Thursday, 23 Sentyabr 2021 18:13
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Elzanın məhkəmə işi böyüyür: "110 min istəyirik"

Elzanın məhkəmə işi böyüyür: "110 min istəyirik"

Əməkdar artist Elza Seyidcahanın anasına məxsus olan obyekt ətrafında qalmaqal bitmir.

Müğənni Axşam.az-a açıqlama verərək, məhkəmə qərarı ilə razılaşmadıqlarını deyib. İfaçı bildirib ki, obyekti kirayə götürmək istəyən şəxslər onu mənimsəyib və geri qaytarmır:

 "Hazırda həbsxanada olan keçmiş polis əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev bizdən əl çəkmirlər. Mən Türkiyədə olanda anama məxsus obyekti kirayə götürməyə gəliblər. Anam və qızım heç bir sənəd imzalamayıb. Mən gələndə gördüm ki, yaxşı adam deyillər. O gündən obyektdən çıxmalarını istəyirik. Məhkəməyə verdik, öz obyektimizlə bağlı məhkəmə onların xeyrinə qərar çıxardı. Guya bizim məkanı təmir ediblər, onlara bunun üçün 57 min manat ödəməliyik. Obyekti təmir etmək bir yana, bizim əşyaları atıb, hər yeri dağıdıblar.

Konstitusiya Məhkəməsinə müraciət etmişik. Onlar bizdən 57 min tələb edirsə, biz də 110 min manat təzminat istəyirik. Hakimlər düzgün qərar vermir. Bizə dəyən ziyanı qabartmırıq. Ali Məhkəmə qərar çıxardı. Amma düzgün deyil.

Kirayə sənədi olmayan, şəxsi mülkümüzü bizdən alıb, dələduzlara verirlər. Bizi təhdid edirlər. Onları polisə şikayət etmişik. Anamı hədələyirlər ki, bizə 100 min pul verməlisiniz. Həmin adamlar həbsxanadadır, amma çöldə olan adamlarının əli ilə bizi hədələyirlər. Anam obyektdə yatıb-durur. Hər gün gəlib hədələyirlər". (axşam az)

Ayan hansı müğənnini "canlı meyit" adlandırdı?

Ayan hansı müğənnini "canlı meyit" adlandırdı?

 

"Mənimlə işiniz olmasın. Ümumiyyətlə, həmin adam həyatda yoxdur - canlı meyitdir. Bir insan nə zaman ölür? Onu unudanda. Yaşaya-yaşaya ölən insanlar var ki, heç kimin yadına düşmür. Mənima dımı çəkə bilmirsənsə, ad çəkmədən danışırsansa, danışma".

YAZTV xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" verilişində deyib. Sənətçi adını çəkmədiyi sənət adamını tənqid edib:

"Sözü üzə deyənəm, kiməsə söz atmaram. Zəng edərəm ki, sözün var, üzümə de. O, mənə zəng etmişdi ki, mənimlə yola get, nəvəm yaşındasan. Dedim ki, böyüklük görsəm, gəlib boyunuza sarılaram. Amma görmürəm. Sınırsan, küsürsən... Böyük sənətkarlar çıxıb gənclərlə duet oxuyur, təqdime dir. Deyir, halal xoşun. Qayıtmır ki, səni adam etmişəm. Hamı adam doğulur. Onun adını çəkmək mənə yaraşmaz".(axşam az)

Alişana görə konsertlərini təxirə saldı

Alişana görə konsertlərini təxirə saldı

Türkiyəli müğənni Seda Sayan həmkarı Alişanın qardaşı Selçuk vəfat etdiyi üçün konsertlərini təxirə salıb.

YAZTV xəbər verir ki, sənətçi "Avqustun ortasına kimi səhnəyə çıxmayacağam. İçimdən gəlmir, bu məsələdə məni anlayış ilə qarşılamağınızı istəyirəm" deyə, sosial şəbəkədə paylaşım edib.

 Qeyd edək ki, Alişanın qardaşı koronavirusdan vəfat edib. (axşam az)
 "Camdakı kız"ın yayım tarixi bəlli oldu

"Camdakı kız"ın yayım tarixi bəlli oldu

"Kanal D" telekanalında yayımlanan "Camdakı kız" serialının ikinci mövsümünün yayım tarixi bəlli olub.

YAZTV xəbər verir ki, baş rolunu Burcu Biricikin canlandırdığı ekran işi sentyabrda izləyicilərə təqdim olunacaq.

Bu barədə məlumatı serialda rol alan aktyor Enis Arıkan verib.(axşam az)

“Ev almaq üçün yığdığım qızıllarım oğurlandı”

“Ev almaq üçün yığdığım qızıllarım oğurlandı”

Azəri qızı Günelin evindən külli miqdarda qızıl oğurlanıb.

YAZTV” xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən müğənni bu barədə “Söhbət var” verlişində bildirib.

“Pullarımı qızıla verdim, amma mənə düşmür. Satırsan gedir. Hətta bir dəfə qızıllarımı oğurlamışdılar. Alıb arxaya atırdım ki, ev alaram. Alınmadı, mən də daha heç bir qızıl almıram”, - deyə sənətçi qeyd edib.
Previous Next

Aygün Kazımova şəhid xanımları ilə bir arada - Fotolar

Xalq artisti Aygün Kazımova şəhid ailələri ilə keçirilən görüşə qatılıb.

YAZTV xəbər verir ki, Müdafiə Nazirliyi tərəfindən keçirilən tədbirdə müğənni mahnılar səsləndirib.

"Qürur və hüzün… Bir gözlə ağladıq, bir gözlə güldük. Şəhid xanımları ilə bir araya gəlib, bayram günü balacalarımızın üzünü güldürməyə çalışdıq. Bu gözəl görüşü təşkil etdikləri üçün Müdafiə Nazirliyinə təşəkkür edirik" deyə, A.Kazımova bildirib.(axşam az)

Türkiyəli aktyor evində ölü halda tapıldı

Türkiyəli aktyor evində ölü halda tapıldı

Türkiyəli aktyor Levent Aykul yaşadığı evdə ölü halda tapılıb.

YAZTV” Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Kəmərdə baş verib. Belə ki, Levent Aykul telefon zənglərinə cavab vermədiyi üçün aktyorun bibisi polisə xəbər verib. Polis əməkdaşları ilə birgə Aykulun evinə daxil olarkən onun cəsədi ilə qarşılaşıblar.

Ölüm səbəbini dəqiqləşdirmək üçün aktyorun meyiti tibbi ekspertizaya göndərilib.

Bu serial da final edir

Bu serial da final edir

"Show" telekanalında yayımlan "Kahraman babam" serialı final edir.

YAZTV xəbər verir ki, baş rollarını Görkem Sevindik, Nilay Dəniz və Ushan Çakırın paylaşdığı ekran işi iyulun 26-da 8-ci bölümüylə izləyicilərinə vida edəcək.

 Qeyd edək ki, daha əvvəl "Kırmızı kamyon" adlanan serialın 1 bölümü təqdim olunduqdan sonra yayımdan qaldırılmışdı. (axşam az)
Alişan koronavirusdan ölən qardaşı haqda - "Dualar etdik, faydası olmadı"

Alişan koronavirusdan ölən qardaşı haqda - "Dualar etdik, faydası olmadı"

Türkiyəli müğənni Alişan sosial şəbəkədə koronavirus səbəbi ilə dünyasını dəyişən qardaşı Selçukdan yazıb.

YAZTV xəbər verir ki, sənətçi İntsaqramda qardaşı və övladlarının fotosunu paylaşaraq hisslərini bölüşüb:

"Qardaşım bizi yetim qoyub getdin. Sən mənim qardaşım, sirdaşım, dostum, hər şeyim idin. İndi sənsiz nə edəcəyəm. Dualar etdik, amma heç birinin faydası olmadı. Allahım səni bizdən daha çox istədi və yanına apardı. 2 uşağım və 2 qardaşım uşağı var idi, artıq 4 uşağım var. Sen rahat yat, mənə əmanətdirlər. Səni çox sevirəm qardaşım. Yaşadığın müddət məni qürurlandırdığın hər an üçün təşəkkür edirəm. Səni bir də görə bilməmək məni dəli edir. Mənəviyyatını hər zaman yaşadacağam. Allahım məkanını cənnət etsin".(axşam az)

Demet cənazə günü konsert verdiyini yalanladı

Demet cənazə günü konsert verdiyini yalanladı

Türkiyəli müğənni Demet Akalın yaxın dostu Alişanın qardaşı Səlçukun vəfatından sonra konsert verməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

YAZTV xəbər verir ki, sənətçi İnstaqramda yayılan məlumatların yalan olduğunu deyib:

"Mən iki gündür Alişanın yanındayam. Məni bu işlərin içinə salmayın. İnsanlar ağrılıdır. Səhər qəbiristanlıqda idim. Ayıbdır, günahdır. Danışacaq çox şey var, gözünün yaşı dinməyən ailəni düşünən yoxdur. İnsan qəbiristanlıqda nə olduğunu başa düşür, gələn varsa, bilərdi".

Qeyd edək ki, Alişanın qardaşı koronovirusdan vəfat edib.(axşam az)

 

Ağakərimə ağır itki

Ağakərimə ağır itki

Bir neçə il öncə insult keçirən meyxanaçı Ağakərimə (Kərim Novruzov) ağır itki üz verib.

YAZTV xəbər verir ki, meyxana ustadı Ağamirzə Kərimin qardaşının dünyasını dəyişdiyini bildirib:

"Kərimdən yaşca kiçik idi. Onun səhhəti Kərimdən də ağır idi, şəkər xəstəliyindən əziyyət çəkirdi. Ayağını kəsdilər, böyrəkləri işləmədi, həftədə bir neçə dəfə dializə gedib-gəlirdi. Müalicənin köməyi olmadı, on gün olar ki, rəhmətə gedib".

Kərimin sağlıq durumuna gəlincə, sənət dostu onun səhhətində müsbət irəliləyiş olmadığını deyib:

"Kərim necə var elədir, səhhətində müsbət dəyişiklik yoxdur. Ümidimiz Allahadır. Heç qardaşının ölümündən də xəbəri yoxdur, o halda deyil ki, ona ağır xəbər versinlər. Kərim heç yaxşı deyil". (axşam az)

Məşhur türkiyəli müğənniyə AĞIR İTKİ - Koronavirusdan öldü

Məşhur türkiyəli müğənniyə AĞIR İTKİ - Koronavirusdan öldü

Türkiyəli müğənni Alişanın qardaşı Səlcuq Tektaş koronavirusdan dünyasını dəyişib.

YAZTV xəbər verir ki, bu barədə şoumen Mehmet Ali Erbil sosial media hesabında paylaşım edib.

Məlumata görə, koronavirusa yoluxan Tektaş vəziyyəti ağırlaşdıqdan sonra reanimasiyaya qaldırılıb və üç həftə reanimasiya şöbəsində müalicə alıb.

İnstaqram hesabında qardaşı barədə paylaşım edən Alişan, "Canımın yarısını, qardaşımı, hər şeyi haqqa uğurladıq. Cənazəmiz bu gün günorta namazından sonra Teşvikiye Məscidindən götürüləcək", - deyə qeyd edib.

Alişanın yaxın dostu Demet Akalın da paylaşım edərək bildirib ki, "Çox inanırdıq. Geri dönəcəkdin. Allah ailənizə səbr versin. Böyük ürəkli oğlan getdi".