Saturday, 02 İyul 2022 18:14
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
BMT Ukraynada humanitar mövcudluğu genişləndirməyə hazırdır

BMT Ukraynada humanitar mövcudluğu genişləndirməyə hazırdır

BMT tərəfdaşları ilə birlikdə humanitar vəziyyətin pisləşməsi ilə bağlı xəbərlərlə əlaqədar Ukraynada mövcudluğunu artırmağa hazırdır.

YAZTV xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik mətbuat konfransında bildirib.

“Münaqişə tərəfləri Donetsk vilayətində hərbi əməliyyatları intensivləşdiriblər. Nəticədə onlarla mülki şəxs, o cümlədən əvvəllər hərbi əməliyyatların təsirinə məruz qalmamış ərazilərdə həlak olub və yaralanıb. Oxşar vəziyyət Luqansk vilayətində də yaranıb, burada artilleriya atəşi, hava hücumları və hərbi əməliyyatlar həyata keçirilib. Daxil olan məlumatlara görə, döyüşlər Severodonetsk, Lisiçansk və digər ərazilərdə olan mülki əhalinin həyatını çox çətinləşdirib”-deyə, o bildirib.

Onun sözlərinə görə, münaqişə tərəflərinin mülki vətəndaşları və mülki infrastrukturu qorumaq öhdəliyi var: “Biz onları onsuz da böyük sıxıntı içində olan mülki vətəndaşların qayğısına qalmağa və yardım ala bilmələrini təmin etməyə çağırırıq. Biz humanitar tərəfdaşlarımızla birlikdə mövcudluğumuzu daha da genişləndirməyə hazırıq, lakin tərəflər də üzərinə düşəni etməlidir”.

Rus hərbiçilər Gürcüstan sərhəddini pozmaq istədilər

Rus hərbiçilər Gürcüstan sərhəddini pozmaq istədilər

İyunun 18-19-da Qori bələdiyyəsinin Xurvaleti kəndi yaxınlığındakı işğal olunmuş ərazilərdə Rusiya işğalçı qüvvələrinin nümayəndələri qeyri-qanuni qondarma sərhədləşdirmə prosesinə başlayıblar.

YAZTV xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

Məlumata görə, faktla bağlı dərhal qaynar xətt aktivləşdirilib, EUMM və Cenevrə danışıqlarının həmsədrləri məlumatlandırılıb. Bu məsələ Erqneti İnsidentinin Qarşısının Alınması və Cavab Mexanizminin iclası çərçivəsində, eləcə də Cenevrə Beynəlxalq Müzakirələrində kəskin şəkildə qaldırılacaq.

Bildirilib ki, qeyri-qanuni sərhəd keçidi və onun daxilindəki qeyri-qanuni sərhəd sədləri sərbəst gediş-gəlişi əngəlləyir, yerli əhalinin gündəlik həyatını çətinləşdirir və yerlərdə təhlükəsizlik mühitinə xələl gətirir və öşğal qüvvəsi hazırkı proses üçün tam məsuliyyət daşıyır.

Bolqarıstanın ekologiya naziri koronavirusa yoluxub

Bolqarıstanın ekologiya naziri koronavirusa yoluxub

Bolqarıstan baş nazirinin iqlim siyasəti üzrə müavini, ətraf mühit və su ehtiyatları naziri Borislav Sandov koronavirusa yoluxduğunu açıqlayıb.

YAZTV TASS-a istinadən xəbər verir ki, bu barədə o, feysbuk sosial şəbəkəsində yazıb.

Baş nazirin müavini xəstəlik səbəbindən parlamentdə iyunun 21-nə təyin edilmiş hökumətə etimadsızlıq səsverməsi ilə bağlı dinləmələrdə iştirak edə bilməyəcək.

"Kiril Petkovun rəhbərlik etdiyi hökumətin bir hissəsi olmaqdan qürur duyuram. Məni qıcıqlandıran yeganə şey odur ki, bu gün mənə COVID-19 diaqnozu qoyulduğu üçün gələn həftə həmkarlarımın yanında ola bilməyəcəm", - nazir qeyd edib.

Misirdə hərbi təyyarə qəzaya uğradı

Misirdə hərbi təyyarə qəzaya uğradı

Misirdə təlim uçuşu zamanı Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə qəzaya uğrayıb.

 

YAZTV xəbər verir ki, bu barədə Misir Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, qəzada pilot yaralanıb. 

Hadisənin baş vermə səbəbi araşdırılır. 

Londonda on minlərlə insan iqtisadi böhran fonunda küçələrə çıxıb

Londonda on minlərlə insan iqtisadi böhran fonunda küçələrə çıxıb

Böyük Britaniyada iqtisadi böhranın artması fonunda Londonun mərkəzində bir neçə on minlərlə insan etiraz yürüşündə iştirak edir.

YAZTV xəbər verir ki, bu barədə "Sky News" kanalı məlumat yayıb.

Etirazçılar Boris Conson hökumətindən əhaliyə dəstək üçün daha qətiyyətli tədbirlər görməyi tələb edirlər.

Böyük Britaniyada əmək haqları demək olar ki, 15 ildir ki, dəyişməz qalıb və bu, inflyasiya şəraitində real gəlirlərin azalmasına gətirib çıxarır.

Londonda yerləşən İqtisadiyyat və Biznes Araşdırmaları Mərkəzi Böyük Britaniyanın 1950-ci illərdən indiyədək həyat standartlarında ən böyük enişlə üzləşmək riski ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Aprel ayında Böyük Britaniyada illik inflyasiya 9%-ə qədər sürətlənib ki, bu isə son 40 ilin ən yüksək göstəricisidir.

ABŞ və Çin liderləri telefonla danışacaq

ABŞ və Çin liderləri telefonla danışacaq

ABŞ və Çin prezidentləri Cozef Baydenlə Si Cinpin arasında yaxın vaxtlarda telefon danışığı baş tutacaq.

YAZTV xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Delaverdə jurnalistlərin suallarını cavablandıran Amerika lideri tezliklə Si Cinpinlə telefon danışığı aparacağını vurğulayıb.

Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb

Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb

Dünyada koronavirus qurbanlarının sayı 6 340 234 nəfərə çatıb.

Bu barədə “YAZTV” ayrı-ayrı ölkələrin koronavirusa yoluxma ilə bağlı statistikasına istinadən xəbər verir. Məlumata görə, son sutkada dünyada daha 126 nəfər koronavirusdan ölüb.

Eyni zamanda dünyada COVID-19-a yoluxanların sayı 544 111 945 nəfərə çatıb. Bununla yanaşı, pandemiya ərzində koronavirusdan sağalanların sayı 519 350 180 nəfər təşkil edir.

Pandemiya ərzində COVID-19-dan ən çox ölüm ABŞ-da qeydə alınıb. Birləşmiş Ştatlarda 1 milyon 38 289 nəfər koronavirusdan ölüb. ABŞ dünyada koronavirusa ümumi yoluxma sayına görə də birincidir: 87 981 568 nəfər.

Braziliya pandemiya ərzində koronavirusdan ölüm sayına görə ikinci yerdədir. Bu ölkədə 669 062 nəfər COVID-19-un qurbanı olub. Siyahida Hindistan 524 855 nəfər insan itkisi ilə üçüncüdür.

Dünyada koronavirusdan son sutka ərzində ən çox ölüm Tayvanda qeydə alınıb. Ada ölkədə 172 nəfər COVID-19-dan ölüb. Tayvan həm də COVID-19-a gündəlik yoluxma ilə bağlı birinci yerdədir. Son gün ərzində daha 50 636 nəfərdə koronavirus aşkarlanıb.

Rusiya koronavirusdan gündəlik ölüm sayında ikinci yerdədir. Ötən gün bu ölkədə 62 nəfər virusdan ölüb.

Son sutkada dünyada koronavirusa ümumilikdə 177 17 yoluxma qeydə alınıb, eyni zamanda daha 412 nəfər COVID-19-dan ölüb.

Gündəlik yoluxma sayı üzrə siyahıda ikinci yerdə Rusiya (30 526), üçüncü yerdə Avstraliya (22 123 yoluxma), dördüncü yerdə KXDR (19 320) qərarlaşıb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Kanadada atışma nəticəsində ölən və yaralananlar var

Kanadada atışma nəticəsində ölən və yaralananlar var

Kanadanın Toronto şəhərində atışma nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər yaralanıb.

YAZTV xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Hadisə bu gecə metropolun qərb hissəsindəki küçələrdən birində baş verib.

Atışma barədə həyəcan siqnalından sonra hadisə yerinə gələn polis güllə yaraları olan bir nəfəri aşkar edib, o, aldığı yaralardan yerindəcə keçinib. İkinci zərərçəkən ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Atışma ilə bağlı hələlik heç kim saxlanılmayıb.

Ukraynalılar həlak olan hərbçi ilə vidalaşıb

Ukraynalılar həlak olan hərbçi ilə vidalaşıb

Ukrayna xalqı Xarkov istiqamətində qəhrəmancasına həlak olan hərbçi Roman Ratuşnıyla vidalaşıb.

YAZTV xəbər verir ki, vida mərasimi bu gün paytaxt Kiyevin "Maydan" meydanında keçirilib.

Qeyd edək ki, Ukrayna ordusunun 93-cü briqadasının hərbçisi Roman Ratuşniy iyunun 14-də Xarkov istiqamətində həlak olub. Onun nəşini 1 həftə sonra Rusiya işğalında olan ərazidən çıxarmaq mümkün olub.

Hindistanda seldən ölənlərin sayı artdı

Hindistanda seldən ölənlərin sayı artdı

Hindistanın şimal-şərqindəki Assam əyalətində şiddətli daşqınlar nəticəsində həyatını itirənlərin sayı 62-yə yüksəlib.

YAZTV” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Assam Ştat Fəlakət İdarəsi məlumat yayıb.

Bildirilib ki, ştatın 35 rayonundan 32-si su altında qalıb.

Digər tərəfdən, əyalətin paytaxtı Qauhatidən 500 kilometr şərqdə içərisində 9 nəfərin olduğu qayıq aşıb, 4 nəfər itkin düşüb.

Polis axtarış tədbirlərinin davam etdiyini, lakin daşqınların işə mane olduğunu bildirib.

Assamda seldən təsirlənən 3 minə yaxın bölgədən 108 min 104 adam yardım düşərgələrinə yerləşdirilib.

Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı imkanları müzakirə edilib

Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı imkanları müzakirə edilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Rusiyanın Kiçik və Orta Sahibkarlığın İnkişafı üzrə Federal Korporasiyasının (KOB Korporasiyası) baş direktoru Aleksandr İsaeviç ilə görüşüb.

YAZTV KOBİA-ya istinadən xəbər verir ki, görüş Sankt-Peterburq şəhərində keçirilən 25-ci Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində baş tutub.

Görüşdə Rusiya və Azərbaycan KOB-ları arasında əməkdaşlığın inkişafı üçün birgə tədbirlərin təşkilinə, sahibkarlara xidmət sahəsində təcrübə mübadiləsinə və KOB Korporasiyasına təcrübə səfərinə dair fikir mübadiləsi aparılıb.

Ukrayna tərəfi Rusiya ilə sülh danışıqlarının hansı halda bərpa oluna biləcəyini açıqlayıb

Ukrayna tərəfi Rusiya ilə sülh danışıqlarının hansı halda bərpa oluna biləcəyini açıqlayıb

“Ukrayna tərəfi hazırda Rusiya ilə danışıqları bərpa etmək imkanını nəzərdən keçirmir. Avqustun sonunda Ukrayna Silahlı Qüvvələrinin bəzi istiqamətlərdə əks-hücumundan sonra hər şey dəyişə bilər”.

YAZTV UNIAN-a istinadən xəbər verir ki, bunu deputat, Ukrayna nümayəndə heyətinin Rusiya ilə danışıqlardakı rəhbəri David Araxamia “Amerikanın Səsi” radiosuna müsahibəsində deyib.

O vurğulayıb ki, Ukrayna Rusiya ilə sülh danışıqlarını yalnız cəbhədəki mövqeləri gücləndiriləcəyi təqdirdə bərpa edə bilər.

Deputatın sözlərinə görə, ilk olaraq Rusiya tərəfinin fevralın 24-dək olan mövqelərə qayıtmasını təmin etmək lazımdır:

“Bundan sonra bütün suveren ərazilərin, o cümlədən Krım, Donetsk və Luqansk vilayətlərinin qaytarılmasından danışmaq mümkün olacaq”.