Friday, 12 Avqust 2022 12:01
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Əfqanıstanda terror aktları törədilib, ölənlər var

Əfqanıstanda terror aktları törədilib, ölənlər var

Əfqanıstanın mərkəzi hissəsində yerləşən Maydan Vardak əyalətində törədilmiş terror aktları nəticəsində beş dinc sakin həlak olub.

YAZTV bildirir ki, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Partlayışlar iki ayrı qəzada baş verib. Terrorçular mülki şəxslərin olduğu avtomobilin hərəkət etdiyi yolun kənarına partladıcı qurğu qoyublar.

Terror aktlarına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Ermənistanda koronavirusa yoluxanların sayı 75 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 75 mini ötdü

Ermənistanda daha 2 213 nəfərdə koronavirus aşkarlanıb.

YAZTV xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 75 523-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 1 157-yə çatıb. İndiyədək 50 701 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 23 332 aktiv koronavirus xəstəsi var.

Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb

Ermənistanda 2 500-ə yaxın gündəlik yoluxma qeydə alınıb

Ermənistanda koronavirusa yoluxanların sayı 73 310 nəfərə çatıb.

YAZTV-nin  erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 2 474 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 14 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 1 145 nəfər koronavirusdan ölüb, 21 560 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində daha 16 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

YAZTV bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 85 826-ya çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür.

Ümumilikdə 80 928 xəstə sağalıb. Ölkədə 264 aktiv koronavirus xəstəsi var ki, onlardan da 4-nün vəziyyəti ağır qiymətləndirilir.

Moskvada COVID-19-dan ölənlərin sayı 6 300 nəfəri ötdü

Moskvada COVID-19-dan ölənlərin sayı 6 300 nəfəri ötdü

Moskvada son sutka ərzində koronavirusdan 63 nəfər dünyasını dəyişib.

YAZTV "TASS"a istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 6 312 nəfərə çatıb.

Qeyd edək ki, Moskvada 386,9 mindən çox şəxs koronavirusa yoluxub. Onlardan 285,3 mini müalicə olunaraq sağalıb.

Kosmonavt kosmosda səs verib

Kosmonavt kosmosda səs verib

Beynəlxalq Kosmik Stansiyada fəaliyyətini davam etdirən amerikalı kosmonavt Ketlin Rubins gələn ay ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar səs verib.

YAZTV-nin məlumatına görə, bu barədə kosmonavt öz “Twitter” səhifəsindən bildirib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçiriləcək. Koronavirus pandemiyası ilə əlaqədar ölkənin bəzi ştatlarında, eləcə də xarici diplomatik missiyalarda erkən səsvermə başlayıb.

Bu il prezident vəzifəsi uğrunda əsas iki namizəd hazırkı prezident Donald Tramp və Co Bayden mübarizə aparır.

Britaniyanın ən yaşlı sakini vəfat edib

Britaniyanın ən yaşlı sakini vəfat edib

Böyük Britaniyanın ən yaşlı sakini, 112 yaşlı Coan Hokkard dünyasını dəyişib.

YAZTV xəbər verir ki, 1908-ci ildə anadan olan qadın Dorset qraflığının Pul şəhərindəki evində vəfat edib.

C. Hokkard Kral VII Edvardın dövründə dünyaya gəlib, iki dünya müharibəsindən sağ çıxıb.

Kifayət qədər varlı bir ailədən olan qadın kərə yağı və qaymaq yeməyi sevirmiş. Ömründə bir dəfə belə pəhriz saxlamayıb.

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 42 milyonu ötdü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 42 milyonu ötüb.

YAZTV bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 42 460 208 nəfər koronavirusa yoluxub, 1 148 688 nəfər bu virusdan dünyasını dəyişib, 31 413 534 nəfər sağalıb.

Hazırda dünyada 9 897 960 aktiv koronavirus xəstəsi var ki, onlardan da 76 197-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, martın 11-də ÜST koronavirusu pandemiya elan edib.

Moskvada hökumət binasında bomba partlatmaq istəyən şəxs tutuldu

Moskvada hökumət binasında bomba partlatmaq istəyən şəxs tutuldu

Rusiyanın Moskva vilayətində Federal Təhlükəsizlik Xidməti terror hücumunun qarşısını alıb.

YAZTV bildirir ki, bu barədə “RİA Novosti” idarənin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Bildirilir ki, terror hadisəsi törətməyə cəhd edən Orta Asiya vətəndaşı tutulub.

1999-cu il təvəllüdlü həmin şəxs paytaxt bölgəsindəki hökumət binalarından birində özünün hazırladığı bombanı partlatmaq istəyib.

Ona beynəlxalq terror təşkilatlarının başçıları rəhbərlik edib.

Qeyd olunur ki, saxlanılan şəxs Rusiya Federasiyası ərazisini tərk edərək terrorçular tərəfində döyüşmək üçün Yaxın Şərqə getmək niyyətində olub. Təhlükəsizlik qüvvələri onun anbarında əldəqayırma partlayıcı qurğunun tərkib hissələrini, yaraqlılarla yazışmalarını, partlayıcı maddələrin hazırlanması təlimatını və terrorçuların liderlərinə verdiyi andın videosunu tapıblar.

Onun hücumu harada və nə vaxt planlaşdırdığı açıqlamır. İstintaq davam edir.

Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi

Gürcüstanda koronavirusdan ölənlərin sayı 200-ü keçdi

Gürcüstanda son sutka ərzində koronavirusa gündəlik yoluxma sayında daha bir rekord yaşanıb.

YAZTV  “StopCov” portalına istinadən xəbər verir ki, son 24 saatda 1928 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ölkədə koronavirusa yoluxma halı 28 min 431-ə çatıb.

Ölkədə xəstəlikdən 201 (son sutkada 8) nəfər vəfat edib.

Ümumilikdə sağalanların sayı 10 min 767-dir.

“Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq

“Növbəti bir neçə ay çox çətin olacaq” - ÜST-dən xəbərdarlıq

“Növbəti bir neçə ay çox çətin olacaq”.

YAZTV “RBK”ya istinadən bildirir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus Cenevrədəki brinfinqdə koronavirus pandemiyası ilə bağlı vəziyyəti şərh edərkən deyib.

Brifinq təşkilatın yutub kanalı vasitəsilə yayımlanıb.

“Biz COVID-19 pandemiyasının kritik vacib kəsişməsindəyik, xüsusilə şimal yarımkürəsində. Növbəti bir neçə ay çox çətin olacaq və bəzi ölkələr təhlükəli trayektoriyadadır”, - deyə ÜST rəhbəri xəbərdarlıq edib.

O, dünya ölkələrinin liderlərini ölüm hallarının artması, səhiyyə sistemlərinin çökməsi və məktəblərin bağlanmasının qarşısının alınması istiqamətində dərhal addımlar atmağa çağırıb.

Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı

Putin S-400-ü dünyanın ən yaxşı HHM sistemi adlandırdı

 

Rusiya Prezidenti Vladimir Putin S-400 zenit-raket komplekslərini dünyanın ən yaxşı hava hücumundan müdafiə sistemi adlandırıb.

YAZTV-nin məlumaıtna görə, bu barədə C.Putin "Valday" diskussiya klubunun iclasında bildirib.

Rusiya Prezidenti deyib: "Türkiyə müasir hava hücumundan müdafiə sisteminə ehtiyacı olduğuna qərar verdi. Bu gün isə dünyanın ən yaxşı sistemi Rusiyanın istehsal etdiyi S-400 "Triumf"dur. Türkiyə dedi və aldı".