Saturday, 02 İyul 2022 19:04
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”

“Koçaryan və Sarkisyan Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb”

“Ermənistanın keçmiş Prezidentləri Robert Koçaryan və Serj Sarkisyan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”.

YAZTV “Armenpress”ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 1998-ci il noyabrın 25-i Ermənistanın o dövrdəki rəhbərliyi ATƏT-in Minsk Qrupunun “vahid dövlət” adlandırılan təklifi əsasında danışıqlar aparmağa razılıq verib.

Sözügedən sənəddə isə, Qarabağın Azərbaycanla birlikdə onun beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində vahid dövlət təşkil etdiyi qeyd olunub. 

Ağ Ev Ukrayna üçün 1 milyard dollarlıq yeni silah paketini elan edəcək

Ağ Ev Ukrayna üçün 1 milyard dollarlıq yeni silah paketini elan edəcək

Ağ Ev Ukraynaya təxminən 1 milyard dollarlıq yeni silah yardımı elan edəcək.

YAZTV xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yeni paketə gəmi əleyhinə raket sistemləri, MLRS üçün əlavə raketlər və M777 haubitsaları üçün mərmilər daxil olacaq.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Ukraynanın müdafiə naziri Aleksiy Reznikov bu gün NATO-ya üzv ölkələrin müdafiə nazirləri qarşısında çıxış edəcək və Brüsseldə Reznikov Ukraynanın lazımi silahların alınması ilə bağlı təcili ehtiyaclarını səsləndirəcək.

Nazir, həmçinin Ukrayna üzrə Əlaqələrə Dəstək Qrupunun (“Ramşteyn-3” adlanan) iclasında iştirak edəcək.

Türkiyə XİN: "Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla birlikdə həyata keçirilir"

Türkiyə XİN: "Ermənistanla münasibətlərin normallaşdırılması Azərbaycanla birlikdə həyata keçirilir"

"Xüsusilə qeyd etmək istəyirəm ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər can Azərbaycanla yaxın işbirliyi çərçivəsində həyata keçirilməkdədir".

YAZTV-nin xəbərinə görə, bunu Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda Şuşada keçirilən konfransda deyib.

O vurğulayıb ki, bu gün Türkiyə diplomatları dünyanın hər yerində Türkiyə ilə yanaşı, Azərbaycanın da hüquqlarının müdafiəsinin qürurunu yaşayır: "Qarabağ zəfəri sadəcə Azərbaycanın torpaqlarına qovuşması, öz yurdlarından məcburi köçkün düşənlərin yenidən doğma torpaqlarına qovuşması mənasına gəlmir. Bu, bölgəmizdə sülh və firavanlığın yaradılması üçün böyük fürsətdir".

“Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib”

“Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib”

"Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halları da çox azdır”.

YAZTV” xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Bütün ölkələri səhiyyə sistemlərini yenidən qurmağa çağıran ÜST-nin rəhbəri deyib: “Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır”.

Bolqarıstanın sabiq prezidenti: “Azərbaycanın inkişafı ilə bağlı planlar heyranlıq doğurur”

Bolqarıstanın sabiq prezidenti: “Azərbaycanın inkişafı ilə bağlı planlar heyranlıq doğurur”

“Azərbaycanın bir neçə illik inkişaf planları var və bu planlar heyranlıq doğurur”.

YAZTV xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev IX Qlobal Bakı Forumunun başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.

"İrəliləmək üçün müəyyən inkişaf planına malik olmaq lazımdır və Azərbaycanın belə bir planı var. Bu plana bərpa olunan enerji mənbələrindən istifadə də daxildir", - o deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropaya tədarükün artırılması imkanları ilə bağlı digər ölkələrlə inteqrasiya edir.

Plevneliyev Ukraynadakı vəziyyətə də toxunaraq bildirib ki, bu müharibəyə son qoymağın yalnız 1 yolu var və bu yol dayanıqlı sülh müqaviləsinin imzalanmasıdır. O qeyd edib ki, forum çərçivəsində bir araya gələnlər bu prosesə necə töhfə verə biləcəklərini müzakirə edəcəklər.

Prezident Ofisi: "Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır"

Prezident Ofisi: "Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmır"

“Ukraynada fəlakətli dərəcədə hərbi silah çatışmazlığı var”.

YAZTV “RBK Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya və Ukrayna artilleriyasının münasibəti müxtəlif sahələrdə 1/10-ə nisbətindədir. Cəbhə xətti 1000 km-dir. Hər gün ukraynalı müdafiəçilərdən belə məlumat alırıq: “Biz dayanmışıq, müqavimət göstəririk, sadəcə olaraq, siz deyin, silahlar nə vaxt olacaq?”, - o yazıb.

M.Podolyak Almaniyanın Ramştayn şəhərindəki ABŞ hərbi bazasında keçirilən görüşün iştirakçılarına müraciət ünvanlayaraq əlavə edib: “Brüssel, qərar gözləyirik”.

Məlumata görə, Raynştayn görüşü təmas qrupunun Ukrayna üzrə üçüncü görüşü Brüsseldə keçiriləcək.

Xatırladaq ki, aprelin sonunda Almaniyanın Raynştayn şəhərində ABŞ-ın hərbi bazasında keçirilən tədbirdə Ukraynaya hərbi yardım məqsədilə 5 milyard dollar toplanmışdı. Bu yığıncaqda ABŞ, Avropa İttifaqına üzv ölkələr, Böyük Britaniya və başqa dövlətlərin nümayəndələri iştirak etmişdilər. Tədbir iştirakçıları birmənalı olaraq, Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını pisləmişdilər.

Mayın 23-də isə ikinci görüş keçirilib.

Ermənistan İranla birgə kulinariya festivalı keçirəcək

Ermənistan İranla birgə kulinariya festivalı keçirəcək

Ermənistan və İran ilk birgə kulinariya festivalının keçirilməsi barədə razılığa gəlib.

YAZTV “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı festivalın təşkilatçılarından biri olan Sedrak Mamulyan açıqlayıb.

Onun sözlərinə görə, tədbir bu il avqustun 10-11-i Zəngəzur vilayətinin Sisian şəhərində keçiriləcək.

Bildirilir ki, belə bir festivalın keçirilməsi ideyası Ermənistan tərəfinə məxsusdur.

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb

Gürcüstanda meymunçiçəyi virusuna ilk yoluxma halı təsdiqlənib.

YAZTV xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qeyd olunub ki, yoluxan şəxs virusu yüngül formada keçirib və müvafiq müalicədən sonra evə yazılıb. Onun Avropaya səfər tarixçəsi var və təmasda olduğu şəxslər də həmçinin nəzarətdə saxlanılıb.

Milli Mərkəz meymunçiçəyinə yoluxma ilə bağlı bütün şübhəli hallar üzrə araşdırmaları davam etdirəcəyini açıqlayıb. 

İranın cənubunda ardıcıl beş güclü zəlzələ oldu

İranın cənubunda ardıcıl beş güclü zəlzələ oldu

Bu gün İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Çarək limanı ətrafında 5 zəlzələ qeydə alınıb.

YAZTV  xəbər verir ki, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Məlumata görə, zəlzələlərin gücü minimum 4,2 bal, maksimum 5,2 bal olub. 5,2 bal gücündəki zəlzələnin dərinliyi 9 km olub.

Zəlzələ baş verən məkana İranın Qırmızı Aypara Cəmiyyətinin əməkdaşları cəlb edilib.

Dağıntı və insan itkisi haqqında məlumat verilməyib.

Bolqarıstanda inflyasiya rekord həddə çatıb

Bolqarıstanda inflyasiya rekord həddə çatıb

Bolqarıstanda son 24 ilin rekord inflyasiyası qeydə alınıb.

YAZTV” xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İnstitutu məlumat yayıb.

Bildirilib ki, may ayında bu göstərici illik müqayisədə 15,6 % təşkil edib ki, bu da inflyasiyanın 18 % olduğu 1998-ci ildən bəri baş verməyib.

Qeyd olunub ki, may ayında ən çox qiymət artımı - 3,2% nəqliyyatın payına düşüb. Restoran və hotellər qiymətləri 2 % qaldırıb. Ev üçün mallar 1,6 % bahalaşıb.

Ərzaq məhsulları arasında ən çox bahalaşan kartofun qiymətidir - 14 %. Çörək və balığın qiyməti isə müvafiq olaraq 9,4 %və 8,2 % bahalaşıb. Benzinin qiyməti 7,4 %, dizel yanacağının qiyməti isə 5,1 % artıb.

Eyni zamanda xiyar (25,5%), pomidor (9,7%) və bibər (18,8%) ucuzlaşıb.

Rusiyada istefada olan kəşfiyyatçı general intihar edib

Rusiyada istefada olan kəşfiyyatçı general intihar edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan 90 yaşlı generalı Lev Sotskov intihar edib.

YAZTV xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hadisə iyunun 15-də paytaxt Moskvada baş verib. Keçmiş kəşfiyyatçının ona mükafat kimi verilən tapançadan atəş açaraq özünü öldürüdüyü ehtimal olunur.

L.Sotskovun meyitini həyat yoldaşı yaşadığı mənzildə aşkarlayıb. Onun meyitinin yanında “TT” markalı tapança və qeyd aşkarlanıb.

İstefada olan general qeyddə silahın Monqolustanın xüsusi xidmətində nümayəndə olarkən hədiyyə kimi aldığını və Xalxin Qol çayı üzərindəki döyüşlərdən yadigar olduğunu yazıb.

Qeyd edək ki, L.Sotskov 1932-ci ildə Lelinqradda (Sankt-Peterburq) anadan olub. O, Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirdikdən sonra 40 il xüsusi xidmət orqanlarında işləyib. Bir sıra sənədli və tarixi kitabların müəlifidir. SSRİ xarici kəşfiyyatının 1930-1945-ci illərdə Böyük Britaniyadakı fəaliyyətinə həsr olunmuş "Tarantella əməliyyatı" kitabına görə 2006-cı ildə Rusiya Xarici Kəşfiyyatının mükafatını qazanıb.

L.Sotskov 2009-cu ildə “1935-1945-ci illər Polşa siyasətinin sirləri” məxfi sənədlər toplusunu hazırlayıb.

Mayda Azərbaycanda gündəlik xam neft hasilatı 571,3 min barel olub

Mayda Azərbaycanda gündəlik xam neft hasilatı 571,3 min barel olub

Bu ilin may ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 679,9 min barel olub.

Bu barədə ""YAZTV-yə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Bunun 571,3 min barrelini xam neft, 108,6 min barelini isə kondensat təşkil edib.

Qeyd edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələri nazirlərinin 27-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin may ayında daha 7 min barel artırılaraq 688 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 30 min barel həcmində olması nəzərdə tutulurdu.