nümayəndəsi “stop siyahısı”na daxil edilib.

Siyahıya daxil olan britaniyalı jurnalistlərin Rusiya, Ukrayna və Donbass hadisələri haqqında qəsdən yalan və birtərəfli məlumatların yayılmasında iştirakı iddia edilir.

Böyük Britaniyanın müdafiə kompleksi ilə əlaqəli şəxslər isə Ukraynada mülki əhalinin öldürülməsi və infrastrukturun məhv edilməsi üçün istifadə olunan silahların tədarükü ilə bağlı qərarların qəbulunda iştirakda təqsirli sayılır.

ABŞ dollarının möhkəmlənməsi fonunda neft bir qədər ucuzlaşıb

ABŞ dollarının möhkəmlənməsi fonunda neft bir qədər ucuzlaşıb

ABŞ dollarının digər valyutalara nisbətdə bahalaşması, həmçinin Çin və Liviyadakı vəziyyət fonunda dünya bazarlarında neftin qiyməti bir qədər düşüb.

YAZTV birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,16% ucuzlaşaraq 1 bareli 122,07 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,12% aşağı düşərək 1 bareli 120,78 ABŞ dolları təşkil edib.

ABŞ dollarının məzənnəsinin artması neftin qiymətinə təzyiq göstərir. Belə ki, daha güclü dollar nefti satınalmalar üçün daha az əlçatan edir. Bir neçə gün davam edən artımdan sonra dolların indeksi 105 bənddən yuxarıdır, bu isə 2002-ci ilin dekabrından sonra ən yüksək göstəricidir.

Treyderlər neftin ən böyük idxalçı və istehlakçılarından olan Çində koronavirusa yoluxmanın artması fonunda tələbin perspektivlərini qiymətləndirirlər. İnvestorlar Çində COVID-19 əleyhinə tədbirlərin sərtləşdirilməsinin tələbə təsir göstərəcəyindən narahatdırlar.

Bazara təsir edən digər bir vacib amil Liviyadakı vəziyyətdir. Hazırda ölkədə davam edən siyasi böhran səbəbindən neft hasilatı demək olar ki, dayanıb. Belə ki, hazırda gündəlik neft hasilatı 100 min barel səviyyəsindədir, ötən il isə bu göstərici gündəlik 1,2 milyon barel təşkil edib.