Thursday, 23 Sentyabr 2021 19:15
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
11 il sonra ekranlara qayıdır

11 il sonra ekranlara qayıdır

Türkiyənin məşhur aktrisası Türkan Şoray aparıcılıq edəcək.

YAZTV türk mediasına istinadən xəbər verir ki, aktrisa 11 il sonra proqramlardan birindən təklif alıb. Türkan Şoray efirdə aktyorlar, müğənnilər və iş dünyasının tanınmış simaları ilə həmsöhbət olacaq.

 Aktrisanın təklifi müsbət qarşıladığı bildirilib. Proqramın yeni mövsümdə işıq üzü görəcəyi planlaşdırılır. (axşam az)
Fatma Qirik xəstəxanaya yerləşdirildi

Fatma Qirik xəstəxanaya yerləşdirildi

Türkiyəli aktrisa Fatma Qirikın həti pisləşib və xəstəxanaya yerləşdirilib.

 YAZTV türk mediasına istinadən xəbər verir ki, sənətçi oksigen çatışmazlığından əziyyət çəkir. Təcili yardım Fatmaya ilk müdaxilə etdikdən sonra aktrisa xəstəxanaya aparılıb.

Hazırda səhhəti normallaşan sənətçi Bodrumda həkim nəzarətində saxlanılır. (axşam az)

"Vaksindən sonra allergiya yarandı"

"Vaksindən sonra allergiya yarandı"

Türkiyəli üğənni Demet Akalın koronovirus əleyhinə peyvənd vurdurduqdan sonra allergiyasının yarandığını deyib.

YAZTV xəbər verir ki, sənətçi bunla bağlı sosial şəbəkədə paylaşım edib.

 "Vaksindən sonra günəş allergiyası yarandı. Dəhşətdir. Gecənin bu saatı oldu, hələ də yuxum yoxdu" deyə, Demet bildirib. (axşam az)
Daha bir serial eşqi gerçək oldu

Daha bir serial eşqi gerçək oldu

Daha bir serial eşqi gerçək olub.

YAZTV türk mediasına istinadən xəbər verir ki, "Ada masalı" serialının baş rol ifaçıları Alp Navruz ilə Ayça Ayşin Turan gerçək həyatda da sevgili olub.

"Star TV"də yayımlanan ekran işində tanış olan cütlüyün münasibəti getdikcə irəliləyib. Ayça və Alp serial çəkilişlərinin ilk günlərində yaxınlaşmağa başlayıblar.

Hazırda münasibətlərini gözlərdən uzaq yaşamaq istəyən sevgililərin bu münasibətinə fanatları da seviniblər. (axşam az)

Şeyma Acundan aldığı təzminatdan imtina etdi

Şeyma Acundan aldığı təzminatdan imtina etdi

Aparıcı və "TV 8"in rəhbəri Acun Ilıcalı sevgilisi Çağladan danışıb.

YAZTV türk mediasına istinadən xəbər verir ki, Acun 2 ildir gözəl münasibət yaşadığını bildirib:

 "Çox gözəl bir ərəfədəyik. Çağla çox gözəl insandır. Buna görə də aramızdakı yaş fərqini pozitivə bağlayırıq".

Acun keçmiş həyat yoldaşı Şeyma Subaşından da bəhs edib. "Şeyma ilə yaxşı dostuq. Yaşadığı problemlərdə yanındayam. Təzminat almaqdan imtina edib. Beynində "Acundan bu qədər alım" düşüncəsi yoxdur" deyə, aparıcı bildirib. (axşam az)

"Ayaz Qasımov, Murad Arif və mənim olduğum maşın qəzaya düşdü" - Abbas Bağırov

"Ayaz Qasımov, Murad Arif və mənim olduğum maşın qəzaya düşdü" - Abbas Bağırov

Əməkdar artist Abbas Bağırov 2006-cı ildə başına gələn avtomobil qəzasından danışıb.

YAZTV xəbər verir ki, müğənni "Özəl" verilişində bu haqda söhbət edib. O bildirib ki, ilk dəfə bu haqda söz açıb:

"Dözəcəyəm" mahnısını ifa edəndə 2006-cı il, noyabrın 12-də avtomobil qəzası keçirdim. Heç bunu valideynlərim də bilmir. Heç kimə deməmişəm. Elə bir stress yaşadım ki... Həmin avtomobildə Ayaz Qasımov, qardaşı və Murad Arif var idi. Çəkilişə gedirdik, bu mahnıya qulaq asırdıq. Sürətlə sürmürdüm. Körpünün üstündən keçirdim, elə bil kimsə arxadan avtomobili vurdu, maşın fırlandı, arxası qalxdı göyə, mühərrik qaldı körpüdə. Şoka düşmüşdüm. Bir az artıq hərəkət etsək, maşın körpüdəın aşağı düşəcəkdi. Bizi tutub maşından çıxardılar. Evə gedəndə də valideynlərimə demədim". (unikal org)

Əməkdar artist plastik əməliyyat etdirdi

Əməkdar artist plastik əməliyyat etdirdi

Əməkdar artist Gövhər Rzayeva plastik əməliyyat etdirib.

YAZTV xəbər verir ki, bu haqda "Elgizlə izlə" proqramında deyib. Bildirilib ki, qarmon ifaçısı artıq çəkidən xilas olub.

"Qorxmuram, bütün qadınlar əməliyyat etdirib, gözəlləşsin. Hamımız bu həyatda qonağıq. Gözəl qalmalıyıq" deyə, G.Rzayeva bildirib. (axşam az)
Emin Alyona ilə boşanma səbəbini açıqladı

Emin Alyona ilə boşanma səbəbini açıqladı

Xalq artisti Emin Ağalarov "Осторожно: Собчак" "YouTube" layihəsinin qonağı olub.

 YAZTV xəbər verir ki, müğənni Alyona Qavrilova ilə ayrılma səbəbini açıqlayıb. Emin bildirib ki, münasibətlərinin bitməsinə özü səbəb olub:

"İnsanların yolun qoya bilmədiyi fikir ayrılığı yaranır. Hərdən kardinal anlar olur. Alyona məni razı salmağa çalışdı, onda bu alındı. Düşünürəm ki, problem məndə, mənim həyat tərzimdə oldu. Hər şey mən istəyən kimi olmalıdır. Kənardan bəlkə də elə görünür ki, mənimlə rahatdır. Amma bu belə deyil. Hər hansı bir qadına mənimlə asan olmayacaq".

Müğənni həyatda onu olduğu kimi qəbul edəcək həyat yoldaşı tapmağı arzuladığını gizlətməyib:

"Hər şeyi başa düşürəm, amma hələ ki, məndə kompromisli insan kostyumunu geyinmək alınmır. Bu tərəfdən çalışmağa başlamışam. Beynimdə gəzişməyə başladım, psixoloq yanına getdim. Çox qısqancam. Əgər qısqanclığım tutsa, ətrafda hər şey dağıla bilər. Psixoloq məni özüm çarə tapacağım tərəfə yönləndirir".

Emin bildirib ki, çoxdanışan insanla yaşaya bilməz:

"Qadın çox danışanda sevmirəm. Həmin an mənim üçün dəhşətdir, qaçmaq istəyirəm".

Qeyd edək ki, Emin və Alyona 2018-ci ildə evlənib. Cütlüyün bu nikahdan Afina adlı qızı var. (axşam az)

Pərvin keçmiş nişanlısı haqda: "Məni şantaj edirdi"

Pərvin keçmiş nişanlısı haqda: "Məni şantaj edirdi"

"Ailəm erkən yaşda ailə qurmağımı istəyirdi. Anam təkid etdi. Xəstə ruhlu insan idi. Yaşına qədər yalan danışmışdı. Bir gün onun yalanları üzə çıxandan sonra anam dedi ki, istəmirəm ailə qurasız. Bu dəfə də mən tərslik etdim. Dedim, ayrılmıram. Sonra qara günlərim başladı".

YAZTV xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Onun sirri" verilişində deyib. O, keçmiş nişanlısından bəhs edib:

"3 il məni şantaj etdi. Qorxurdum ailəm onun dediklərinə inanar. Nevroz xəstəliyi tapdım. Travmalar yaşadım. Mən də nişanlılıq dövrünü keçmişəm. Kim deyirsə, əli əlimə dəyməyib, boş söhbətdir. Məni ailəmlə hədələyirdi, qorxurdum. İşə girdim. Özümə telefon aldım. Onun bilməyini istəmirdim. Yolda telefonla danışdığım yerdə gəlib telefonu əlimdən alıb qaçırdı. İş yerimə gəlib, şantaj edirdi. Qışqırırdım, özümü yerə çırpırdım. Evdəkilər işə gedirdi, tək qalırdım. Səhər onlar işə gedəndən sonra gəlib ev telefonunun xəttini ayırırdı. Qapını üstümə bağlayıb gedirdi. Evdəkilər gəlməzdən əvvəl də gəlib açıb gediridi. 58 kiloqramdan 47-yə düşdüm. Həkimə getdim. Nə müalicə etsəm xeyri olmurdu. Məni atamla hədələyirdi. Qohumlarımla görüşürdü, iş yerimdə mənə böyük problemlər yaratdı. Bir dəfə bir qohumumuzun evinə getdi. Ona dedilər ki, bu qızı bir də narahat etsən, sənə ətək geyindirib şəhərdə gəzdirərik. Mənə dedi ki, daha səni narahat etməyəcəm. Həbsə düşdü. Sonradan bildik ki, başına oyun açdığı tək mən deyilmişəm. Rusiyada həbs həyatı yaşadı. Azərbaycana gəldi, evləndi. Bir gün onun xanımı məndən kömək istədi. Külqabı ilə başını yarmışdı. Ona dedim ki, sənin yaşadıqlarının hamısını yaşamışam. Polisə get, şikayət et. Mən sənin arxanda dayanaram. Amma qız bu qədər şeydən sonra onunla evləndi. Bir oğlu da var". (axşam az)

Nazim oğlunun toy tarixini açıqladı

Nazim oğlunun toy tarixini açıqladı

Müğənni Nazim Pişyari oğlunun toy tarixini açıqlayıb.

YAZTV xəbər verir ki, sənətçi bu haqda "Səhər mərkəzi" proqramında deyib. O bildirib ki, toy avqustun 9-da planlaşdırılıb.

 Qeyd edək ki, Nazim bir neçə gün əvvəl oğlu Kazıma nişan edib. (axşam az)

Ajda Pekkanın 500 min dollarlıq “ölümsüzlük iksiri”

Ajda Pekkanın 500 min dollarlıq “ölümsüzlük iksiri”

Türkiyəli 75 yaşlı məşhur müğənni Ajda Pekkanın cavan qalmasının səbəbi məlum olub.

“Snob Magazin” xəbər verir ki, məşhur aktrisa Taylandda hazırlanan “ölümsüzlük iksiri” içirmiş.

 

Bir litri 500 min dollara olan iksir 50 milli litrlik şüşələrdə satılır.

Pekkan bir şüşəsi 25 min dollar olan bu məhlulu ildə təxminən iki dəfə qəbul edir.

MakSimin səhhəti getdikcə pisləşir

MakSimin səhhəti getdikcə pisləşir

Uzun müddətdir komada olan müğənni MakSimin səhhəti hər gün daha da pisləşir.

YAZTV rus mediasına istinadən xəbər verir ki, bundan əvvəl həkimlər ifaçının yaxınlarına onun sağalması üçün ümid verirdilərsə, artıq heç bir şey deyə bilmədiklərini söyləyiblər.

Yaxınları bildiriblər ki, 38 yaşlı MakSimin orqanları müalicələrə cavab vermir. Süni nəfəs aparatına bağlanan müğənninin ağciyərlərinin və ürəyinin də getdikcə işinin zəiflədiyini açıqlayıblar.

Qeyd edək ki, ifaçı iyunun 15-də xəstəxanaya yerləşdirilib. Onun test nəticəsi neqativ olsa da, sonradan koronavirusa yoluxduğu bildirilib. Həkimlər sənətçinin ciyərlərinin 75 faizinin sıradan çıxdığını açıqlayıb. (axşam az)