Friday, 19 Avqust 2022 11:44
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Yaponiyada quş qripi yayılıb

Yaponiyada quş qripi yayılıb

Yaponiya hakimiyyəti ölkənin cənub-qərbindəki Kaqava prefekturasının Mitoyosu şəhərində quş qripinin yayılmasını qeydə alıb.

YAZTV xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Yaponiyanın baş naziri Yoşihide Suqa bununla əlaqədar aidiyyəti nazirliklərə ticarətçiləri quş əti ilə bağlı maksimal ayıqlığa çağırmağı, yerlərdə məlumatların toplanmasını, epidemiyanın qarşısının alınması üçün təcili tədbirlər görməyi əmr edib.

"Kyodo" agentliyinin məlumatına görə, Kaqava prefekturasının hakimiyyəti yaxın vaxtlarda quş qripinin yayılmasına qarşı mübarizə üzrə qərargah yaradacaq.

Agentlik həmçinin bildirib ki, yerli quş fabrikində təxminən 330 min toyuq kəsiləcək.

“COVID-19”a yoluxanları öskürəyə görə seçən alqoritm yaradılıb

“COVID-19”a yoluxanları öskürəyə görə seçən alqoritm yaradılıb

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun mühəndisləri koronavirus infeksiyasını insan öskürəyinə görə 98,5 faiz dəqiqliklə aşkarlayan süni intellekt alqoritmi yaradıblar.

YAZTV xəbər verir ki, alqoritm öskürəyin səsini dinləyərək diaqnoz qoya bilir. Onun yaradılması üçün könüllülər tərəfindən səs bağlarının gücündə, ağciyər və tənəffüs yollarının işində, eləcə də əzələ deqradasiyasında qanunauyğunluqların müəyyənləşdirilməsi məqsədilə təqdim edilən 200 mindən çox öskürək nümunəsi analiz edilib.

Süni intellekt tədqiqat zamanı “COVID-19” infeksiyasına yoluxan insanların 98,5 faizini dəqiqliklə müəyyənləşdirib. Bununla yanaşı, koronavirus infeksiyasının simptomsuz daşıyıcılarında dəqiqlik 100 faiz təşkil edib (bu testdən keçmək üçün simptomsuz insan qəsdən öskürməlidir).

Texnologiya həmmüəllifi, Massaçusets Texnologiya İnstitutu nəzdində “Auto-ID” laboratoriyasının direktoru Brayan Subirananın sözlərinə görə, proqram virusun yayılması ilə mübarizəni yalnız hamı ondan sinif, fabrik və ya restorana getməzdən əvvəl istifadə edəndə apara bilir.

 Bununla yanaşı, qeyd olunur ki, alqoritm ənənəvi testi əvəzləməməlidir, çünki onun əsas funksiyası simptomsuz daşıyıcının öskürəyini sağlam insanın öskürəyindən fərqləndirməkdir.

 Laboratoriyada hazırda pnevmoniya, astma və səs bağlarının zəifləməsi ilə əlaqədar alsgeymer xəstəliyi kimi halların analizi üçün öskürək və səsdən istifadə edən alqoritmlər tətbiq olunur.

Rayan Giqqz həbs olundu

Rayan Giqqz həbs olundu

Uels milli komandasının baş məşqçisi Rayan Giqqz həbs olunub.

YAZTV xəbər verir ki, İngiltərənin “Mançester Yunayted” klubunun əfsanəsi ev zorakılığında ittiham olunur. Britaniya polisini Giqqzin sevgilisi Keyt Qrevill çağırıb. O, sabiq futbolçu tərəfindən döyüldüyünü iddia edib.

Qeyd edək ki, bu, Giqqzin ilk qalmaqalı deyil. İki il öncə onun öz xanımına qardaşının həyat yoldaşı ilə xəyanət etdiyi üzə çıxmışdı.

Dünyada koronavirusa yoluxanların sayı 48 milyonu ötdü

Dünyada koronavirusa yoluxanların sayı 48 milyonu ötdü

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı 48 milyonu ötüb.

YAZTV bildirir ki, bu barədə “worldometers.info”da məlumat verilib.

Belə ki, indiyədək 48 385 665 nəfər koronavirusa yoluxub, 1 229 475 nəfər bu virusdan dünyasını dəyişib, 34 623 40 nəfər sağalıb.

Hazırda dünyada 12 532 789 aktiv koronavirus xəstəsi var ki, onlardan da 89 165-nin vəziyyəti ağır qiymətləndirilir.

Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı

Koronavirus tədbirləri çərçivəsində 8 ay müddətinə xarici vətəndaşlar üçün dayandırılan ümrə ziyarətləri yenidən başlayıb.

Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Umrə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İndoneziya və Pakistandan gələn ziyarətçilər noyabrın 1-də ölkəyə çatıb və üç gün karantində qaldıqdan sonra Kəbəyə üz tutublar.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 4 oktyabr tarixindən ölkə vətəndaşları üçün ümrə ziyarətlərinə yenidən başlamışdı.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 29 sentyabrda ümrə ziyarətləri üçün bəzi tədbirlərin görüləcəyini açıqlamışdı. Belə ki, koronavirus tədbirləri çərçivəsində Kəbə və Həcərül-Əsvədin ətrafına qoyulmuş barrikadaların orada qalmağa davam edəcəyi, ziyarətçilərin Kəbə və Həcərül- Əsvədə yaxınlaşmasına və onlara toxunmasına icazə verilməyəcəyi, həmçinin Kəbənin yerləşdiyi Məscidül-Həramın gündə 10 dəfə dezinfeksiya ediləcəyi bildirilmişdi. (Qafqazinfo)

Gürcüstanın baş naziri koronavirusa yoluxub

Gürcüstanın baş naziri koronavirusa yoluxub

Gürcüstanın baş naziri Giorgi Qaxarianın koronavirusla bağlı testi pozitiv nəticələnib.

YAZTV xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidmətindən bildirilib.

G.Qaxaria özünü yaxşı hiss edir və ev şəraitində müalicə olunur.

Qeyd edək ki, baş nazir ötən gündən özünütəcrid rejiminə keçib.

Bezos "Amazon"un səhmlərini 10,2 milyard dollara satdı

Bezos "Amazon"un səhmlərini 10,2 milyard dollara satdı

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos bu həftə korporasiyanın səhmlərini 3,1 milyard ABŞ dollarına satıb.

YAZTV xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyasına yönəldilmiş xəbərdarlıqlara istinadən CNBC telekanalı bildirib.

Sənədlərə əsasən, Bezos “Amazon”un qiymətli kağızlarını avqustda 3,1 milyard ABŞ dollarından, fevralda isə 4,1 milyard dollardan baha məbləğdə satıb.

Bu həftəni nəzərə alaraq, dünyanın ən varlı insanı keçən il 2,8 milyard ABŞ dollarına nisbətdə cari il 10,3 milyard dollardan çox səhm satıb.

Bu ilin üçüncü rübündə “Amazon”un gəliri 96,1 milyard ABŞ dolları təşkil edib, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur. Ötən il həmin rəqəm 70 milyard ABŞ dolları təşkil edib. Şirkətin gəliri 6,3 milyard ABŞ dolları təşkil edib. Şimali Amerika ərazisində satış 39%, dünyada 37% artıb.

Əfqanıstanda terror aktı törədilib, ölənlər var

Əfqanıstanda terror aktı törədilib, ölənlər var

Əfqanıstanın cənub-şərqindəki Zabul əyalətində terror aktı törədilib.

YAZTV xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Məlumata görə, hadisə zamanı 2 dinc sakin həlak olub, daha 1 nəfər yaralanıb.

Zabul əyalətinin qubernator administrasiyasının mətbuat katibi Gül İslam Siyal jurnalistlərə bildirib ki, terrorçular Şinkey rayonunun Qund kəndində yolun kənarına partlayıcı qurğu yerləşdiriblər.

Bomba mülki şəxslərin olduğu avtomobil yoldan keçərkən partlayıb.

Terror aktına görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

Çində təbii qaz stansiyasında yanğın, 5 ölü

Çində təbii qaz stansiyasında yanğın, 5 ölü

Çinin cənubunda yerləşən Beyhay şəhərində sıxılmış təbii qaz stansiyasında yanğın baş verib.

YAZTV bildirir ki, bu barədə “TASS” xəbər verib.

Çinin Mərkəzi televiziyasının verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 nəfər həlak olub, 3 nəfər ağır yaralanıb, daha bir nəfər itkin düşmüş hesab olunur.

Yanğın nəzarət altına alınıb. Zərərçəkənlərin hamısına tibbi yardım göstərilib. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Yanğının səbəbi müəyyən edilir, araşdırma aparılır.

Trampın qərargahı Corciya məhkəməsinə iddia qaldırdı

Trampın qərargahı Corciya məhkəməsinə iddia qaldırdı

ABŞ-ın hazırkı Prezidenti Donald Trampın qərargahı Corciya ştatında səslərin sayılmasının dayandırılması tələbi ilə məhkəmədə iddia qaldırıb.

YAZTV xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Bundan əvvəl Donald Trampın qərargahı Miçiqan və Pensilvaniya ştatındakı səslərin sayılmasının izlənilməsinə imkan verilmədiyini iddia gətirərək səs sayımının dayandırılması üçün məhkəməyə müraciət etmişdi.

Qərargah, həmçinin həlledici ştatlardan olan Viskonsindəki səslərin yenidən sayılmasını da tələb edir.

Qeyd edək ki, Nyu-Yorkda vətəndaşlar 3 noyabrda keçirilmiş ümumi seçkilərdən sonra kütləvi şəkildə hər səsin sayılmasını tələb edərək küçələrə axışıblar.

Rusiyada son sutkada 18 648 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 18 648 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində daha 18 648 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

YAZTV-nin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1 673 686 nəfərə çatıb.

Son sutka ərzində 355 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 28 828 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Ötən il 57 jurnalist qətlə yetirilib

Ötən il 57 jurnalist qətlə yetirilib

2018-2019-cu illərdə jurnalistlərin öldürülməsi əvvəlki illərlə müqayisədə daha az baş versə də, cinayətlərin yalnız onda birinin üstü açılıb.

YAZTV-nin məlumatına görə, bunu UNESCO-nun Baş direktoru xanım Odre Azule bildirib.

Onun sözlərinə görə, son on ildə dünyada dörd gündən bir jurnalist öldürülsə də, bu cinayətləri törədənlər cəzasız qalmaqda davam edir:

“BMT-yə üzv dövlətlərdən daxil olan məlumata görə, dünyada törədilən qətllərin 13 faizi tamamlanmış məhkəmələr nəticəsində həll edilib. Bu, əvvəlki göstəricilərə nisbətən bir az yaxşılaşma deməkdir”.

Təşkilatın məlumatına görə, 2018-2019-cu illərdə dünyanın müxtəlif ölkələrində 156 jurnalist qətlə yetirilib. Hadisələrin 57-si 2019-cu ildə baş verib. 2018-2019-cu illərdə ən çox jurnalist Latın Amerikası və Karib dənizi bölgəsində qətlə yetirilib.