Saturday, 02 İyul 2022 18:39
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb

“Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin itkiləri 33 350 hərbçi təşkil edib”.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında deyilir.

Bildirilir ki, iyunun 18-nə olan məlumata görə, Rusiya Silahlı Qüvvələrinin döyüş itkiləri 1465 tank, 3573 zirehli maşın, 739 artilleriya sistemi, 223 reaktiv yaylım atəşi sistemi, 98 hava hücumundan müdafiə sistemi, 216 təyyarə, 180 helikopter, 594 operativ-taktiki PUA, 129 qanadlı raket, 14 gəmi/qayıq, 55 xüsusi texnika təşkil edib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin ən böyük itkiləri Slavyansk, Baxmut və Krivoy Roq istiqamətlərində qeydə alınıb.

Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb

Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 33 150 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 456 ədəd tankı, 3 563 ədəd zirehli döyüş maşını, 734 ədəd artilleriya sistemi, 233 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 215 ədəd hərbi təyyarəsi, 180 ədəd helikopteri, 2 496 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri, 593 ədəd dronu, 129 qanadlı raketi və 55 ədəd xüsusi texnikası məhv edilib.

Xatırladaq ki, Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. Nəticədə Donetsk və Luqansk vilayətlərinin böyük hissəsi separatçıların nəzarətinə keçib. Döyüşlər Ukraynanın Silahlı Qüvvələri və Rusiyanın dəstəklədiyi qondarma Donetsk və Luqansk respublikalarının silahlıları arasında gedib. Rəsmi Moskva döyüşlərdə iştirakının olması ittihamını rədd edib.

Daha sonra 2020-ci ilin sonundan başlayaraq Ukrayna və Rusiya arasında münasibətlər daha da gərginləşməyə başlayıb, Donbasda təmas xəttində atəşkəsin pozulması mütəmadi xarakter alıb. ABŞ başda olmaqla Ukraynanın müttəfiqləri hərbi və maliyyə cəhətdən rəsmi Kiyevə yardım etsə də, münaqişəyə birbaşa müdaxilə etməyəcəklərini vurğulayıblar.

2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

2022-ci ilin fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynanın “denasifikasiya və demilitarizasiyası” (nasizm ünsürlərindən təmizlənmə və silahsızlaşdırılma), habelə Donetsk və Luqansk “respublikalarının ərazi bütövlüyünün” təmin olunması məqsədilə ölkəyə şərq, cənub (Krım) və şimal (Belarus) istiqamətlərdən hücuma başlayıb. Rusiyada “xüsusi hərbi əməliyyat” adlanan bu müharibədə indiyədək Ukraynanın bir sıra şəhərləri, o cümlədən Xerson, Melitopol şəhərləri işğal edilib. Minlərlə dinc sakin həlak olub, milyonlarla insan yurdlarından didərgin salınıb. Müharibənin ilk günlərindən Qərb Rusiyaya qarşı ən sərt iqtisadi sanksiyaları işə salıb. Nəticədə ölkənin milli valyutası rubl çöküş yaşayır. Bu sanksiyalar ilk dəfə olaraq humanitar sahələrə də toxunub.

Bundan başqa, Beynəlxalq Cinayət Məhkəməsində (Haaqa) Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə əlaqədar insanlığa qarşı cinayətlərin araşdırılmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Makron: "Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik"

Makron: "Ukraynaya Aİ üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyirik"

Fransa, Almaniya, Rumıniya və İtaliya Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsini dəstəkləyir.

YAZTV UNİAN-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ukrayna Prezidenti Volodimir Zelenski, İtaliyanın Baş naziri Mario Draqi, Rumıniya Prezidenti Klaus İohannis və Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə keçirilən birgə brifinqdə deyib.

“Biz Ukraynanın Avropa ailəsinin bir hissəsi olduğunu təsdiqləmək istəyirik”, - Makron bildirib.

Onun sözlərinə görə, iyunun 23-24-də Avropa Şurası Ukraynanın statusu ilə bağlı qərar verəcək.

Makron əlavə edib ki, Aİ-yə üzvlük prosesi bir qədər vaxt aparacaq, lakin bu gün konkret fəaliyyətə ehtiyac var.

Ermənistan ətrafında baş verən hər şeyi... - Putin

Ermənistan ətrafında baş verən hər şeyi... - Putin

Ermənistanda vəziyyət qeyri-sabit sabitdir.

YAZTV xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin erməni həmkarı Vaaqn Xaçaturyanla görüşündə deyib.

Rusiya dövlət başçısı bildirib ki, rəsmi Kreml Ermənistanda baş verən hər şeyi başa düşür və orada vəziyyətin sabit olmasında maraqlıdır.

“Biz bu gün Ermənistanda, Ermənistan ətrafında baş verən hər şeyi başa düşürük. Biz ölkədə vəziyyətin sabit olmasında və mütərəqqi inkişafın təmin edilməsində maraqlıyıq”, - Putin vurğulayıb.

ÜST-ün baş direktoru: “Koronavirus pandemiyası artıq arxada qalmaq üzrədir”

ÜST-ün baş direktoru: “Koronavirus pandemiyası artıq arxada qalmaq üzrədir”

“COVID-19-a yoluxanların sayı kəskin şəkildə aşağı enib. Pandemiya artıq arxada qalmaq üzrədir”.

YAZTV-nin xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qlobal səhiyyənin idarə edilməsi” adlı paneldə deyib.

Onun sözlərinə görə, bu problem aşağı gəlirli ölkələrdə qalmaqdadır: “İnsanların peyvəndlənməsi çox vacibdir. Düşünür ki, başqa əməllərə keçməyin vaxtı gəlib çatıb”.

Fransa Ukraynaya daha altı özüyeriyən artilleriya qurğusu verəcək

Fransa Ukraynaya daha altı özüyeriyən artilleriya qurğusu verəcək

Fransa Ukraynaya daha altı özüyeriyən artilleriya qurğusu verəcək.

YAZTV “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşündən sonra bildirib.

"Artıq təhvil verilmiş 12 "Sezar"dan əlavə, daha altı belə qurğu təqdim etmək qərarına gəldim", - Makron deyib.

Britaniyanın Baş Qərargah rəisi: “Rusiya çox dəhşətli səhv edib”

Britaniyanın Baş Qərargah rəisi: “Rusiya çox dəhşətli səhv edib”

“Rusiya strateji baxımdan Ukraynaya qarşı müharibəni artıq uduzub. Rusiya çox dəhşətli səhv edib”.

YAZTV BBC-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş Qərargah rəisi admiral Toni Radakin bildirib.

Onun sözlərinə görə, Kreml Ukraynanı heç vaxt nəzarəti altına ala bilməyəcək: “Kreml diktatoru Vladimir Putin (Rusiya Prezidenti Vladimir Putini nəzərdə tutur-red.) yaxın həftələrdə taktiki uğurlar qazana bilər. Bu kimi nailiyyətlər üçün o artıq ordusunun gücünün 25 faizindən istifadə edib. Rusiya çox böyük itki verib. NATO isə güclənib. Finalndiya və İsveç Alyansa birləşmək istəyir”.

Baş Qərargh rəisi bildirib ki, V.Putin kiçik bir ərazini tutmağı bacarıb: “Əvəzində isə 50 mindən çox hərbçisi ölüb və yaralanıb”.

T.Radakin Böyük Britaniyanın uzunmüddətli perspektivdə də Ukraynaya böyük miqdarda silah tədarük edəcəyini və Kiyevi dəstəkləyəcəyini vurğulayıb.

Ukrayna Qara dənizdə Rusiyanın daha bir gəmisinin məhv edildiyini açıqlayıb

Ukrayna Qara dənizdə Rusiyanın daha bir gəmisinin məhv edildiyini açıqlayıb

Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib.

YAZTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının feysbuk səhifəsində məlumat yayılıb.

Bildirilib ki, gəminin göyərtəsində “TOR” zenit-raket kompleksi olub.

Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan “Harpoon” gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb.

Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində “Neptun” raketi İlan adası yaxınlığında Rusiyanın “Moskva” kreyserini vuraraq batırıb.

Paşinyan Ermənistan millisinin qarşısına gülünc vəzifə qoyub

Paşinyan Ermənistan millisinin qarşısına gülünc vəzifə qoyub

Ermənistanın baş naziri Nikol Paşinyan futbol üzrə milli komandanın qarşısına gülünc vəzifə qoyub.

YAZTV xəbər verir ki, o, yığmadan 2050-ci ilədək dünya və ya Avropa çempionu olmasını tələb edib.

Paşinyan bu fikri UEFA prezidenti Aleksander Çeferin və FIFA rəhbəri Canni İnfantino ilə görüşündə səsləndirib.

Qeyd edək ki, Ermənistan millisi hazırda FIFA reytinqində 92-ci sırada qərarlaşıb.

Rusiyanın "Su-25" qırıcısı Ukrayna ilə sərhəddə qəzaya uğrayıb

Rusiyanın "Su-25" qırıcısı Ukrayna ilə sərhəddə qəzaya uğrayıb

Rusiyanın “Su-25” qırıcısı Ukrayna ilə sərhəddə yerləşən Belqorod vilayətində qəzaya uğrayıb.

YAZTV UNIAN-a istinadən xəbər verir ki, bu barədə Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, təyyarənin pilotu katapult edib.

Bildirilib ki, ilkin məlumata görə, “Su-25” elektrik cərəyanı naqilinə ilişərək yerə düşüb.

Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə vida görüşü keçirib

Gürcüstan XİN başçısı Türkiyə səfiri ilə vida görüşü keçirib

Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili Türkiyənin bu ölkədəki səfiri Fatma Ceren Yazqanla vida görüşü keçirib.

YAZTV xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığı qeyd edərək həm ikitərəfli, həm də çoxtərəfli formatlarda uğurla inkişaf edən mövcud münasibətlərin artan dinamikasından məmnunluq ifadə ediblər.

Görüşdə ikitərəfli gündəlikdə duran aktual məsələlər və münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə olunub. Sahələrarası əməkdaşlığın bundan sonra da dərinləşdirilməsi və yüksək səviyyədə qarşılıqlı səfərlərin mübadiləsinin əhəmiyyəti də vurğulanıb.

Regiondakı vəziyyəti də nəzərdən keçirən tərəflər bölgənin gələcək inkişafı üçün sülh və sabitliyin önəmini qeyd ediblər.

XİN başçısı səfirə Gürcüstan-Türkiyə münasibətlərinin inkişafına verdiyi əhəmiyyətli töhfəyə görə təşəkkür edərək ona gələcək fəaliyyətində uğurlar diləyib.

Qeyd edək ki, F.C.Yazqan 2017-ci ildən Türkiyənin Gürcüstandakı səfiri olub. Onun yerinə bu ilin aprelində Ali Kaan Orbay təyinat alıb.

Britaniya patriarx Kirilli sanksiya siyahısına daxil etdi

Britaniya patriarx Kirilli sanksiya siyahısına daxil etdi

Böyük Britaniya Moskvanın və bütün Rusiyanın patriarxı Kirilli sanksiya siyahısına daxil edib.

YAZTV” Rusiya mediasına istinadən xəbər verir ki, patriarx Kirill Rusiya-Ukrayna münaqişəsinə dair öz mövqeyinə görə sanksiya siyahısına daxil edilib.