Tuesday, 05 İyul 2022 11:33
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
ABŞ dollarının möhkəmlənməsi fonunda neft bir qədər ucuzlaşıb

ABŞ dollarının möhkəmlənməsi fonunda neft bir qədər ucuzlaşıb

ABŞ dollarının digər valyutalara nisbətdə bahalaşması, həmçinin Çin və Liviyadakı vəziyyət fonunda dünya bazarlarında neftin qiyməti bir qədər düşüb.

YAZTV birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,16% ucuzlaşaraq 1 bareli 122,07 ABŞ dollarına satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,12% aşağı düşərək 1 bareli 120,78 ABŞ dolları təşkil edib.

ABŞ dollarının məzənnəsinin artması neftin qiymətinə təzyiq göstərir. Belə ki, daha güclü dollar nefti satınalmalar üçün daha az əlçatan edir. Bir neçə gün davam edən artımdan sonra dolların indeksi 105 bənddən yuxarıdır, bu isə 2002-ci ilin dekabrından sonra ən yüksək göstəricidir.

Treyderlər neftin ən böyük idxalçı və istehlakçılarından olan Çində koronavirusa yoluxmanın artması fonunda tələbin perspektivlərini qiymətləndirirlər. İnvestorlar Çində COVID-19 əleyhinə tədbirlərin sərtləşdirilməsinin tələbə təsir göstərəcəyindən narahatdırlar.

Bazara təsir edən digər bir vacib amil Liviyadakı vəziyyətdir. Hazırda ölkədə davam edən siyasi böhran səbəbindən neft hasilatı demək olar ki, dayanıb. Belə ki, hazırda gündəlik neft hasilatı 100 min barel səviyyəsindədir, ötən il isə bu göstərici gündəlik 1,2 milyon barel təşkil edib.

İran İnqilab Keşikçiləri Qvardiyasının iki zabiti müəmmalı şəkildə ölüb

İran İnqilab Keşikçiləri Qvardiyasının iki zabiti müəmmalı şəkildə ölüb

İran İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Aerokosmik Qoşunlarının iki zabiti Əli Kamani və Məhəmməd Abdus müəmmalı şəkildə ölüb.

YAZTV “İranintl”ə istinadən xəbər verir ki, bu barədə qvardiyaya yaxın mənbələr bildirib.

İnqilab Keçikçiləri Qvardiyasının Mərkəz əyalətindəki qoşunlarının ictimaiyyətlə əlaqələr bölməsinin açıqlmasına əsasən Əli Kamani İranın Xomeyni şəhərində avtomobil qəzasında həyatını itirib. Açıqlamada o, şəhid adlandırılıb.

“Fars” xəbər agentliyi isə bildirib ki, Məhəmməd Abdus İranın Semnan əyalətində xidməti vəzifəsini icra edən zaman ölüb. O, da şəhid kimi təqdim olunub.

Lakin SEPAH zabitlərinin ölümünün təfərrüatı açıqlanmayıb.

Xatırladaq ki, son bir neçə ay ərzində İranın müxtəlif şəhərlərində SEPAH-ın bir neçə zabitinin müxtəlif səbəblərdən öldüyünə dair məlumatlar yayılıb. Hakimiyyət təmsilçiləri bir çox hallarda bu hadisələri İsrail kəşfiyyatı (“Mossad”) ilə bağlayırlar.

Qeyd edək ki, son 20 gündə nüvə alimi Əyyub İntizari və İnqilab Keşikçiləri Qvardiyası “Qüds” qolunun zabitlərindən Əli İsmayılzadənin də öldüyünə dair məlumat yayılmışdı.

SEPAH-ın Hərbi Hava Qüvvələri raket və kosmik missiyaların icrasına da məsuliyyət daşıyır. Onun komandanı Əmir Əli Hacızadədir.

Rusiya Günündə Melitopolda terror aktı

Rusiya Günündə Melitopolda terror aktı

Melitopolda Daxili İşlər Nazirliyinin Baş İdarəsinin binası yaxınlığında partlayıcı qurğu işə düşüb, iki nəfər yaralanıb.

YAZTV xəbər verir ki, partlayış barədə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəis müavini Aleksey Selivanov öz Telegram kanalında bildirib.

"Rusiya Günündə Melitopolda terror aktı. Partlayıcı qurğu Daxili İşlər Nazirliyinin Baş İdarəsinin binasının yaxınlığındakı zibil qutusuna qoyulub. Bütün əməkdaşlar və hərbçilər sağdır" - o yazıb və əlavə edib ki, iki mülki şəxslər yaralanıb.

O izah edib ki, yoldan keçən qız xəsarət alıb. "O, yaralanıb, qan içində xəstəxanaya aparılıb. Bir də kürəyindən yaralanan mülki şəxs" - Selivanov bildirib.

Onun sözlərinə görə, hadisənin bütün hallarının müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Melitopolda terror aktı üçün istifadə edilən partlayıcı qurğunun gücü 700-800 qram trotil olub. 

Ukrayna Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukrayna Rusiyanın itkilərinin sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 32 500 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 434 ədəd tankı, 3 503 ədəd zirehli döyüş maşını, 721 ədəd artilleriya sistemi, 229 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 213 ədəd hərbi təyyarəsi, 179 ədəd helikopteri, 2 473 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 588 ədəd dronu, 125 qanadlı raket və 54 ədəd xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Almaniya, İtaliya və Fransa liderləri birlikdə Ukraynaya səfər edəcək

Almaniya, İtaliya və Fransa liderləri birlikdə Ukraynaya səfər edəcək

Almaniya kansleri Olaf Şolts, İtaliyanın Baş naziri Mario Draqi və Fransa Prezidenti Emmanuel Makron iyunun 16-da birlikdə Ukrayna paytaxtı Kiyevə səfər edəcək.

YAZTV  xəbər verir ki, bunu “La Stampa” qəzeti yazıb.

Avropa İttifaqına üzv olan 3 ölkənin lideri Ukraynadakı vəziyyətlə yerində tanış olacaq, Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəklər.

Finlandiya Prezidenti: "İsveç olmadan NATO-ya daxil olmayacağıq"

Finlandiya Prezidenti: "İsveç olmadan NATO-ya daxil olmayacağıq"

Finlandiya Prezidenti Sauli Niiniste NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında ölkəsinin İsveç olmadan NATO-ya üzv olmayacağını bildirib.

YAZTV xəbər verir ki, bu barədə NRK məlumat yayıb.

Onun sözlərinə görə, əgər İsveçin Türkiyə ilə mövcud problemləri ölkənin alyansa üzvlüyünü təxirə salacaqsa, o zaman Finlandiya da NATO-ya daxil olmayacaq.

“İsveçin səbəbi bizim işimizdir. Bu o deməkdir ki, biz əl-ələ verib irəliləyirik”, - Niiniste bildirib.

Volodimir Zelenski Amerika yəhudilərindən dəstək istəyib

Volodimir Zelenski Amerika yəhudilərindən dəstək istəyib

“Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm”.

YAZTV “İnterfax”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Yəhudiləri Beynəlxalq Komitəsi Forumuna (“American Jewish Committee Global Forum”) müraciətində bildirib.

“Rusiya hələ də ümid edir ki, dünyanın reaksiyasına məhəl qoymadan Ukraynaya, dinc insanlara qarşı müharibəni davam etdirməyə kifayət qədər güc var. Rusiyanın insanlığa nifrətini dayandırmaq üçün səylərinizi ikiqat artırmağınızı xahiş edirəm. Onun Ukraynaya və Avropada azadlığa qarşı müharibəni davam etdirmək gücü nifrətdədir. Onun nifrəti ukraynalılara, Ukraynanın mədəniyyətinə və tarixinədir”, V.Zelenski bildirib.

O qeyd edib ki, müharibənin dəhşətinə baxmayaraq Ukrayna müxtəlif mədəniyyətlər üçün açıqdır.

Ukrayna Prezidenti daha sonra vurğulayıb: “Bizə güclü hücum silahları lazımdır. Onlar olmadan müharibə ancaq uzanacaq və qurbanların sayı artacaq. Mən bilirəm ki, sizin köməyiniz vacibdir. Siz öz təsirinizi artıra bilərsiniz. Çünki ümumi azadlığımızı, təhlükəsizliyimizi, mədəni müxtəlifliyimizi qorumaq üçün tarixi imkan yaranıb”.

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 32 300 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 432 ədəd tankı, 3 492 ədəd zirehli döyüş maşını, 718 ədəd artilleriya sistemi, 226 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 213 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2 460 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 585 ədəd dronu, 125 qanadlı raket və 54 ədəd xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Türkiyə Prezidenti: "Qərbə etibar etmək olmaz"

Türkiyə Prezidenti: "Qərbə etibar etmək olmaz"

"Qərb ölkələrinə etibar etmək olmaz".

YAZTV "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda gənclərlə görüşündə deyib.

"Onlardan (Yunanıstan - red) niyə bu (Amerika - red) bazalarını yaratdığınızı soruşduqda, onlar belə cavab verirlər: "Rusiyaya qarşı". "Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə gəldikdə”.

Ukrayna Prezident Ofisi: "Rusiya uduzanadək müharibə davam edəcək"

Ukrayna Prezident Ofisi: "Rusiya uduzanadək müharibə davam edəcək"

“Ukrayna Prezidenti Volodimir Zelenski qarşıya iki proqram qoyub: minimum və maksimum”.

YAZTV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak Belarusda çıxan “Zerkalo” qəzetinə müsahibəsində bildirib.

“Prezidentin təklif etdiyi minimum proqram Rusiya qoşunlarının fevralın 23-dəki mövqeyinə çəkilməsidir. Bundan sonra biz bir-birimizə qarşı bütün iddiaları müzakirə edə biləcək sülh danışıqlarına başlaya bilərik. Maksimum tapşırıq isə Ukraynanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində ərazi bütövlüyü, Rusiyanın məğlubiyyəti və dəyişikliyin edilməsindən ibarətdir. Əks halda Rusiya zəhərli təbliğat aparacaq, revanşist ovqatla yeni müharibənin bərpasına səy edəcək. Problem budur”, - o vurğulayıb.

M.Podalyak deyib ki, Ukrayna Rusiyaya ərazilərini tərk etməsi zəruriliyini sübuta yetirənədək müharibə davam edəcək: “Bu, çox mürəkkəb və çətindir. Bunu sübut etmək üçün hər gün qəhrəman oğullarımız həlak olur. Həmin insanlar dövlət üçün əlavə dəyər yaradırlar. Bizim adamlar belədir. Onlar həlak olurlar. Bu o deməkdir ki, biz son dərəcə vacib olanı Ukrayna üçün itiririk. Bu bizim qızıl sərvətimizdir. Qiymətimizi aşağı salacaq mexanizm tapmaq mümkün deyil. Rusiya Federasiyasının nə qədər ödədiyi məni maraqlandırmır. Bu bizim üçün yüksək qiymətdir. Ancaq buna baxmayaraq, Rusiya uduzanadək mübarizəni aparacağıq”.

Daha bir ölkədə meymunçiçəyinə yoluxma faktı aşkarlandı

Daha bir ölkədə meymunçiçəyinə yoluxma faktı aşkarlandı

Venesuelada meymunçiçəyinə yoluxma halı qeydə alınıb.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 “İspaniyanın paytaxtı Madriddən ölkəyə daxil olan xəstə eyni ölkənin Barselona şəhərində iki yoluxmuş şəxslə təmasda olub. O, dərhal təcrid olunub, müvafiq analizlər aparılıb və nəticə müsbət olub. Xəstənin vəziyyəti stabildir”, - nazirlik tviterdə bildirib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti adətən 1 % ilə 10 % arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarının payına düşür.

Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 540 milyonu ötüb

Dünyada koronavirusa yoluxanların sayı 540 077 931 nəfərə çatıb.

Bu barədə YAZTV ayrı-ayrı ölkələrin koronavirusa yoluxma ilə bağlı statistikalarına istinadən xəbər verir.

Rəsmi məlumatlara əsasən vrusun yayılmasında indiyədək COVID-19-dan 6 milyon 330 min 577 nəfər dünyasını dəyişib. Eyni zamanda xəstəliyin aşkarlandığı 512 656 843 nəfər sağalıb. Əgər əvvəllər ABŞ koronavirusdan gündəlik ölüm sayına görə dünyada birinci idisə, indi Tayvan (son bir gündə daha 211 yoluxma) onu qabaqlayıb.

Tayvan koronavirusa gündəlik yoluxma sayına görə də ABŞ-ı qabaqlayıb. Son bir gündə ada dövlətdə daha 79 663 nəfərdə koronavirus aşkarlanıb.

Qeyri-rəsmi məlumatlara görə, son sutkada dünyada koronavirusdan ümumilikdə 800 ölüm qeydə alınıb. Qeyd edək ki, bu hələ son rəqəm deyil. Bəzi ölkələr COVID-19-dan ölüm hallarını gizlədirlər.

Eyni zamanda son bir gündə dünyada koronavirusa 344 370 yoluxma aşkarlanıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.