Thursday, 23 Sentyabr 2021 19:09
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Kaylinin 3 yaşlı qızı markasını yaradır

Kaylinin 3 yaşlı qızı markasını yaradır

Modelyer Kayli Cennerin üç yaşlı qızı Stormi öz markasını yaradır.

YAZTV xarici mediaya istinadən xəbər verir ki, modelyer qızının öz ofisi olduğunu və onunla birlidə işə getdiyini bildirib. Eyni zamanda, qızının gizli markası olduğunu və yaxın zamanda işıq üzü görəcəyini açıqlayıb. Ofisdə çəhrayı oyuncaqları ilə də oynadığını deyən Kayli qızının ətrafında örnək alacaq bir çox qadının olduğuna diqqət çəkib.

Xatırladaq ki, bu Storminin anası ilə üzərində işlədiyi ilk iş deyil. Stormi 2020-ci ildə də anası ilə birgə kosmetika kolleksiyası hazırlayıb.

Qeyd edək ki, Kayli repçi Travis Skotla sevgilidir. (axşam az)

Ahmet Kural həbs olunacaq

Ahmet Kural həbs olunacaq

Müğənni Sıla Gençoğlunu döydüyü üçün hakim qarşısına çıxan Ahmet Kuralla bağlı yeni qərar verilib.

YAZTV türk mediasına istinadən xəbər verir ki, Ahmet bundan əvvəl həbs cəzası almış, daha sonra qərar ləğv olunmuşdu.

Yenidən hakim qarşısına çıxan Kuralla bağlı son qərar verilib. Sılaya əl qaldıran Ahmet yenidən 1 il 4 ay 20 gün həbs cəzası alıb(axşam az)

Yayda ətrin qalıcılığını necə saxlamaq olar?

Yayda ətrin qalıcılığını necə saxlamaq olar?

Yayda isti hava, tər, günəşdən qoruyucu kremlər ətirlərdən istifadəni çətinləşdirir.

 YAZTV isti havalarda belə ətrin qalıcılığını artıracaq bir neçə tövsiyəni təqdim edir.

Qat-qat vurun

Sevdiyiniz ətri müxtəlif formalarda və ya fərqli qoxuları eyni anda istifadə edərək vura bilərsiniz. Duş geli və ya bədən yağlarına əlavə edərək özünüzə xas qoxu yaradın. 

Bədəninizin fərqli bölgələrinə sıxın

Biləklər və boyun xaricində digər yerlərə də vurun. Dirsəklərə, qarın və digər bölgələrə ətir vurmaq qoxunun uzun müddət qalıcılığını təmin edəcək. Saçları da unutmayaq. Saçlarınıza yüngül ətir vuraraq qoxunu daha qalıcı edə bilərsiniz.

Ətirləri otağınızda deyil, soyuducuda saxlayın

İsti hava ətrin tərkibinin dəyişməsinə və qalıcılığının azalmasına səbəb olur. Buna görə də parfümü soyuducuda saxlamağınız tövsiyə olunur.

Dərinizi nəmləndirin

Ətrin daha qalıcı olması üçün ən yaxşı fəndlərdən biri də təmiz və nəmli dəriyə çəkilməsidir. Duşdan çıxdıqdan sonra dərinizi nəmləndirmək ətirin bədəninizə daha yaxşı yapışmasına imkan verəcəkdir. Bu həm dərinizin qurumasının qarşısını alacaq, həm də günün istənilən vaxtında xoş bir qoxuya sahib olmağınıza yardımçı olacaq. (axşam az)

"Bir evim var, onu da satıram" - Məleykə Əsədova

"Bir evim var, onu da satıram" - Məleykə Əsədova

"Həmişə istəyirəm ki, aktyorlar səhnədən alqışlarla yola salınsın. Amma olub ki, aktyorlarımızın çoxu səhnədən yola salınmayıb: Telman Adıgözəlov, Əjdər Həmidov, Rafael Dadaşov. Düzdür, buna pandemiya da səbəb oldu. Rafael Dadaşov vəfatından 2-3 ay öncə "Şöhrət" ordeninə layiq görüldü. Aktyor nə istəyir ki? Alqış, sevgi. Biz sənət fədailəriyik".

YAZTV xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Üzə-düz" proqramında deyib. Aktrisa sənət adamlarına dəyər verilmədiyini söyləyib:

 "İndi deyirlər, aktyorun mükafat üçün filan yaşı olmalıdır. İndi heç 60 yaşa çatırıq ki? Ürəyim xəstədir. 60 yaşa çatmamış, bir də görürsüz ki, dünyamızı dəyişirik. Bəs, biz nə vaxt o şöhrəti görəcəyik? Nə istəyirik ki, sənətimizə alqış. Sənət adamları, teatr aktyorları çox həssas, duyğusal olurlar. Görünüşcə cavan qala bilərəm, səhnədə nə boyda obrazlar yaratmışam. 32 ildir davam edir. Biz efirlərə də pulsuz gedirik, özümüzü fəda edirik. Bunu etməliyik, təmsil etmək bizim borcumuzdur. Sənət adamlarına vaxtında qiymət vermək lazımdır. Bəlkə kimsə 50-60 il səhnədədir. Səhnədə barmaqla sayılası aktyorlar var, biri də mən. Sənətdən başqa başqa heç bir şey bacarmıram, biznes də bilmirəm".

M.Əsədova evini satışa çıxardığını deyib:

"Bir evim var, onu da neçə ildir satışa qoymuşam, satılmır. Sata bilmirəm ki, özümünkülərə kömək edim. Biz bunları dilə gətirməməliyik. Aktrisa ucada, əlçatmaz olmalıdır. Məni səhnədə tamaşalarımla görməlidirlər, qəlbimi küsdürməməlidirlər". (axşam az)

Özcandan küsməyinin səbəbini açıqladı

Özcandan küsməyinin səbəbini açıqladı

Aktrisa İrem Helvacıoğlu Özcan Dənizlə aralarında yaşanan qalmaqala aydınlıq gətirib.

YAZTV xəbər verir ki, sənətçi qatıldığı mükafatlandırma gecəsində "Seni çok bekledim" serialında tərəf müqabili olduğu Dənizlə ekran işi bitdikdən sonra küsmələrinin səbəbini açıqlayıb.

O bildirib ki, Özcan onunla bağlı paylaşımlarını silib:

"Heç bir söz demədən fotoları sildi. Nə baş verdiyini anlamadım. Mən də ondan sonra niyə qalsın deyib, sildim. Bir az keçəndən sonra isə izləmədən çıxartdım".(axşam az)

Məşhur cütlük ayrıldı

Məşhur cütlük ayrıldı

Türkiyənin məşhur aktyorlarından Aras Bulut İynəmli sevgilisi aktrisa Bige Önalla ayrılıb.

YAZTV xəbər verir ki, 6 ildir birlikdə olan cütlüyün hansı səbəbdən ayrıldığı açıqlanmayıb.

Qeyd edək ki, Bige Önal yaxın günlərdə sevgilisi ilə evlilik qərarının olub-olmaması ilə bağlı sualı "Həmişə eyni sualı soruşursunuz, mən də eyni cavabı verirəm. Xahiş edirəm bir daha soruşmayın" deyə cavablayıb. (axşam az)
"Sən niyə o toylara getmirsən" deyənlərə Flora Kərimovadan reaksiya

"Sən niyə o toylara getmirsən" deyənlərə Flora Kərimovadan reaksiya

Xalq artisti Flora Kərimovanın müğənnilərin ünvanına dediyi "qazi, şəhid ailəsinin toyuna gedib reklam edirlər" ifadəsi qalmaqala səbəb olub.

YAZTV xəbər verir ki, sənət adamlarının bir çoxu və sosial şəbəkə istifadəçiləri Kərimovanı bu sözlərinə görə qınayıb.

 Müğənni yazılan tənqidlərə cavab verib. O bildirib ki, hər zaman qazi və şəhid ailələrinin dəvətlərini qəbul edib, məclislərinə qatılıb:

"İllər əvvəl 11 min şəhidi, 50 min qazisi, 4 mindən çox itkini olan ölkənin Xalq artisti idim. Bu faciəni indi çoxları unudub. Mənim isə yaddaşım hələ də qan ağlayır.

İndi isə qalib bir dövlətin sənətkarıyam. O yaranı 27 il mən ürəyimdə daşımışam. Etdiyim əməllərimlə bu gün qürrələnməyə sizdən çox haqqım çatır. Həmin illərdə nə qazilər təqdim edilir, nə də şəhidlər belə dəfn edilirdi. Bir qazi, şəhid övladı deyə bilməz ki, Floranı bir məclisimə çağırdım gəlmədi. Təəssüf ki, həmin illər İnstaqram, nə də alternativ vasitələr var idi. 25 il efir qadağası olan biri idim. Məndə əzmkarlıq var idi ki, bu etdiklərimi dilə gətirim, gündəm edim? Çox şükür edirəm ki, yaradan bu xisləti mənə rəva bilmədi.

"Sən niyə o toylara getmirsən" sualını verənlər, məndən nəsə tələb edənlərin ən az mənim yaşımın yarısı qədər yaşı olub, yaşadığımın yüzdə birini yaşamalıdır. Bu torpaq üçün etdiyimin birini edən olmadı. 80 yaşımda hər nəfəs aldığımda nə vaxtsa tapşırılacağım torpağımda yaşadığıma görə hər saniyəmə şükür edirəm. Ən zalimimizin belə qanı qanımdan, canı canımdan olan vətəndaşımızdır". (axşam az)

Ana olmaq istəyən müğənni 16 kiloqram kökəlib

Ana olmaq istəyən müğənni 16 kiloqram kökəlib

Türkiyəli müğənni Aylin Coşkun 2 ildir evli olduğu Volkan Aslanla uşaq sahibi olmaq istədiyini açıqlayıb.

 YAZTV xəbər verir ki, müğənni süni mayalanmaya baş vurduqlarını və müalicə olunduğu müddətdə 16 kiloqram aldığını bildirib:

“Olmur, hazırda çalışırıq, 16 kilo aldım. Hər kəsdən dua etməsini xahiş edirəm. Müalicələr davam edir. Xərçəng xəstələri ilə eyni streslə gedirmiş süni mayalanma müalicəsi. 1,5 ildir çalışıram".

Aylin ana ola bilməyəcəyi təqdirdə 10 pişik alacağını söyləyib.

Qeyd edək ki, 44 yaşlı müğənni 17 illik sevgisi Volkan Aslanla iki il əvvəl ailə həyatı qurub. (axşam az)

"Fədayə getdiyi toyda deyirdi ki, Rəqsanə olmasın"

"Fədayə getdiyi toyda deyirdi ki, Rəqsanə olmasın"

Müğənni Fədayə Laçınla Rəqsanə İsmayılova küsülüdür.

YAZTV xəbər verir ki, bu haqda Rəqsanə "ATV maqazin onlarla"da deyib. O bildirib ki, Fədayə həbs olunanda onun ailəsinə maddi yardım göstərib:

"Amma həbsxanadan çıxanda dedi ki, Manaf Ağayev mənə yardım edib. Amma həmin məqamda ən çox mən onların yanında oldum. İndi onu heç axtarmıram da. Fədayəni Moskvaya gətirən mən oldum. Çünki mən onun yaşadığını yaşamasam da, ailəm yaşayıb. Yığdım müğənniləri ki, onun ailəsinə pul yığaq. Nura Suri sağ olsun, təklif ondan gəlmişdi. Xalq artistləri var idi ki, 50 manat göndərmişdi. Utandığımdan həmin siyahını cırdım. Hər şeydən əvvəl də anamı evlərinə göndərmişdim. Mənim kiməsə borcum yoxdur. Heç vaxt adımı çəkmədi.

Fədayə Laçınla heç vaxt yaxın dost olmamışam. Bir dəfə onunla eyni verilişdə idik. Qayıtdı ki, heç vaxt qalmaqalda olmamışam, olmayacam da. Amma gördün necə sınaqlardan keçdin? Fədayə bir nömrə olanda mənə kömək etmirdi. Tacir Şahmalıoğlu ilə bütün günü toylarda idilər. Əksinə məni vururdular, toylarda olmasın deyirdilər.

Amma bu gün mənə hamısı həsədlə baxır. Allah etdi. İndi amma kiminsə yüz min dollarlıq söhbəti mənə görə bağlanır. Niyə adımı çəkmirlər? Kiməsə görə dostuma ağız açıram. Elə o dostdan özüm üçün istifadə edərəm". (axşam az)

Məşhur prodüser boşandı - 20 milyon təzminat

Məşhur prodüser boşandı - 20 milyon təzminat

Bir çox qadını təcavüz və cinsi zorakılığa məruz qoymaqda təqsirləndirilən Hollivud prodüseri Harvey Vaynşteyn həyat yoldaşı Corcina Çapman ilə boşanıb.  

YAZTV xarici mediaya istinadən xəbər verir ki, gizli saxlanılan boşanmanın ardından Harveyin Çapmana nə qədər təzminat ödəyəcəyi bilinməsə də öncədən imzaladıqları nikah müqaviləsinin detalları ortaya çıxıb.

2007-ci ildə evlənən cütlüyün 2 övladı var. Boşanma prosesi 2018-ci ilin yanvar ayında başlayıb. Hazırda həbsdə olan prodüser məhkəməyə qatılmayıb. Çapman Harveydən 15 ilə 20 milyon dollar arasında təzminat və uşaqlarının qəyyumluğunu istəyir.

Cütlüyün nikah öncəsi razılığına görə Harvey Çapmana hər evlilik ili üçün ona dəstək olaraq 300 min dollar ödəməli idi. 10 ildən sonra ödəmə miqdarı 400 min dollara çatır və məbləğ vaxtında öyrənilir.

Eyni zamanda Çapman bu müqavilə ilə 15 milyon dollarlıq "West Village" malikanəsinin və 12 milyon dollarlıq "Hamptons" çimərlik evi kimi bəzi ailə varlıqlarını və digər ödənişləri də sığortalayıb.

Məhkəmədə xüsusi uçuşlar üçün ödənişlər, çeklər, "Vogue" məqalələri, müttəhimin xeyriyyəçiliyini sənədləşdirən məqalələr və girov vəsaitlərinin alınması kimi maddələr də səsləndirilib.

Qeyd edək ki, təcavüz etdiyi qadınlar arasında Ancelina Coli, Qvinet Peltrou, Salma Hayek kimi məşhur aktrisaların da olduğu prodüser 23 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda ondan zərərçəkən qadınlara müxtəlif məbləğlərdə təzminat ödəməsi tələb olunub.

Keçmiş həyat yoldaşının adı təcavüz olaylarında hallandığından bəri onunla yollarını ayıran Çapman isə son iki ildir məşhur aktyor Edrian Broudi ilə münasibətdədir. (unikal org)

Nigar Londonda karantinə alındı

Nigar Londonda karantinə alındı

Müğənni Nigar Camal karantinə alınıb.

YAZTV xəbər verir ki, İngiltərəyə gedən sənətçi pandemiya qaydalarına görə 10 gün küçəyə çıxa bilməz.

Bunla bağlı Nigar özü məlumat verib. O, paylaşımında "Çox xoşbəxtəm. Londona gələn kimi 10 gün karantində ölməliyik. Heç yerə çıxmaq olmaz. Buna görə də onlayn təhsil alıram" sözlərini yazıb.

Qeyd edək ki, Nigarın övladları Londonda yaşayır. Buna görə də o, tez-tez İngiltərəyə gedib-gəlir.(axşam az)

Aydemir Nebahat Çehre etirafı hamını təəccübləndirib

Aydemir Nebahat Çehre etirafı hamını təəccübləndirib

Aktyor Aydemir Akbaş illər sonra etdiyi etirafları ilə hər kəsi təəccübləndirib.

YAZTV türk mediasına istinadən xəbər verir ki, həmkarı Beyhan Benek ilə ilk dəfə 1964-cü ildə nikah masasına oturan aktyor iki dəfə boşanıb və üç dəfə evlənib.

Aydemir "Əgər Beyhan ilə evlənməsəydim nikah masasına oturacağım şəxs Nebahat Çehre olardı" sözlərini deyib.

85 yaşlı Aydemir Nebahata aşiq olduğunu etiraf edib. "Onun ev xanımlığına, düzəninə heyranam, gerçək bir qadındır. Onun kimi bir qadın çətin tapılır. Çox gözəl yaşadı, səviyyəli bir xanımdır. Ona görə də həyatına indi heç kimi daxil etmir. Nebahatin səviyyəsinə çatmaq çox çətindir" deyə, aktyor əlavə edib(axşam az)