Thursday, 23 Sentyabr 2021 18:05
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Acunla bağlı suala əsəbləşdi

Acunla bağlı suala əsəbləşdi

"TV8"də yayımlanan proqramda sosial media fenomeni Kerimcan Durmaza mükafat təqdim olunmasının ardından aktyor Erkan Petekkaya kanalın sahibi Acun Ilıcalını tənqid edib. Bu barədə sosial media hesabında yazan aktyor daha sonra paylaşımı silib.

YAZTV türk mediasına istinadən xəbər verir ki, "Şafak vakti" filminin qalasında jurnalistlərdən biri Erkan Petekkaya Acun Ilıcalını tənqid etməsi ilə bağlı sualla müraciət edib. Bu zaman əsəblərinə hakim ola bilməyən aktyor müxbiri təhqir edib.

"O mikrofonu alıb sənə nə edərəm bilirsən" deyə, Erkan müxbiri hədələyib.

Qeyd edək ki, Erkan Petekkaya sonuncu dəfə "TV8" telekanalında yayımlanan "Kırmızı oda" serialında Sadi obrazını canlandırıb.  (axşam az)

Pucca polisə aparıldı

Pucca polisə aparıldı

Türkiyəli sosial media fenomeni Pucca ləqəbli Pınar Karagöz polis şöbəsinə aparılıb.

 YAZTV xəbər verir ki, bu barədə fenomen öz tvitter hesabında yazıb.

"Az əvvəl qapıya 2 polis gəldi. Hazırda polis idarəsinə gedirik. Hansı səbəbdən aparıldığımı açıqlamırlar. Haqqımda xeyirlisi" deyə, paylaşımda bildirilib.

Qeyd edək ki, fenomen bundan öncə də insanları narkotikdən istifadəyə təşviq edən paylaşımlara görə 5 il 10 ay həbs cəzasına məhkum edilib. Eyni zamanda ondan 66.660 TL cərimə ödəməsi tələb olunub. (axşam az)

Sevgili olduqlarını etiraf etdilər

Sevgili olduqlarını etiraf etdilər

"Menajerimi ara" serialının finalından sonra aktyor Deniz Can Aktaş və həmkarı Hafsanur Sancaktutan eşq yaşadıqlarını etiraf ediblər.

YAZTV türk mediasına istinadən xəbər verir ki, cütlük ötən ildən bəri sevgili olduqları haqda çıxan xəbərləri doğrulayıb. 

Qeyd edək ki, Denizlə Hafsanur "Aşk ağlatır" adlı serialda tərəf müqabili olub.(axşam az)

"Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər"

"Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər"

Müğənni Hande Yener bir ildir gizli saxladığı xəstəliyindən danışıb.

YAZTV Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni bir il əvvəl ondakı dəyişikliyin süd vəzi xərçəngindən irəli gəldiyini açıqlayıb:

"Özümü yoxlayanda şübhələndim, xəstəxanaya getdim. Mənə süd vəzi xərçəngi diaqnozu qoyuldu. Öləcəyimi düşündüm. Erkən diaqnozun həyat qurtardığını onda öyrəndim. 

Xərçəng olduğumu biləndə intihar edəcəyimi düşündülər. Həkimimlə danışdıqdan sonra motivasiyam dəyişdi. Bir an gəldi və təslim oldum, Allaha qovuşuram deyə, təsəlli tapdım".

Hande 7 saat əməliyyat keçirdiyini və xərçəngə qalib gəldiyini vurğulayıb. (unikal org)

"Namusuma, ailəmə söz deyəni bağışlamaram" - Zülfiyyə Xanbabayeva

"Namusuma, ailəmə söz deyəni bağışlamaram" - Zülfiyyə Xanbabayeva

Xalq artisti Zülfiyyə Xanbabayeva Xəzər TV-də yayımlanan "Persona" verilişinin qonağı olub.

YAZTV xəbər verir ki, müğənni qızı Dənizdən danışıb. O bildirib ki,

 "Bütün arzularım, xəyallarım qızım Dənizlə bağlıdır. Ömrümün sonuna xədər arzularım bitməyəcək. Onda mənim üçün həyat bitər. Maraqlarımız hər şeydə uyğun gəlmir. Mübahisələrimiz daha çox olur. Adi bir şeyin üstündə mübahisə ediri: geyimdə, musiqidə, filmə baxanda. Zaman elə gətirib ki... Onun zamanı ilə uyğunlaşmağa həm hazır, həm razıyam. Elə şey ola bilər ki, ondan öyrənə bilərəm".

Xanbabayeva ona ünvanlanan "Həyatda nəyi bağışlamaq olmaz" sualına belə cavab verib:

"10 il əvvəl deyərdim, çox şeyi bağışlamaq olmaz. Amma bu gün çox şeyi bağışlamaq olar. Mənim şərəfimə, ailəmə, ləyaqətimə bir söz deyəni bağışlamaram. Deyirlər, xəyanət bağışlanmaz. Amma baxır xəyanət necə edilib. İndiki zamanda çox şeyin üstündən keçə, su içə bilərəm. Amma namusa, ləyaqətə deyilən sözü bağışlamaram.

Kənardan gəldi keçər mənə xəyanət edə bilməz. Məni üzən dəyər verdiyim insan ola bilər. Kənardan məni incidən olsa, 1 saat fikirləşərəm. yaxınım məni incitməsin. Vətənə xəyanət olmasın. Başqa xəyanəti düzəltmək olar". (axşam az)

Elza Seyidcahan yardım istədi: "Bizi silahla təhdid edirlər"

Elza Seyidcahan yardım istədi: "Bizi silahla təhdid edirlər"

Əməkdar artist Elza Seyidcahanın ailəsini silahla hədələyirlər.

YAZTV xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" proqramını deyib. O bildirib ki, anasının sahib olduğu və qızı Gülşənin adına keçirdiyi obyekt üstündə mübahisə düşüb:

"Bu hadisə bizdə 2015-ci ildən baş verib. İstəmədik xoşagəlməz hal yaşansın, məhkəməyə verdik. Anamın tikilisi var idi. Anam əvvəl oranı kafe kimi işlədirdi. Sonra Fərid adlı birinə kirayə verdi. Sonra onun vaxtı bitdi və Azayev Faiq Yusif oğlu adlı dələduza verdik. Hazırda azyaşlı qızlara təcavüz etməklə və 5200 adama dələduzluq etdiyi üçün həbsdə yatır. Onunla birlikdə qardaşı və atası da həbs olunub. Amma bizim işlə bağlı tutulmayıblar.

Anamdan gəlib kirayə adı ilə açarı alıblar. Gedib bütün əşyaları atıb, özlərinin istədiyi kimi düzəldiblər. Həmin vaxt Türkiyədə idim, gəldim ki, çıxın buradan. Mənə dedilər ki, təmir pulunu verin çıxaq. Əvvəl 15-20 min arası tələb edirdilər. Dedim ki, əşyalarımızı atmısız, siz də bizə pul borclusunuz. Sonra təklif etdim ki, məkanı təhvil verin, biz kirayə verib, təmir xərcini qaytaraq. Bizə söyüşlər söyür, silahla təhdid edirdilər. Bir-iki dəfə polis çağırdıq. Həmin şəxslər mətbuata tanınan adamlardır. Məhkəməyə müraciət etdim. Hakim haqlı qərar verdi, dedi məkan tərk edilməlidir. Onlar appelyasiya məhkəməsinə müraciət etdi və biz uduzduq.

İndi anam məkanda oturub, deyir çıxmıram. İstəyirəm həmin yerdə məktəb açım. Tanımadığımız adamlar gəlib 73 yaşlı anamı təhdid edir. Bizi hədələyirlər ki, bizə 50-70 min verməsəz, sizi burada qoymayacağıq. Qarşı tərəf bizdən 204 min təzminat istəyib. Hakim qərarına görə biz onlara 58 min təmir pulu ödəməliyik və sonra onlar məkandan çıxmalıdırlar".

Seyidcahan bildirib ki, məkanı icarəyə verərkən heç bir sənəd imzalanmayıb. Müğənni məsələ ilə bağlı yardım istəyib.

Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur. Xatırladaq ki, Faiq Azayevlə müğənni Rəqsanə İsmayılovanın əvvəllər sevgili olduğu haqda mediada xəbərlər yayılmışdı. O, daha sonra müğənniyə qarşı 300 min manatlıq məhkəmə iddiası da qaldırmışdı.(axşam az)

"Biz heç ayrılmadıq" - Nəsrin Cavadzadə

"Biz heç ayrılmadıq" - Nəsrin Cavadzadə

Aktrisa Nəsrin Cavadzadə İstanbulun Bebek səmtində görüntülənib.

YAZTV türk mediasına istinadən xəbər verir ki, sənətçinin aktyor sevgilisi Gökhan Alkan ilə ayrıldığı iddia edilmişdi.

Cavadzade Gökhanla bağlı "Yenidən barışdınız" sualına "Biz heç ayrılmadıq. uzun müddət birlikdə görüntüləyə bilmədiyiniz üçün elə hesab etdiniz. Gökhan indi Antakyada serisl çəkilişindədir" cavabını verib. (axşam az)

Meqan prodüser oldu

Meqan prodüser oldu

Şahzadə Harrinin holdaşı Meqan Markl "Pearl" animasiya serialının prodüseri olub.

YAZTV xarici mediaya istinadən xəbər verir ki, bu barədə "Archewell" ictimai təşkilatının yayımladığı açıqlamada deyilir. 

"Netflix"də yayımlanacaq ekran işində əsl gücünü axtaran və dünya tarixindəki nüfuzlu qadınlardan ilham alan 12 yaşlı qızın sərgüzəştlərindən bəhs ediləcəyi qeyd olunub.

Layihəyə Kerolayn Soper, Liz Qarbus, Den Kogan, Amanda Rinda və Devid Ferniş kimi film sənayesi mütəxəssisləri də öz töhvələrini verəcək.

"Times" qəzetinin məlumatına görə Meqan "Netflix"lə bağladığı müqavilə əsasında ekran işindən ildə 1,85 ilə 3,7 milyon dollar arası avans, yayımlandıqdan sonra isə daha çox gəlir əldə edəcək. (axşam az)

Sevgilisindən Tatlısəslə bağlı paylaşım: "Könlümün əfəndisi"

Sevgilisindən Tatlısəslə bağlı paylaşım: "Könlümün əfəndisi"

Müğənni İbrahim Tatlısəs və sevgilisi Gülçin Karakayanın yeni fotosu yayılıb.

YAZTV xəbər verir ki, silahlı hücuma məruz qaldıqdan sonra 9 il iş həyatına fasilə verən ifaçı hazırda yeni şousu ilə gündəmə gəlib. İşi ilə yanaşı Tatlısəs şəxsi həyatını da yoluna qoyub.

Özündən 43 yaş kiçik Gülçin Karayaka ilə sevgili olan müğənni "Könül evliliyi etdim" deyib. Uzun fasilədən sonra Tatlısəs sevgilisinə qovuşub.

Gülçin birlikdə olan fotolarını yayımlayaraq "Gəldi könlümün əfəndisi" sözlərini yazıb.

"Lağ edib qəlb qırmayın" - Elnarədən tənqid yazanlara

"Lağ edib qəlb qırmayın" - Elnarədən tənqid yazanlara

"Fərqi yoxdur, necə görsənirsinizsə görsənin: yaşlı, cavan, kök, arıq, sadə, yaxud qlamur. Bir şeyi heç zaman yadınızdan çıxarmayın: Allah bu ömrü bizə yaşamaq üçün verib. Sağlam və rahat yaşamaq üçün".

YAZTV xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova sosial şəbəkədə yazıb. Sənətçi tənqid yazan izləyicilərinə səslənib:

 "Ona görə də, əgər sağlam və rahat yaşamaq istəyirsizsə həyatınızdakı neqativlərdən, kindən, paxıllıqdan, kədərdən uzaq olun. Balaca şeylərə xoşbəxt olmağı bacarın. Üzünüzdən təbəssümü əskik etməyin. Mehriban olun. Qəlb qırmayın, haqq yeməyin, lağ etməyin, eyib açmayın. Heç kəsə yuxarıdan aşağı baxmayın. Çünki bunu yalnız Allah edə bilər. Evdə yaşlı ana və nənələrinizin, xala və bibilərinizin, ata və babalarınızın, əmi və dayılarınızın qədrini bilin. Əyninizə nə rahatdırsa onu geyinin. Sizə necə rahatdırsa, elə yaşayın. Yetər ki, sağlam və xoşbəxt olasız". (axşam az)
Rusiyaya toy mərasimlərinə ona görə getmədim ki... - Faiq Ağayev

Rusiyaya toy mərasimlərinə ona görə getmədim ki... - Faiq Ağayev

YAZTV xəbər verir ki, Xalq artisti Faiq Ağayev Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

- Faiq bəy, yaradıcılığınızda hansı yenilikləri planlaşdırırsınız?

- Bu yaxınlarda dinləyicilərimə yeni mahnımı təqdim etdim. Bu azrap ilə bir işbirliyidir, 4 məşhur reperimiz mahnını ərsəyə gətirib. Sözləri Orxan Qarabasmaya və Şəhriyar Atababayevə (Xpert), səs prodüserliyi ProMeteyə aiddir. Mahnının üzərində yeddi aydır ki, iş gedirdi. Bu ayın 1-də yutub kanalımda, 2-dən etibarən isə bütün yerli radiolarda səslənir. Musiqisi həmkarım Kazım Cana, aranjemanı isə Nadir Nəğd Pul və Givi Usenasvilliyə aiddir. Çox maraqlı bir layihədir. Burada fərqli Faiq Ağayev görəcəksiniz. Klipə də iki məşhur sima çəkiləcək.

- Məşhurlar həmkarlarınız, yoxsa aktyorlar olacaq?

- Hər ikisi aktyordur, biri xanım, digəri isə bəydir. Çox məşhur simalardır. Klipin rejissoru Nicat Zeynallı olacaq. O, "Səni əvəz eləmir" klipimin də rejissoru olub.

Düşünürəm ki, yayın sonuna qədər klip hazır olacaq.

- Bir müddət əvvəl remeyklər hazırladığınızı qeyd etmişdiniz...

- Gövhər Həsənzadənin "Dönmə geri" və 1992-də ifa etdiyim "Gəl, gülüm" mahnılarının remeykləri hazırdır. "Gəl, gülüm" mahnısının sözləri Səlim Həqqiyə, musiqisi isə İlham Abdullayevə aiddir. Son bir il yarımda 12 yeni mahnı lentə almışam, 3 mahnını təqdim etmişik, artıq radiolarda səslənir. 9 mahnı üzərində isə işləyirik, demək olar ki, onlar da hazırdır.

- İyunun 1-dən etibarən toy mərasimlərinə icazə verildi. Toy mərasimləri üçün darıxmışdınızmı?

- Toy mərasimləri üçün çox darıxmışam. Hər dəfə səhnəyə çıxanda, toy mərasimi, konsert, balaca bir yığıncaq belə olsun, hər zaman məsuliyyət hissindən həyəcan keçirirəm. Bir il yarım idi ki, peşəkar sənətçi kimi səs tellərimi işlətmirəm. Toy mərasimləri də yeddi-səkkiz saatlıq oxumaq deməkdir.
Həyəcan var, 33 ildir ki, səhnədəyəm, 28 ildir toy mərasimləri idarə edirəm - gərək hər şey ənənəvi F.A keyfiyyətində olsun.

- Müğənni Nura Suri açıqlamasında qeyd edib ki, toy qiymətini aşağı salacaq, bəs siz necə?

- Mənim sənətim fərdi sənətdir, kollektiv deyil. Kiminsə sözünü, hərəkətini şərh etmək məcburiyyətində deyiləm. Nura Surinin xətrini istəyirəm. Hərə nəyi nəzərdə tutubsa, elə də etsin. Məndə toy qiymətində dəyişiklik olmayacaq.

- Toy qiymətini qaldırmağı düşünürsünüz?

- Xeyr, nə üçün?! Buna bir ehtiyac görmürəm.

- Hansısa həmkarınızla duet olacaqmı?

- Hələ ki, elə bir mahnı yoxdur. Material olmalıdır ki, bu mahnını filankəslə oxuyasan.

Bəlkə də remeyklərdən birini müğənnilərimizdən biri ilə duet oxuyacam.

- Duet ortağınızın adını açıqlaya bilərsiniz?

- "A" kateqoriyalı müğənnilər beş nəfərdən çox deyil.

- Aygün Kazımovanı, yoxsa Röya Ayxanı nəzərdə tutursunuz?

- Üç müğənni adı da çəksəniz tamamlanacaq (gülür).

- Bir çox sənətçilər pandemiya zamanı çətin vəziyyət yaşadılar. Evlərini, avtomobillərini satanlar, hətta biznesə başlayıb iflas edənlər də oldu. Siz bu mərhələni necə keçdiniz?

- İçi mən qarışıq hamı problem yaşadı. Bu dönəmdə yeni biznes açmaq təhlükəlidir. Çünki illərlə fəaliyyət göstərən bizneslər belə pandemiya vaxtı çökdü. Qazancımız yox idi, amma xərclərimiz öz yerində idi. Ona görə çox sevinirəm ki, şərait imkan verir işə qayıdırıq.

Məndə də çox çətinliklər oldu. 12 yeni mahnı oxumaq, 2 klip çəkmək... Bu isə təxminən 70-80 min manat deməkdir. İl yarım qazanmamışam, deməli nə vaxtsa qazandıqlarımı xərcləmişəm. Bunun də əvəzinə pul gəlməlidir. Gəlmirdi deyə hamı stress içində idi, kimsə nəyisə satırdı, kimsə xırda biznesə başlayırdı.

- Rusiyaya toy mərasimlərinə getdinizmi?

- Xeyr, Rusiyaya toy mərasimlərinə getmədim. Elə bir şərtlərlə dəvət etdilər ki, qəbul etmədim. Çox nataraz təkliflər idi. Mənim və köməkçimin Moskvaya gedib qayıtmağı, hotel, bilet, eləcə də mənimlə orada çalışacaq texniki heyətə ödəniş etmək lazım idi. Qazancım sıfıra bərabər olurdu. Sanki bir növ xeyriyyəçiliklə məşğul idim, Moskvada toyu oxuyub, pulu hamıya paylayıb, evə boş gələcəkdim.

- Toy mərasimlərinə təkliflər çoxdurmu?

- Şükür, toy mərasimlərinə təkiflər var. İllərlə gözləyən və pandemiyadan əvvəl dəvət aldığım amma hələ də baş tutmamış tədbirlər var. İndiyə qədər həmin məclislərin behləri də məndədir. Yavaş-yavaş işimiz düzəninə qayıdır, maşallah.

- Pandemiyada öz büdcənizdən xərclədiniz. Sizin hər hansı biznesiniz varmı?

- Biznesim yoxdur. 33 ildir ki, səhnədəyəm. Hər zaman özümə bəhanə edirdim ki, hansısa işə başlasam, eyni ciddiliklə yanaşacam. Bu da mənim sənətimə ziyan vuracaqdı.

Adım olan yerdə yüksək keyfiyyət olmalıdır. Hər ikisini bir yerdə etməyi, əfsus, bacarmıram. Ona görə də yalnız müğənniliklə dolanışığımı təmin edirəm. (publika az)

"Deyir ki, Səyyadla Mətanət sevgili olub" - Cavanşirdən Mənzurəyə sərt sözlər

"Deyir ki, Səyyadla Mətanət sevgili olub" - Cavanşirdən Mənzurəyə sərt sözlər

Əməkdar artist Cavanşir Məmmədovla müğənni Mənzurə Musayeva arasında dava düşüb.

YAZTV xəbər verir ki, buna səbəb Mənzurənin dediyi "Duet ortaqları sevgili olur, eşq yaşayır" sözləri olub. C.Məmmədov "Xəbər-ətər" proqramında Mənzurənin ünvanına sərt sözlər deyərək, ona xəbərdarlıq edib:

 "Öz gözlərində tir görməyən başqa gözlərdə mil axtarırlar. Prodüser, sponsor, menecer sevgilin deyil? Adam danışanda qadın olduğunu düşünməlidir. Biz açıb tökmərik çay nəyin üstündən axır. Elə danış ki, quyuya özün düşə bilərsən. Durub deyir ki, Səyyad Əlizadə ilə Mətanət sevgili olub. Onun ailəsində niyə söz söhbət yaradırsan? Utanmırsan? Uşaqsan? Adama bir dəfə, iki dəfə deyərlər. Kimsə sənin haqda bildiyini danışsa, yaxşı olar? Bir dəfə sənə xəbərdarlıq etmişəm ki, danışığına fikir ver. Qayıtdın ki, sizdən danışmıram. Lap məni demirsən, nə haqqın var? Biz çox şeylərin şahidi olmuşuq".

Mənzurə isə C.Məmmədova "Kim ona deyir öz üzərinə götür. İşi bilənlər bilir. Ağ kağızam, ləkə götürmərəm. Mənim haqqımda heç kim heç nə deyə bilməz. Cavanşir uşaq deyil, hər şeyi qəşəng bilir. Olanları demək eyib deyil. Sən niyə özünə götürürsən ki? Mən demişəm 80 faiz sevgilidir. Sən qal 20 faizin içində" cavabını verib.