Friday, 01 İyul 2022 03:13
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Fransa Milli Assambleyasına ilk dəfə qadın rəhbərlik edəcək

Fransa Milli Assambleyasına ilk dəfə qadın rəhbərlik edəcək

Fransada Jael Braun-Pive adlı qadın ilk dəfə Milli Assambleyanın sədri seçilib. O, iyun parlament seçkilərində çoxluğu qazanmış, lakin yeni hökuməti formalaşdırmaq üçün kifayət etməyən “Birgə” prezident tərəfdarı siyasi koalisiyasının üzvüdür.

YAZTV xəbər verir ki, bu barədə "Le Monde" yazır.

Bildirilib ki, Braun-Pive seçkidən sonra çıxışında “konsensus, kompromis, fikir mübadiləsi və kollegiallığın” tərəfdarı olduğunu bildirib.

51 yaşlı Braun-Piv hüquqşünasdır, 2017-ci ildə prezidentyönlü "İrəli, Respublika!" Milli Məclisə seçilmiş, Hüquq Məsələləri Komitəsinə rəhbərlik edib.

Bu günədək Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb

Bu günədək Ukrayna Türkiyədən 50-dək "Bayraktar" alıb

“Ukrayna "Bayraktar" zərbə pilotsuz təyyarələrinin ən böyük alıcılarından birinə çevrilib. Biz indiyədək 50-yə qədər PUA almışıq”.

YAZTV xəbər verir ki, bu fikirləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, "Baykar Makina” şirkəti artıq ikinci dəfədir Ukraynaya silahlarını tamamilə pulsuz verir: "Bayraktar”lar Ukrayna Silahlı Qüvvələrinin silah arsenalının “hörmətli üzvü”dür".

O.Reznikov həmçinin bildirib ki, iyulda Ukraynaya yeni PUA-lar veriləcək.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri ilk zərbə dronlarını hələ 2021-ci ilin iyulunda alıb.

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də keçiriləcək

Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin növbəti görüşü iyulun 1-də keçiriləcək

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - səfir Sərdar Kılıç və parlament sədrinin müavini Ruben Rubinyan arasında növbəti görüş iyulun 1-də olacaq.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş Avstriyanın paytaxtı Vyanada keçiriləcək.

Qeyd edək ki, Ruben Rubinyan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesində Ermənistanın rəsmi təmsilçisidir. Türkiyə tərəfdən bu istiqamətdə danışıqlara Türkiyənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç başçılıq edir.

Nümayəndələr arasında artıq üç dəfə: yanvarın 14-də Moskvada, fevralın 24-də və mayın 3-də Vyanada görüş olub.

Bolqarıstan 70 rus diplomatını ölkədən çıxarır

Bolqarıstan 70 rus diplomatını ölkədən çıxarır

Bolqarıstan Rusiyanın Sofiyadakı səfirliyindən casusluq ittihamı ilə 70 diplomatı ölkədən çıxarmaq qərarına gəlib. YAZTV xəbər verir ki, Bolqarıstanın istefa verən hökumətinin baş naziri Kirili Petkov 70 rus diplomatının persona non-qrata elan edildiyini açıqlayıb.

Eks baş nazir Petkov məclisdə jurnalistlərin suallarını cavablandırarkən casusluq etdikləri səbəbi ilə təyyarə ilə ölkələrinə göndəriləcəyini bildirib. Rusiya Federasiyası Bolqarıstanda güclü lobbiyə malik olmasına baxmayaraq, Bolqarıstan 2021-ci ildən bu yana 10-dan çox rus diplomatını casusluq ittihamı ilə ölkədən xaric edib.

Gürcüstan buğda ixracına qadağa qoyur

Gürcüstan buğda ixracına qadağa qoyur

İyulun 4-dən Gürcüstan yerli istehsal olan buğda və arpanın ixracına qadağa tətbiq edəcək.

YAZTV xəbər verir ki, bu barədə qərarı Gürcüstan hökuməti qəbul edib.

Qərar ölkədə buğda defisitinə yol verməmək məqsədi daşıyır.

İxrac qadağası bir il müddətində - 2023-cü ilin iyulun 4-dək qüvvədə olacaq.

Rusiya iki gündə Ukrayna ərazisinə 150-220 milyon dollarlıq raket atıb

Rusiya iki gündə Ukrayna ərazisinə 150-220 milyon dollarlıq raket atıb

Rusiya iyunun 25-26-da Ukrayna ərazisinə ümumi dəyəri 150-220 milyon dollar olan raket atıb.

YAZTV xəbər verir ki, bunu ABŞ-ın məşhur “Forbes” nəşri yazıb.

Həmin günlərdə Rusiya Ukrayna ərazisinə 60-80 uzun mənzilli raket atıb. Raketlərin əksəriyyəti Jitomir (30) və Çerniqov (20) vilayətlərinə düşüb. Bundan başqa, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də Rusiya qoşunlarının raket hücumlarına məruz qalıb.

Məlumata görə, Rusiya əlində olan bütün raketlərdən, o cümlədən, "Toçka-U", "X-22", "Oniks", "İskəndər", "Kalibr" və "X-101" raketlərindən istifadə edir.

Xatırladaq ki, bazar ertəsi, iyunun 27-də Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edib. Raketlərdən biri Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə düşüb. Hücum nəticəsində indiyədək 18 nəfərin öldüyü məlumdur.

Sabah Türkiyə ilə İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək

Sabah Türkiyə ilə İsveç arasında siyasi məsləhətləşmələr keçiriləcək

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasında istefalar baş verib.

YAZTV xəbər verir ki, Sozar Subari, Mixeil Kavelaşvili və Dmitri Xundadze partiya sıralarını tərk ediblər.

Onlar parlamentdəki vəzifələrindən də istefa veriblər.

İstefalara səbəb parlament çoxluğunun bugünkü iclasında razılaşdırılmayan məsələ olub.

S.Subari, M.Kavelaşvili və D.Xundadze deputat mandatlarını saxlayırlar.

Qeyd edək ki, S.Subari parlamentin Regional siyasət, M.Kavelaşvili İdman və gənclər məsələləri, D.Xundadze isə Səhiyyə və sosial məsələlər üzrə komitəsinin sədri olub.

Novorossiyskdə fövqəladə vəziyyət elan edilib

Novorossiyskdə fövqəladə vəziyyət elan edilib

Qara dənizin Semes buxtasında İkinci Dünya müharibəsi dövrünə aid fuqasın aşkarlanması səbəbindən Novorossiyskdə fövqəladə vəziyyət elan edilib.

Bu barədə YAZTV Rusya mətbuatına istinadən xəbər verir.

Məlumata görə, Semes buxtasının dibində aşkar edilmiş və 8,8 kq çəkiyə malik fuqasın açıq dənizdə daşınması məqsədəuyğun heab edilmədiyindən yerində məhv edilməsi qərara alınıb. Gəmilərin fövqəladə vəziyyət elan edilmiş zonaya girişi qadağan edilib. Novorossiysk sakinləri çimərliklərdən istifadə qadağası ilə bağlı məlumatlandırılıb.

Dünyada koronavirusa yoluxanların sayı 550 milyon nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı 550 milyon nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı 549 393 648 nəfərə çatıb.

Bu barədə YAZTV ayrı-ayrı ölkələrin koronavirusa yoluxma ilə bağlı ümumiləşmiş statistikalarına istinadən xəbər verir.

Məlumatlara əsasən, dünyada koronavirus qurbanlarının ümumi sayı 6 351 447 nəfərə, COVID-19-dan sağalanların sayı 524 231 873 nəfərə çatıb.

Pandemiya ərzində dünyada COVID-19-a ən çox yoluxma ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda ümumilikdə 88 815 555 insan virusa yoluxub, 1 milyon 40 min 843 nəfər koronavirusun qurbanı olub. Son sutkada ABŞ-da daha 12 884 nəfərdə COVID-19 aşkarlanıb, 22 nəfər ölüb.

Koronavirusa ümumi yoluxma statistikasına görə siyahıda ikinci yerdə Hindistan (43 420 608 yoluxma), üçüncü yerdə Braziliya (32 078 638), sonrakı yerlərdə Fransa (30 678 541), Almaniya (27 771 911), Böyük Britaniya (22 640 130) və digər ölkələr qərarlaşıb. Lakin əvvəlki dövrdən fərqli olaraq hazırda dünyada koronavirusa gündəlik yoluxma və ölüm statistikasına görə Tayvan birinci yerdədir. Son sutkada ada ölkədə 28 580 nəfərdə koronavirus aşkarlanıb, 91 nəfər ölüb. Gündəlik yoluxma statistikası üzrə siyahıda ikinci yerdə İtaliya (24 747) və ölüm (63 ölüm) qərarlaşıb. Avstraliyada (gündəlik yoluxma sayına görə 3-cü ölkə) daha 23 960 nəfərdə COVID-19 aşkarlanıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Stoltenberq: "Rusiya neft-qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır"

Stoltenberq: "Rusiya neft-qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır"

"Rusiya neft və qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır".

YAZTV UNİAN-a istinadən xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Madriddə NATO-nun ictimai forumunda deyib.

"Ukraynadakı müharibə avtoritar rejimlərin əmtəələrindən hədsiz dərəcədə asılı olmaq təhlükəsini göstərir. Rusiyanın enerjidən məcburiyyət silahı kimi istifadə etməsi onun neft və qazından sürətlə uzaqlaşmaq zərurətini ortaya qoyur", - Stoltenberq bildirib.

Onun fikrincə, alyans ölkələri bir asılılığı digəri ilə əvəz etməməlidir.

"Bir çox yeni təmiz texnologiyalar Çindən gəlir. Ona görə də biz enerji mənbələrimizi və təchizatçılarımızı diversifikasiya etməliyik", - Baş katib vurğulayıb.

Ərdoğan və Bayden arasında telefon danışığı olub

Ərdoğan və Bayden arasında telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və amerikalı həmkarı Cozef Bayden arasında telefon danışığı olub.

YAZTV xəbər verir ki, bunu Türkiyə lideri NATO-nun Madrid sammitinə yola düşməzdən əvvəl hava limanında keçirdiyi mətbuat konfransında deyib.

“ABŞ Prezidenti bu axşam və ya sabah görüşmək arzusunu bildirdi. Biz də “Ola bilər” dedik”, - R.T.Ərdoğan vurğulayıb.

Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb

Rusiya PUA-sı Türkiyə ərazisinə düşüb

Türkiyənin Gümüşhane şəhərinin Kürtün rayonunda dağlıq ərazidə qəzaya uğramış Rusiyanın “Orlan-10” pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb.

YAZTV “Haber Global”a istinadən xəbər verir ki, nə zaman düşdüyü müəyyən edilməyən PUA-nı göbələk yığımına gedən vətəndaşlar tapıb.

1400 kilometr mənzilli PUA-nın müharibə səbəbindən Ukrayna və ya Suriyadan siqnal itdikdən sonra bu bölgəyə gəlib çatdığı güman edilir.

Təhlükəsizlik qüvvələri tərəfindən hadisə yerindən götürülən PUA ekspertiza üçün paytaxt Ankaraya göndərilib.