Monday, 23 May 2022 08:31
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Zelenski Makronla telefonla danışıb

Zelenski Makronla telefonla danışıb

Ukrayna və Fransa prezidentləri Volodimir Zelenski Emmanuel Makronla telefonla danışıb.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna lideri Volodimir Zelenski tviterdə bildirib.

Ukrayna Prezidenti müharibənin gedişindən danışıb və Mariupol müdafiəçilərinin xilas edilməsi əməliyyatının təfərrüatlarını açıqlayıb.

Zelenski, həmçinin Rusiya ilə danışıqlar prosesinin gələcək perspektivləri ilə bağlı fikirlərini açıqlayıb.

Prezidentlər, həmçinin Fransanın müdafiə dəstəyini, 6-cı sanksiyalar paketinin hazırlanmasını, Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracının mümkün yollarını

Gürcüstanda koronavirusa 602 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 602 yeni yoluxma qeydə alınıb

Gürcüstanda son həftədə koronavirusa 602 yeni yoluxma faktı təsdiqlənib.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Mayın 9-dan 15-dək olan müddətdə daha 697 nəfər müalicə olunaraq sağalıb, 1 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 1 656 568 nəfərdə aşkarlanıb. Onların 1 639 069-u sağalıb, 16 822-si isə ölüb.(report az)

"Taliban" Əfqanıstan parlamentini buraxıb

"Taliban" Əfqanıstan parlamentini buraxıb

Əfqanıstandakı “Taliban” hökuməti ölkənin ikipalatalı parlamenti olan Milli Şuranı, həmçinin Milli Barışıq, İnsan Hüquqları şuralarını və Konstitusiyanın icrasına nəzarət üzrə Komissiyanı buraxıb.

YAZTV TASS-a istinadən xəbər verir ki, bu barədə “Taliban” hərəkatının lideri Heybətullah Axundzadənin göstərişi ilə Əfqanıstanın de-fakto hökumət başçısı Məhəmməd Həsən Axund qərar imzalayıb.

Adları çəkilən qurumların buraxılması dövlət büdcəsinə qənaətlə əlaqələndirilib.

Qeyd edək ki, “Taliban” qruplaşması 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirib. Qruplaşma daha mülayim siyasi xətt yürüdəcəyini sübut etməyə çalışırdı. Onlar yeni parlament seçkilərinin keçiriləcəyini də vəd etmişdilər.

Xatırladaq ki, “Taliban” 1994-cü ildə yaradılıb. 1996-2001-ci illərdə Əfqanıstanın əksər ərazisinə nəzarət edib.

2001-ci il sentyabrın 11-də ABŞ-dakı terror aktlarından bir müddət sonra Vaşinqton Əfqanıstana hərbi müdaxilə edib və “Taliban” hakimiyyətdən uzaqlaşdırlıb. Yeri gəlmişkən, onların indiki hökuməti əvvəlki kimi hələ də dünya birliyi tərəfindən tanınmayıb.

İrəvanda müxalifətin növbəti mitinqi başlayıb

İrəvanda müxalifətin növbəti mitinqi başlayıb

İrəvanın mərkəzində, Fransa meydanında müxalifət tərəfdarlarının etiraz aksiyası başlayıb.

YAZTV TASS-a istinadən verdiyi məlumata görə, aksiyada 1 000-dən çox insan iştirak edir.

Təşkilatçılar xüsusi quraşdırılmış böyük ekranda toplaşanlara etirazçıların polis tərəfindən saxlanmasının görüntülərini nümayiş etdirirlər. Dünəndən elan olunan etiraz aksiyası hələlik dinc məcrada keçir.

Qeyd edək ki, bu gün səhər İrəvan polisinin mətbuat xidməti baş nazir Nikol Paşinyanın istefası tələbi ilə şəhərin bəzi küçələrini bağlayan 286 müxalifət fəalının həbs edildiyini açıqlamışdı.

Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

Ukrayna Kommunist Partiyasının fəaliyyəti qadağan edilib

“Biz Ukrayna Kommunist Partiyasının qadağan olunması haqqında məhkəmənin, apellyasiya məhkəməsinin qərarını ötən həftə almışıq”.

YAZTV “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyusk mayın 17-də bildirib.

Onun sözlərinə görə, 2015-ci ildə Ukraynada kommunist ideologiyası, simvollarının qadağan olunması haqqında qanun qəbul edilib: “Ancaq bu da Kommunist Partiyasının bağlanmasını sürətləndirməyə yardım etmədi. 2015-ci ildən başlayan 7 illik məhkəmə prosesi artıq keçmişdir”.

Məlumata görə, mayın 14-də Ukrayna Prezidenti Volodimir Zelenski “rusiyayönümlü” partiyaların qadağan olunması haqqında qanunu imzalayıb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarına əsasən, “Həyat uğrunda - Müxalifət platforması”, Şari Partiyası, “Bizim”, “Müxalifət bloku”, “Sol Müxalifət”, Sol Qüvvələr Birliyi, “Dövlət”, Ukrayna Sosialist Tərəqqi Partiyası, Ukrayna Sosialist Partiyası, “Sosialistlər” və “Vlaidimir Saldo bloku” rusiyayönümlü təşkilatlar siyahısına daxil edilib.

Türkiyəli jurnalist Zelenskini sərt tənqid ETDİ

Türkiyəli jurnalist Zelenskini sərt tənqid ETDİ

"Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə və Yunanıstandan rus turistləri qəbul etməyi dayandırmaq tələbi qəbuledilməzdir və Kiyevə qarşı düşmənçiliyi daha da gücləndirir". 

YAZTV xəbər verir ki, jurnalist İlber Vasfi Sel "dikGAZETE" üçün yazdığı məqaləsində bildirib.

Müxbir Zelenskinin Yunanıstanın ERT telekanalına verdiyi son müsahibəni xatırladıb və o, Türkiyə və Yunanıstanı rus turistləri qəbul etdiyinə görə qınayıb. Siyasətçi oxşar bəyanatla İtaliyanın “Rai” telekanalının efirində çıxış edib.

Ukrayna prezidenti Türkiyə, Yunanıstan və İtaliyanı ikili standartlar tətbiq etməkdə ittiham edib və rusların ölkəyə girişinə qadağa qoyulmasını tələb edib, onları “qazanılan qan” pullarını xərcləməkdə ittiham edib.

Sel Zelenskinin mövqeyinin uyğunsuzluğuna işarə edərək, Ukraynanın özünün Rusiya qazını tranzitini davam etdirdiyini, eyni zamanda digər dövlətlərə də iddialar irəli sürdüyünü qeyd edib. Jurnalist xatırladıb ki, turizm gəlirləri Türkiyə üçün çox önəmlidir və rusların ölkəyə səfərindən əldə olunan gəlir bütün sənayenin gəlirinin üçdə birinə qədərdir. İtaliya və Yunanıstan da yüksək turizm gəlirlərinə malikdir.

“Ukrayna AB-nin arxasında oturub və dövlət işçilərinə maaşların ödənilməsi üçün subsidiyalar tələb edir”, deyə Sel hiddətlə bildirib.

O qeyd edib ki, Kiyev Avropa Komissiyasından aylıq 7 milyard dollar yardım istəyib, çünki Ukraynanın öz həyat qabiliyyətini qorumaq üçün başqa variantı yoxdur. Müxbir xatırladıb ki, Qərb ölkələri Ukraynaya yalnız hərbi yardım göstərməyə hazırdır və Kiyevin tələb etdiyi ehtiyaclar üçün pul ayırmaq istəmir.

“Nəhayət, böyük bir qəza və borc bataqlığı gələcək, ondan (Ukrayna. - red.) çıxmaq çətin olacaq”, o yazıb.

Sel Zelenskinin Türkiyə, Yunanıstan və İtaliyaya qarşı tələblərini şou ilə müqayisə edib və onların qəbuledilməzliyinə işarə edib.

Ukrayna xüsusi xidmət orqanları Mazanovka yaxınlığında ammonium nitratı partladıblar

“Bu cür hücumlarla Zelenski nə bizdən, nə də başqalarından maddi dəstək tapa bilməyəcək.

Finlandiya parlamenti NATO-ya üzvlüyü təsdiqləyib

Finlandiya parlamenti NATO-ya üzvlüyü təsdiqləyib

Finlandiya parlamenti NATO-ya üzvlüyü təsdiqləyib.

YAZTV ölkənin qanunverici orqanının saytına istinadən xəbər verir ki, bu barədə parlamentin iclasında qərar qəbul edilib.

Bildirilib ki, 188 deputat təklifin lehinə, 8-i isə əleyhinə səs verib.

Sənədi Prezident Sauli Ninistonun təsdiqləyəcəyi gözlənilir.

Prezident təsdiq edəndən sonra ərizə İsveçlə birlikdə NATO-nun Brüsseldəki qərargahına təqdim olunacaq.

İsrail “Hizbullah”ın PUA-sını vurub

İsrail “Hizbullah”ın PUA-sını vurub

İsrail Ordusu “Hizbullah”ın pilotsuz uçuş aparatını zərərsizləşdirib.

YAZTV xəbər verir ki, bunu İsrail Ordusu tviterdə açıqlayıb.

“İsrail ordusu Livandan İsrailin hava məkanına daxil olan “Hizbullah” terror təşkilatına məxsus uçuş aparatını aşkar edərək vurub”, - İsrail Ordusu bildirib.

Qeyd edək ki, Livanın İran dəstəkli hərbiləşmiş təşkilatı və siyasi partiyası “Hizbullah” dünyanın bir sıra ölkəsində terror təşkilatı kimi tanınır.

Yaponiya Ukraynaya 100 milyon dollar kredit verəcək

Yaponiya Ukraynaya 100 milyon dollar kredit verəcək

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Ukrayna Maliyyə Nazirliyi arasında Ukraynaya 100 milyon ABŞ dolları həcmində kreditin ayrılmasına dair saziş imzalanıb.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, bu kredit güzəştli şərtlərlə veriləcək.

Bu, Ukrayna və Yaponiya arasında razılaşdırılmış maliyyə yardımının birinci hissəsidir. Bu vəsait ilk növbədə əhalinin ən həssas təbəqələrini dəstəkləmək üçün nəzərdə tutulmuş dövlət büdcəsinə yönəldiləcək.

Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək

Mövlud Çavuşoğlu və Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və ABŞ dövlət katibi Entoni Blinken Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə edəcək.

YAZTV xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Müzakirələr Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı çərçivəsində baş tutacaq.

İclasda müzakirə olunacaq məsələlər siyahısında Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinin gedişatı da var.

Bildirilib ki, Ağ ev Ankara və İrəvan arasında qarşılıqlı xüsusi nümayəndələrin təyin olunmasını dəstəkləyir və iki ölkə münasibətlərinin normallaşması üçün aparılan danışıqları alqışlayır. Vaşinqton bu mövqeyini tərəflərə çatdırıb.

Toplantıda regionda baş verən proseslər barədə də fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, mayın 18-də Nyu-Yorkda E.Blinken və M.Çavuşoğlunun sədrliyi ilə Türkiyə-ABŞ Strateji Mexanizminin ilk toplantısı keçiriləcək. Toplantıda iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri, habelə regional və qlobal məsələlərin müzakirəsi gözlənilir.

Volodimir Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verib

Volodimir Zelenski azərbaycanəsilli komandirə “Ukrayna Qəhrəmanı” fəxri adı verib

Ukrayna Prezidenti Volodimir Zelenski azərbaycanəsilli hərbçinin təltif olunması barədə sərəncam imzalayıb.

YAZTV-nin xəbərinə görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski tviterdə yazıb.

Sərəncama əsasən, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, azərbaycanəsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.

Qeyd edək ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərbaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur.

Mariya Zaxarovanın barmağı qırılıb

Mariya Zaxarovanın barmağı qırılıb

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın barmağı qırılıb. Onun adsız barmağına gips qoyulub.

YAZTV xəbər verir ki, bu barədə diplomat teleqramda paylaşım edib.

“Həftəsonu tətilini uğurlu keçirdim. Amma əsas odur ki, Qərb “tərəfdaş”larımızla işgüzar münasibətdəki barmağım salamatdır. Sıralardayam”, - XİN rəsmisi bildirib.