Tuesday, 05 İyul 2022 10:53
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ərdoğan Putin və Zelenski ilə taxıl dəhlizinin yaradılmasını müzakirə edəcək

Ərdoğan Putin və Zelenski ilə taxıl dəhlizinin yaradılmasını müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynadan taxıl ixracı üçün təhlükəsiz dəhlizin yaradılmasını müzakirə etmək üçün gələn həftə Rusiya lideri Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq.

YAZTV "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə lideri Vanda gənclərlə görüşündə deyib.

"Ukrayna ilə Rusiya arasında müharibə gedir və biz bilirik ki, kənd təsərrüfatı məhsulları böyük ölçüdə bu ölkələrdən gəlir. İndiki mərhələdə bununla bağlı heç bir problemimiz yoxdur, anbarlarımızda 5 milyon ton buğda var, amma biz bu həcmləri artırmaq istərdik", - Ərdoğan vurğulayıb.

Bayden Putindən danışıb: “Görün o nə edir”

Bayden Putindən danışıb: “Görün o nə edir”

“Rusiya Prezidenti Vladimir Putin təkcə Ukraynanı işğal etməyib. O, müstəqil Ukrayna mədəniyyətini məhv etmək istəyir, çünki onun sadəcə mövcud olmadığına inanır. "Görün o (Putin - red.) nə edir”.

YAZTV xəbər verir ki, bunları ABŞ Prezidenti Cozef Bayden deyib.

"O, təkcə qalanları yer üzündən silmir. Onların bütün mədəniyyət ocaqlarını, muzeylərini, məktəblərini, attraksionlarını məhv edir. O, Ukrayna xalqının mədəniyyətini məhv etməyə çalışır”, - Bayden bildirib.

Ağ Ev rəhbəri qeyd edib ki, kənarda qalmaq və Ukraynanı dəstəkləməmək mövqeyi qəbuledilməzdir, bu isə o deməkdir ki, Qərb iqtisadi problemlərə baxmayaraq, Ukraynaya yardımı davam etdirəcək.

"Bizim dayanıb bunun baş verməsinə icazə verə biləcəyimiz ideyası sadəcə qeyri-mümkündür. Mümkün deyil. Və buna görə də biz NATO-nu gücləndirmişik, buna görə də Ukraynaya kömək edirik", - Bayden əlavə edib.

Avropa Komissiyasının rəhbəri Kiyevdə səfərdədir

Avropa Komissiyasının rəhbəri Kiyevdə səfərdədir

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu dövlətin bərpası və Avropaya inteqrasiyası barədə məsələləri müzakirə etmək üçün Kiyevdə səfərdədir.

YAZTV xəbər verir ki, bu barədə Ursula fon der Lyayen tviterdə məlumat verib.

“Kiyevə qayıtdığım üçün şadam. Prezident Zelenski ilə birlikdə ölkənin bərpası üzrə birgə işin nəticələrini müzakirə edəcəyəm və Ukraynanın Avropa yolunda əldə etdiyi irəliləyişi qiymətləndirəcəyəm”- o qeyd edib.

Qeyd edək ki, iyunun 17-də Avropa Komissiyası Ukraynaya Avropa İttifaqına namizəd ölkə statusu verilməsi məsələsini müzakirə edəcək.

Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya vasitəsilə marşrutlar yaradıb

Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya vasitəsilə marşrutlar yaradıb

Ukrayna taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən iki marşrut yaradıb.

YAZTV “Reuters”ə istinadən xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Sammiti çərçivəsində deyib.

Onun sözlərinə görə, Ukrayna Baltikyanı ölkələrlə ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı danışıqlar aparır.

"Bu marşrutları inkişaf etdirmək üçün əlimizdən gələni edirik", - o, bildirib.

Senik qeyd edib ki, Ukrayna ərazisində ixrac üçün 30 milyon tona qədər taxıl saxlanılır.

Fransada seçki keçirilir

Fransada seçki keçirilir

Fransada parlament seçkilərinin birinci turu keçirilir.

"YAZTV" xəbər verir ki, Fransada 48,7 milyon seçici növbəti 5 il üçün Milli Assambleyaya 577 deputatı seçəcəklər.

Fransız seçicilər bu gün yerli vaxtla səhər saat 8:00-dən axşam saat 18:00-dək, böyük şəhərlərdə isə saat 20:00-dək istədikləri namizədə səs verəcəklər. Parlament seçkilərinin birinci turunun ilkin nəticələri axşam saat 20:00-da açıqlanacaq.

Qeyd edək ki, 2017-ci il seçkilərində 51,3 faiz seçici bitərəf qalıb və bu, 5-ci Respublika üçün rekord rəqəm olub. Ancaq builki seçkilərlə bağlı aparılmış sosial sorğuların nəticələri bu rekord rəqəmin yenilənəcəyini və bitərəflərin 54 faiz gözlənildiyindən xəbər verir.

Fransada parlament seçkilərinin ikinci turu iyunun 19-da keçiriləcək.

Gürcüstanın Baş naziri Prezidenti müxalifətlə eyniləşdirib

Gürcüstanın Baş naziri Prezidenti müxalifətlə eyniləşdirib

“Son bir neçə həftə ərzində prezidentin müxtəlif ölkələrə rəsmi səfərləri ilə bağlı bütün müraciətlərini imzalamışam və onun təmin edilməyən xahişi olmayıb”.

YAZTV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Prezident Salome Zurabişvilinin hökumətin onun Polşa, Ukrayna və Fransaya səfərinə icazə verməməsi ilə bağlı dediklərinə münasibət bildirərkən deyib.

Hökumət başçısı jurnalistlərə açıqlamasında dövlət başçısının destruktiv müxalifətin və ölkənin düşmənlərinin bəyanatlarını təkrarladığına təəssüf etdiyini bildirib: “Deyildiyi kimi, əgər hökumət prezidenti bloklayırsa, o zaman dövlət başçısı Brüsselə necə səfər etdi?. Ümid edirəm ki, o, hökumətin işindən daha yaxşı baş çıxaracaq”.

Pandemiyadan ən çox zərər çəkən ölkələr məlum olub

Pandemiyadan ən çox zərər çəkən ölkələr məlum olub

Dünyada koronavirus pandemiyasından ən çox zərər çəkən ölkələr məlum olub.

Bu barədə YAZTV ayrı-ayrı ölkələrin koronavirusa yoluxma və ölümlə bağlı statistikalarına istinadən xəbər verir. Belə ki, 2019-cu ilin sonlarında sürətlə yaylmağa başlayan və 2020-ci ilin martında pandemiya səvissəyində elan edilən koronavirus bu illər yoluxma sayı ilə bağlı ən çox ABŞ-a (87 258 735), Hindistana (43 219 491 yoluxma), Braziliyaya (31 445 137), Fransaya (29 770 522), Almaniyaya (26 847 424), Böyük Britaniyaya (22 382 352), Rusiyaya (18 373 184), Cənubi Koreyaya (18 218 078), İtaliyaya (17 634 065), Türkiyəyə (15 072 747), İspaniyaya (12 478 994), Vyentama (10 729 681) ziyan vurub.

Dünyada koronavirusla mübarizəyə ən çox vəsait ayıran ölkələr arasında ABŞ, Braziliya, Hindistan, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya ilk yerləri tutur.

Pandemiya dövründə insan itkisi baxımından da ən böyük ziyan ABŞ-a (1 035 713 ölüm), Braziliyaya (668 074), Hindistana (524 757), Rusiyaya (379 955), Meksikaya (325 144), Peruya (213 308), Böyük Britaniyaya (179 217), İndoneziyaya (156 641 ölüm), Fransaya (148 749 ölüm), İrana (141 349), Almaniyaya (140 180), İspaniyaya (107 108 ölüm) və digər ölkələrə dəyib.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Suriyada terror aktı törədildi - 8 ölü

Suriyada terror aktı törədildi - 8 ölü

Suriyanın Dera əyalətində terrorçular tərəfindən yerləşdirilmiş minanın partlaması azı 8 mülki şəxsin ölümünə səbəb olub.

YAZTV xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

Bildirilir ki, Deyr əl-Adas bölgəsində kənd işçilərinin olduğu yük maşınının keçdiyi yolun kənarında mina quraşdırılıb.

“Partlayış nəticəsində 5 nəfər həlak olub, daha 3 nəfər aldığı yaralardan xəstəxanada ölüb”, - deyə Səhiyyə Departamentinin rəhbəri Əşrəf Barmu agentliyə bildirib. Onun sözlərinə görə, daha 27 nəfər xəsarət alıb, onlardan 17-si xəstəxanaya yerləşdirilib.

Ukrayna Baş Qərargahı: “Rusiya qoşunları Slavyansk və Severskə hücuma hazırlaşır”

Ukrayna Baş Qərargahı: “Rusiya qoşunları Slavyansk və Severskə hücuma hazırlaşır”

“Rusiya qoşunları Slavyansk və Severskə hücuma hazırlaşır”.

YAZTV UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz feysbuk səhifəsində yazıb.

“Slavyansk istiqamətində düşmən əsas səylərini hərbi birləşmələrini Slavyanska qarşı hücuma hazırlığa cəmləşdirir. Onlar Paseka-Boqorodiçnoe istiqamətində hücum əməliyyatları aparır. Üstəlik, Boqorodiçnoenin şimal-qərb hissəsində möhkəmlənməyə çalışır. Liman istiqamətində isə qoşunları yenidən qruplaşdırır, döyüş sursatı və yanacaq ehtiyatlarını artırır”, - Ukrayna Baş Qərargahı vurğulayıb.

Karakasla Tehran arasında təyyarə reysi açılacaq

Karakasla Tehran arasında təyyarə reysi açılacaq

“İyulun 18-dən etibarən turizmi və hər iki ölkə arasında birliyi təşviq etmək üçün turistləri paylaşmağa imkan verən paketlər vasitəsilə Karakas-Tehran reysi açılacaq. Şübhəsiz ki, İran və Venesuela arasında əlaqələr möhkəmlənir və genişlənir”.

YAZTV” xəbər verir ki, bu barədə Venesuela Prezidenti Nikolas Maduro bildirib.

İranlı həmkarına minnətdarlıq edən Venesuela lideri iki ölkə arasında dostluq əlaqələrinin daha da dərinləşəcəyini vurğulayıb.

“Təşəkkürlər Prezident Rəisi! Əminəm ki, xalqlarımız arasında sarsılmaz dostluq möhkəmlənəcək, biz ölkələrimizin necə çətinliklər içində böyüdüyünün, yeni və antiimperialist dünyanın yarandığının şahidi olacağıq. Qardaş İran Respublikası, dəstəyimizə arxayın olun!”, - Maduro sosial şəbəkə hesabında qeyd edib.

Ukrayna Prezidentinin Ofisi: “Rusiya süni şəkildə ərzaq böhranı yaradır”

Ukrayna Prezidentinin Ofisi: “Rusiya süni şəkildə ərzaq böhranı yaradır”

“Rusiya qoşunları yandırıcı güllələrlə atəşə tutaraq əkin sahələrini məhv edir”.

YAZTV Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak bildirib.

A.Yermak deyib ki, qlobal ərzaq böhranı yaradanlar Ukrayna məhsulunu da məhv etmək istəyirlər.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri düşmənlə döyüşməklə yanaşı, həm də yanğınları söndürürlər.

“Döyüşçülərimiz yanğınları söndürür. “Qida terroru”na son qoyulmalıdır. Biz müttəfiqlərimizlə ərzaq böhranının həlli yollarını müzakirə edirik”, - A.Yermak əlavə edib.

ABŞ-ın büdcə kəsiri 2 dəfə azalıb

ABŞ-ın büdcə kəsiri 2 dəfə azalıb

Bu ilin may ayında ABŞ-ın büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə və ya 50 % azalaraq 66 milyard ABŞ dolları olub.

YAZTV  bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, bu dövrdə büdcə kəsiri ilə bağlı proqnoz 120 milyard ABŞ dolları təşkil edirdi.

Mayda hökumətin gəlirləri 389 milyard ABŞ dolları (illik müqayisədə 16 % az), xərcləri isə 455 milyard ABŞ dolları (24 % az) təşkil edib.

Bununla da, ABŞ-da maliyyə ilinin ilk 8 ayında ümumi büdcə kəsiri 426 milyard ABŞ dollara çatıb. Halbuki, ötən ilin eyni dövründə büdcə kəsiri 2 trilyon ABŞ dolları səviyyəsində olub.

ABŞ maliyyə ilinin ilk 8 ayında büdcə gəlirləri 31 % artaraq 3,4 trilyon ABŞ dollara, xərcləri isə 19 % azalaraq 3,8 trilyon ABŞ dollara enib.