Saturday, 02 İyul 2022 17:56
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Çində dünyanın ən böyük konteyner gəmisi istismara verilib

Çində dünyanın ən böyük konteyner gəmisi istismara verilib

Çinin Şanxay şəhərində dünyanın ən böyük konteyner gəmisi istismara verilib. Gəminin dərinliyi 25-dək konteyneri üst-üstə yükləməyə imkan verir. Bu, 22 mərtəbəli binanın hündürlüyünə bərabərdir.

YAZTV xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Bildirilib ki, bu gəmi 24 000 TEU konteyner daşıya bilər. Onun uzunluğu 399,99 metr, eni isə 61 metrdən çoxdur. Konteyner gəmisinin göyərtəsinin sahəsi 24 min kvadratmetrdir.

Ərdoğan bu gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşəcək

Ərdoğan bu gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşəcək

YAZTV “Haber Global”a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi bu gün Türkiyəyə səfər edəcək.

Türkiyə Prezidenti şahzadəni Beştəpə iqamətgahında qəbul edəcək.

Görüş zamanı regional və beynəlxalq proseslər, xüsusilə iki ölkə arasındakı əlaqələr müzakirə olunacaq. Bundan əlavə, Türkiyə ilə Səudiyyə Ərəbstanı arasında bir sıra ticarət müqavilələrinin imzalanması gözlənilir.

Qeyd edək ki, Salman Türkiyə səfərindən əvvəl Misir və İordaniyaya gedib və iki ölkənin liderləri ilə görüşüb.

Ərdoğan aprelin sonunda Səudiyyə Ərəbistanına səfər edərək vəliəhd şahzadə ilə görüşüb.

Meymunlar bir aylıq körpəni qaçırdı

Meymunlar bir aylıq körpəni qaçırdı

Şərqi Afrika ölkəsi Tanzaniyanın qərbindəki Kiqoma bölgəsində dəhşətli hadisə baş verib.

"YAZTV" xəbər verir ki, ölkə mətbuatının məlumatına görə, iyunun 18-də ölkənin qərbindəki Kiqoma rayonunda meymunlar kənd evinə girərək anası tərəfindən əmizdirilən körpəni qaçırıblar.Gömbe Milli Parkı sərhədindəki yaşayış massivində baş verən hadisədə kəndlilər tərəfindən meymunlardan xilas edilən körpənin xəstəxanaya aparıldığı, müdaxilələrə baxmayaraq həyatını itirdiyi açıqlanıb.

Digər tərəfdən körpənin qaçırılmasının qarşısını almağa çalışan kəndlilərin də meymunların hücumuna məruz qaldığı qeyd edilib.

Qeyd edək ki, Tanzaniyanın 30 faizindən çoxu milli parklardan ibarətdir.

Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 130 hərbçisi zərərsizləşdirilib"

Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 130 hərbçisi zərərsizləşdirilib"

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın ümumilikdə 34 230 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 496 ədəd tankı, 3 614 ədəd zirehli döyüş maşını, 752 ədəd artilleriya sistemi, 239 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 99 hava hücumundan müdafiə sistemi, 216 ədəd hərbi təyyarəsi, 182 ədəd helikopteri, 2 543 ədəd nəqliyyat vasitəsi və avtoçən, 14 ədəd gəmi-kateri, 614 ədəd dronu, 137 qanadlı raket və 60 ədəd xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Rusiyanın Ukraynanın Donbas bölgəsində yaratdığı iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

İraqda Türkiyə hərbçisi şəhid olub

İraqda Türkiyə hərbçisi şəhid olub

İyunun 21-də İraqın şimalındakı “Pəncə-Kilid” əməliyyat zonasında Türkiyə Silahlı Qüvvələrinin çavuşu Sercan Baş terrorçuların açdığı atəş nəticəsində şəhid olub.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, aprelin 18-də gecə saatlarında Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb. PKK terror qruplaşması üzvlərinin gizləndiyi yerlərin dağıdılmasına hədəflənən bu əməliyyatda havadan kəşfiyyat və zərbə PUA-ları, həmçinin ATAK helikopterləri iştirak edir, qurudan isə xüsusi təyinatlılar hərəkət edir.

Rusiya Ukraynaya 35 hərbçinin meyitini qaytardı

Rusiya Ukraynaya 35 hərbçinin meyitini qaytardı

Ukrayna və Rusiya arasında daha bir qrup hərbçinin meyitləri dəyişdirilib.

"YAZTV" Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Ukrayna tərəfinə 35 hərbçinin cəsədinin qaytarıldığını, əvəzində Rusiya tərəfinə 50 hərbçinin meyitinin verildiyini açıqlayıb.

Hərbçi meyitlərinin qarşılıqlı qaytarılması ilə bağlı prosesin qarşıdakı günlərdə də davam etdirilməsi planlaşdırılır.

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1 000-i ötüb

Əfqanıstanda zəlzələdə ölənlərin sayı 1 000-i ötüb

Əfqanıstanın Paktika əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 000-i ötüb.

YAZTV Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə əyalətin mədəniyyət və informasiya idarəsinin rəisi Amin Huzayfa bildirib.

Onun sözlərinə görə, yaralıların sayı 1 500 nəfərə yüksəlib, bir çox kəndlər məhv olub.

****

Əfqanıstanın şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 920 nəfərə çatıb.

YAZTV "TOLOnews" xəbər verir ki, bunu ölkənin təbii fəlakətlərin aradan qaldırılması üzrə müvəqqəti hökumətinin nazir müavini bildirib.

Məlumata görə, təbii fəlakət nəticəsində 620-yə yaxın insan yaralanıb.

****

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

YAZTV Qətərin “Al Jazeera” televiziyasına istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.

DÜNYAƏfqanıstanda güclü zəlzələ oldu

DÜNYAƏfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda 5,8 bal gücündə zəlzələ baş verib.

YAZTV Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Host şəhərindən 42 kilometr cənub-qərbdə, ocağı isə 30 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

ABŞ-ın Baş prokuroru gözlənilmədən Ukraynaya getdi

ABŞ-ın Baş prokuroru gözlənilmədən Ukraynaya getdi

ABŞ-ın Baş prokuroru Merrik Qarland Ukraynaya elan olunmamış səfərdədir.

YAZTV” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin rəsmi nümayəndəsi Entoni Kouli öz Tviter səhifəsində məlumat verib.

Nazirlik rəsmisi bildirib ki, Qarland Ukraynanın Baş prokuroru İrina Venediktova ilə görüşərək Ukraynada hərbi cinayətlərdə əli olan şəxslərin müəyyən edilməsi səylərini müzakirə edəcək.

“Birləşmiş Ştatlar aydın siqnal göndərir: gizlənməyə heç bir yer yoxdur, biz və tərəfdaşlarımız bu vəhşiliklərə görə məsuliyyət daşıyanları məsuliyyətə cəlb etmək üçün bütün imkanlardan istifadə etmək niyyətindəyik”, - Baş prokuror özü bildirib.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti bundan əvvəl Rusiya qüvvələrinin Ukraynadakı münaqişədə hərbi cinayətlərdə iştirak etdiyi qənaətinə gəldiyini açıqlamışdı. Rusiya tərəfi isə bu cür ittihamları rədd edir.

Əfqanıstanda güclü zəlzələ olub, 155 nəfər ölüb

Əfqanıstanda güclü zəlzələ olub, 155 nəfər ölüb

Əfqanıstanın şərqindəki Paktika əyalətində baş verən zəlzələ nəticəsində azı 155 nəfər ölüb.

YAZTV “The Washington Post”a istinadən xəbər verir ki, baş verən 6 bal gücündə zəlzələ ilə bağlı məlumat qıt olaraq qalır.

Eyni zamanda “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə gəldiyini açıqlayıb.

Bu ölkələrdə dizelin qiyməti rekord həddə çatdı

Bu ölkələrdə dizelin qiyməti rekord həddə çatdı

Latın Amerikası ölkələrində dizel yanacağının qiyməti iyun ayı ərzində üçüncü dəfə rekord səviyyəsinə çatıb.

YAZTV yerli mətbuata istinadən xəbər verir ki, ölkə administrasiyaları dizel istehsalının yüksək tələbatla ayaqlaşmaq üçün əlindən gəldiyini etdiyini açıqlayıb.

Meksika ilə Argentina arasında yerləşən ölkələr dizel idxalının artırılmasına fərqli səbəblərə görə üstünlük verir. İyun ayında baş vermiş zəlzələ nəticəsində Meksikanın Salina Cruz neft emalı zavodu sıradan çıxıb və bununla əlaqədar ölkə neft emalı ilə bağlı problemlər yaşayır. Cənubi Amerikanın cənub hissəsində yerləşən ölkələr də qış mövsumuna hazırlaşır, bu isə enerji istehsalı və nəqli üçün daha çox benzinin işlədilməsi anlamına gəlir.

Argentinada topdansatış enerji inzibatçısı “Cammesa” beş karqo həcmində yüksək kükürdlü dizeli, “YPF” şirkəti isə üç karqo həcmində çox aşağı kükürdlü dizeli tender vasitəsilə alıcılara təklif edib. Bir neçə həftə öncə Perunun “Petroperu” şirkəti üç karqo aldıqdan sonra yenidən beş karqo həcmində aşağı kükürdlü dizelin almasını istəyir.

Ukraynada davam edən münaqişə və Amerika ölkələrində yaşanan inflyasiya bu problemləri daha da mürəkkəbləşdirir.

Ərdoğan Consonla Ukraynadakı müharibəni müzakirə edib

Ərdoğan Consonla Ukraynadakı müharibəni müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

YAZTV xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Bildirilib ki, ölkə liderləri müdafiə sənayesində əməkdaşlıq başda olmaqla ikitərəfli münasibətlər və Rusiya-Ukrayna müharibəsi daxil regional mövzuları müzakirə ediblər.