Thursday, 23 Sentyabr 2021 19:24
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
“Səs Azərbaycan”ın yeni münsifləri onlar olacaq

“Səs Azərbaycan”ın yeni münsifləri onlar olacaq

İctimai Televiziyanın efirində yayımlanacaq məşhur “Səs Azərbaycan” (The Voice) müsabiqəsinin münsiflər heyətində dəyişiklik olub.

YAZTV-nin əldə etdiyi məlumata görə, yarışmanın uşaqlar versiyasının jüri kürsüsündə əyləşən Xalq artisti Zülfiyyə Xanbabayeva və müğənni Çingiz Mustafayev öz istəkləri ilə layihədən uzaqlaşıblar.  

Yeni sezon üçün münsif axtarışında olan təşkilatçılar əvvəlcə Xalq artisti Röya Ayxana təklif irəli sürsələr də, tərəflər qonorar məsələsində razılığa gələ bilməyiblər.

Daha sonra keçmiş münsiflərdən Murad Arif saxlanılmaqla üç tanınmış sima müsabiqəyə cəlb edilib. Beləliklə, “Səs Azərbaycan”ın yeni münsifləri Xalq artisti Brilliant Dadaşova, layihənin AzTV-də yayımlanan versiyasının jürisi olmuş Xalq artisti Tünzalə Ağayeva, “Avroviziya- 2011” qalibi Eldar Qasımov olacaq (qafqazinfo az)
"Menajerimi ara" ilə bağlı qərar verildi

"Menajerimi ara" ilə bağlı qərar verildi

"Menajerimi ara" serialı final qərarı alıb.

YAZTV xəbər verir ki, baş rollarını Barış Falay, Fatih Artman, Ahsen Eroğlu, Özgə Borak, Dəniz Can Aktaşın paylaşdığı ekran işi reytinqlərdə gerilədiyi üçün izləyicilərinə vida edəcək.

 Qeyd edək ki, ekran işi 47-ci bölümdə final edəcək. (axşam az)
"Eşkiya dünyaya hükümdar olmaz"ın aktrisası yeni serialda

"Eşkiya dünyaya hükümdar olmaz"ın aktrisası yeni serialda

Türkiyəli aktrisa Pelin Akılın yeni layihəsi bəlli olub.

YAZTV xəbər verir ki, aktrisa "TRT1" telekanalında yayımlanması planlaşdırılan "Barbaros" serialında rol alacaq.
P.Akıl ekran işində "İzabel" obrazına həyat verəcək.

Qeyd edək ki, aktrisa sonuncu dəfə "Eşkiya dünyaya hükümdar olmaz" serialında rol alıb. (axşam az)

"Maraşlı" ilə bağlı qərar verildi

"Maraşlı" ilə bağlı qərar verildi

"Atv" telekanında yayımlanan "Maraşlı" serialı final qərarı alıb.

YAZTV xəbər verir ki, baş rollarını Alina Boz ilə Burak Dənizin paylaşdığı ekran işi 3 bölüm sonra ekranlara vida edəcək.

 Buna səbəb isə ekran işinin reytinqlərdə geriləməsi olub. (axşam az)
"Bu ləkə ilə yaşamaq asan deyil"

"Bu ləkə ilə yaşamaq asan deyil"

Türkiyəli şoumen Mehmet Əli Ərbil bir neçə gün öncə mübahisə yaşayıb, barışdığı müğənni Seda Sayan barədə danışıb.

YAZTV xəbər verir ki, o, S.Sayan Mayamidən qayıtdıqdan sonra görüşəcəklərini deyib:

 "Mənim iki qızım var. Bu ləkə ilə yaşamaq asan deyil. 50 illik sənət həyatımda belə bir hadisə ilə qarşılaşmadım. Mayamidən qayıdanda Seda ilə yemek yeyəcəyik, küsülülük bizə yaraşmaz. Başqalarının sözü ilə hərəkət etdik. Bu dostluq belə rahat sonlana bilməz".

Qeyd edək ki, M.Əli Ərbil müğənniyə "Keçmişi ləkəlidir", Seda Sayan şoumenə isə evdə çalışan işçisinə təcavüz etdiyini demişdi.

Çingiz Rəsulzadə vəfat etdi

Çingiz Rəsulzadə vəfat etdi

Kinorejissor, ssenarist Çingiz Rəsulzadə vəfat edib.

 YAZTV xəbər verir ki, bu barədə “ButaFilm”in icraçı direktoru Vidadi Rüstəmov sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, Çingiz Rəsulzadə 1972-ci ildə Bakıda anadan olub. O, Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda (1992), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin qrafik-rəssam ixtisasında, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq ixtisasında (A.Eşpay, S.Miroşniçenko və V.Fençenkonun kursu) təhsil alıb.

Rusiya istehsalı olan “Həyat haqqında mimlər” (2002) qısametrajlı bədii filminin və “Jestlər.. Barışıq” (2005) sənədli filminin rejissoru və ssenari müəllifi, “Yuva” (2012)  qısametrajlı bədii filminin quruluşçu rəssamıdır.

2009-cu ildə quruluş verdiyi “Kuklalar” filmi bir neçə Beynəlxalq Film Festivallarının iştirakçısı olub. (axşam az)

Nüsrət Kəsəmənlinin oğlu təltif edildi

Nüsrət Kəsəmənlinin oğlu təltif edildi

Şair Nüsrət Kəsəmənlinin oğlu Cavidan Kəsəmənli Prezident İlham Əliyevin sərəncamı ilə təltif edilib.

 YAZTV xəbər verir ki, C.Kəsəmənli Şuşanın, Cəbrayılın və Füzulinin azad olunmasına görə medalına layiq görülüb.

Qeyd edək ki, o, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışdı. Cavidan aktyor Rəşad Kəsəmənlinin qardaşıdır. (axşam az)

Brilliant Dadaşova Afəti təhqir edib?

Brilliant Dadaşova Afəti təhqir edib?

Müğənni Afət Fərmanqızı Xalq artisti Brilliant Dadaşova ilə aralarında qalmaqal yaşandığını bildirib.

YAZTV xəbər verir ki, sənətçi bu haqda "7 Canlı" proqramında danışıb. Afət ona ünvanlanan "Kaş aranızda soyuqluq olmazdı" sualını Dadaşovaya aid etdiyini deyib.

 İfaçı bildirib ki, mübahisəyə səbəb onun qalmaqallı "Pencu şeş" mahnısı olub:

"Brilliant xanımın sənətini sevirəm. Məlum mahnı ilə bağlı qalmaqalda bilmədi söhbət nədən gedir. Onu səhv məlumatlandırdılar. Dedilər, guya mən tənqid edəni təhqir edirəm. Yox, tənqid deyildi. Məni təhqir etdi, mən də cavab verdim. O, söhbəti yayımlamadım. Kim istəyirsə, jurnalistlər mənimlə əlaqə saxlasın. Ona həmin təhqirləri verim. Yayımlamasınlar, amma görsünlər o təhqiri". (axşam az)

Müğənnilərin toy həyəcanı - "Bir saata 10 məclis yazıldı"

Müğənnilərin toy həyəcanı - "Bir saata 10 məclis yazıldı"

Xəbər verdiyimiz kimi, artıq bir ildən çoxdur toyların keçirilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bəzi qaydalara əməml edərək insanlar iyulun 1-dən toy məclisi keçirə bilərlər. Ən önəmli tələb isə dəvətli sayına qoyulan məhdudiyyət olub. Belə ki, toy sahibi məclisinə 50-150 nəfər dəvət edə bilər. Bəs görəsən, bir vaxtlar 5, 10, 15 min ödənilib məclisə müğənni gətirmə ənənəsi yenə davam edəcək? Sənət adamlarının toy qiymətlərində dəyişiklik olacaq?

YAZTV müğənnilər arasında sorğu apararaq, onların yeni toy mövsümündə tələb etdiyi qonorarı öyrənib:

 Müğənni Nadir Qafarzadə - Bu xəbərə həm sevindim, həm də kədərləndim. Toylar bir-birinin üstünə düşdü. Musiqiçilərin yarısı Azərbaycanda, yarısı Rusiyadadır. İndi onları bir araya yığmaq çətindir. Hamı toy edir, məclislər bir-birinin üstündədir. Moskvada da çox toyun behini almışıq. Eyni zamanda Bakıda pandemiyadan əvvəl behini aldığımız məclislər var. 40 gündən sonra da Məhərrəmlik ayıdır. Müddət az olduğu üçün hər şey qarışdı.Amma əsas toylara icazə verildi. Toy qiymətində endirim etməyəcəm. Əgər biz evdən çıxırıqsa, ansambl aparırıqsa, onun 100 və ya 500 nəfərə xidmət etməsinin fərqi yoxdur.

Müğənni Elton Hüseynəliyev - Toy qiymətimdə heç bir dəyişiklik etməyəcəm. Əvvəl də bütöv toya 15 min manata gedirdim, indi də elə qalacaq. Bəzi hallarda toy sahibi ilə danışıqlar aparıb endirim edə bilərik. Amma artım etməyəcəm. Pandemiya şəraitini nəzarə almaq lazımdır.

Müğənni Elvin Abdullayev - Hər kəsi təbrik edirəm, toylar başladı. Qiymət artımı etməyəcəm. Bunu əminliklə deyə bilərəm. Vəziyyətə görə qonorar da dəyişməlidir. Çox endirim də etməyəcəm, cüzi ola bilər. Öz adıma deyim ki, qonorar artırmağı düzgün hesab etmirəm. Əvvəl necə idisə, indi də elədir. Cəmiyyətə görə qiymət məsələsini tarazlamalıyıq. Bir ildən çoxdur hamı toy gözləyir. Ona görə də durumla ayaqlaşmalıyıq.

Müğənni Şəbnəm Tovuzlu - Səhər toylarla bağlı qərar verildi, bir saata kimi avqusta 10 toy yazılıb. Əvvəl qonorar necə idisə, indi də elə qalıb: tək 5 min manat. Musiqiçilərlə birlikdə 7 minə gedirdim. 1 və ya yarım saat isə 3 min manatdır. Burada nə endirim, nə də bahalaşma edəcəm.

Müğənni Ceyhun Əliyev - Pandemiyadan da əvvəl bizim az sayda qonaq olan məclislərimiz olurdu. Eləsi var idi 200, eləsi var idi 70 adam yığışırdı. Onda da biz endirim edirdik. Musiqi tərkibi az gətirirdik. Elə şadlıq evi var ki, böyükdür. Ora biz 6-7 musiqiçi ilə gələ bilmərik. Pandemiyadan əvvəl hər kəs öz istədiyi miqdarda endirim edib. Hərə özünə bir qiymət qoyur. Biz müğənnilər yalnız özünə düşən paydan endirim edə bilər. Musiqiçi, səs rejissoru, köməkçinin qonorarına biz endirim edə bilmərik. Toy sahibi orda çalışanların çoxunu görmür. Müəyyən qədər nəzərə alınacaq. Adam sayına, məkana görə nəzərə alacağıq. Amma böyük endirim ola bilməz. Bu o deməkdir ki, müğənni, musiqiçi qazanmasın? Özü də avqustun 5-dən sonra toy olmayacaq.

Müğənni Zamiq Hüseynov - 1 iyuldan toylara icazə verilməsi xəbəri hamımızı sevindirdi. Təki ölkəmizdə hər zaman toy-büsatli günlər olsun. Bütün sənət yoldaşlarım və musiqiçilər üçün xeyirli olsun deyə bilərəm. Biz də öz növbəmizdə çalışacayıq ki, pandemiya qaydalarına əməl edək.

Müğənni Günay İbrahimli - Toy qiymətlərində dəyişiklik etməmişəm. Çünki toy sahiblərini də başa düşmək lazımdır. İki ilə yaxındır ki, pandemiya şəraitində yaşayırıq və mən özüm də daxil olmaqla çoxu müəyyən problemlərdən əziyyət çəkib. Toylara icazə verilməsi xəbərini alanda isə çox sevindim. Bu dövr ərzində iş üçün çox darıxdım və hazırda böyük həvəslə 1 iyul tarixini gözləyirəm. (axşam az)

"Kırmızı oda"nın aktyoru yeni serialda

"Kırmızı oda"nın aktyoru yeni serialda

Türkiyədə yayımlanması planlaşdırılan "Barbaros" serialının aktyor heyyəti bəlli olmağa başlayıb.

 YAZTV xəbər verir ki, baş rollarını Engin Altan Düzyatan ilə Ulaş Tuna Astepenin paylaşdığı ekran işinə aktyor Yiğit Özşener daxil olub.

Qeyd edək ki, aktyor sonuncu dəfə "Kırmızı oda" serialında "Zafer" obrazına həyat verib. (axşam az)

Tuba və Murad eyni serialda

Tuba və Murad eyni serialda

"Netflix"də yayımlanması planlaşdırılan "Another Self" serialının aktyor heyyəti bəlli olub.

YAZTV xəbər verir ki, ekran işində Tuba Büyüküstün, Murad Boz, Seda Bakan, Rıza Kocaoğlu, Fırat Tanış, Serkan Altunorak yer alacaq.

Serialın çəkiliş tarixi isə hələlik bəlli deyil. (axşam az)

Prezidentin köməkçisi: “Erməniləri müdafiə edən dövlətlər heç onların iç üzlərini bilmirlər”

Prezidentin köməkçisi: “Erməniləri müdafiə edən dövlətlər heç onların iç üzlərini bilmirlər”

Biz erməninin saziş əsasında üzərinə düşəni edəcəyinə inansaq, bu, sadəlöhvlük olardı.

YAZTV xəbər verir ki, bu sözləri AzTV-nin efirində yayımlanan “Döyüşçü” proqramında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev deyib.

 Onun sözlərinə görə, erməni xisləti ondan ibarətdir ki, onlar hər şeydən istifadə edəcəklər:

“Onlar bu gün də aranı qatmağa çalışaraq ayrı-ayrı təxribatlar törədəcəklər. Bunların hər biri artıq bizə bəllidir. Erməniləri müdafiə edən dövlətlər heç onların iç üzlərini bilmirlər. Amma elə danışırlar ki, guya Qarabağ tarixi erməni torpağıdır. Həqiqət budur ki, erməninin heç vaxt torpağı olmayıb. Orada türkdilli millətlər yaşayıbdır. Ona görə də hesab edirəm ki, biz erməninin qarşısında güclü olmalıyıq. Cənab Prezidentin göstərişlərini canla-başla yerinə yetirməliyik”. (oxu az)