Thursday, 23 Sentyabr 2021 18:10
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Məşhur aktyor mirasını “Qalatasaray”a bağışlayır

Məşhur aktyor mirasını “Qalatasaray”a bağışlayır

Məşhur türkiyəli aktyor Aydemir Akbaş mirasını tərəfdarı olduğu kluba bağışlayacağını açıqlayıb.

YAZTV Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor “Qalatasaray” fanatı olması ilə də məşhurdur.

“Sərvətim çox deyil, amma mirasımı “Qalatasaray” cəmiyyətinə bağışlayacağam. Əvvəlcə ehtiyacı olan varmı deyə, yaxınlarıma baxacağam, onun əsasında qərar verəcəyəm. Klubum üçün həyat yoldaşımı da boşayaram”, - deyən aktyorun açıqlaması diqqət çəkib.

Qeyd edək ki, aktyor “Kolpaçino” filmində canlandırdığı Sabri abi obrazına görə xalq arasında bu adla tanınır.(qafqazinfo az)

Aysel keçmiş həyat yoldaşını məhkəmə ilə hədələdi

Aysel keçmiş həyat yoldaşını məhkəmə ilə hədələdi

Şairə Aysel Nəcəfli ilə keçmiş həyat yoldaşı, müğənni Elnar Xəlilov arasındakı qalmaqal bitmək bilmir.

YAZTV xəbər verir ki, Aysel keçmiş əri ilə bağlı paylaşım edərək, onu polislə hədələyib. O bildirib ki, Elnar İnstaqramda canlı yayıma girərək, onunla bağlı xoşagəlməz sözlər səsləndirib: 

 "Artıq səni polisdə deyil, məhkəmədə süründürəcəm. Əgər bir kişi övladımın anasıdır deyib, ağzını yummursa, mən niyə övladımın atasıdı deyib, susum? Niyə təhqirlərə göz yumum? Məndə videoların var. Dediyin hər bir kəlmənin  cavabını verəcəksən. Get həyatını yaşa, məndən nə istəyirsən? Niyə problemi İnstaqramda və verilişlərdə həll edirsən? Niyə haqqımda iyrənc danışırsan? Çünki Aysellə bağlı istədiyini əldə edə bilməmisən.

İnsanlar, kamera önündə danışan Elnar Xəlilova inanmayın, maskalanır. Daxildə tam başqa adamdır. Efirdə özünü başqa göstərir. Dediyim, yazdığım hər kəlmənin doğrulugunu göstərən əlimdə dəlillərim var.

Anası hər dəqiqə Elnara qız şəkilləri göstərirdi ki, evlənsin. Sususrdum. Axırda Elnar demişdi ki, ana, fərqindəsənsə evliyəm. Heç bir qadın kefindən ayrılmır.

Efirdə yalandan uşaqdan danışır. Amma vecinə deyil ki, uşaq acdı, ya tox. Hamısını Aysel edir. Çünki sən reytinq olan söz danışacaqsan. Ayrılanda anan da, sən də dediniz ki, mənə uşaq lazım deyil. Uşağa görə həyatımı bitirməyəm, evlənəcəm".

Flora Kərimova nəvəsini itirib

Flora Kərimova nəvəsini itirib

Xalq artisti Flora Kərimova nəvəsini itirib.

YAZTV xəbər verir ki, müğənninin qızı Zümrüdün övladı doğulmamış dünyasını dəyişib. Kərimova bu haqda "Xəbər-ətər" verilişində deyib:

 "Balamı, Floranı itirdim. Ondan sonra başa düşdüm ki, xoşbəxtlik sakitlik sevir. Bəzi insanlar var ki, ürək açıb demək onlara ağırdır. kaş onu açıb deməzdim. İndi qızım əziyyət çəkir. Qızımın gözəl ailəsi var. Qayınanası onu mənim kimi sevgi əhatəsinə alıb. Amma qanadım sındı. Qızım mənimlə çox pozitiv danışır. Qayınanası isə deyir ki, gizli-gizli ağlayır. Balamın balası yoxdur, özü də əziyyət çəkir.

Bunu açıqladım, çünki əvvəldən demişdim. hamıda soruşurdu ki, Flora doğuldu, nəvəniz oldu? Bunu yaşamamaq üçün açıqladım. Nə olursa-olsun nəvəmin olacağına inanıram. Balaca Floranın ətəyimdən tutub gəzməsini hiss edirəm. Heç bir ana balasından dərd çəkməsin".

Qeyd edək ki, F.Kərimovanın qızı Zümrüd xaricdə ailə qurub və orada yaşayır. (axşam az)

"Miss Turkey"lə xəstəliyə qalib gəldim"

"Miss Turkey"lə xəstəliyə qalib gəldim"

"Miss Turkey 2018" gözəllik yarışmasının ikincisi seçilən Tara de Vries müsabiqə sayəsində "seçici susqunluq" xəstəliyinə qalib gəldiyini deyib.

 YAZTV türk mediasına istinadən xəbər verir ki, hazırda "Kanal D"də aparıcı kimi çalışan Tara aktrisalıq dərsləri də alıb.

Maqazin verilişinə aparıcılıq edən model "Enerjiliyəm, bunu insanlara ötürməyə çalışıram. Ayaqlarını yerə sağlam basa bilən hər kəs xoşbəxtdir. Uşaqlıqda susqunluq deyə bir xəstəliyim var idi. Həkimlər "seçici susqunluq" deyirdi. Uşaqlarda bu hal çox olurmuş. "Miss Turkey" ilə bu xəstəliyə qalib gəldim. "Miss Universe"yə getdim tamamilə xəstəliyim aradan qalxdı. İndi aparıcılıq fəaliyyətimdə fikir verirəm ki, heç bir izi qalmayıb" sözlərini əlavə edib.  (axşam az)

Fərda ilə Müşviq barışdı

Fərda ilə Müşviq barışdı

Aktyorlar Fərda Xudaverdiyevlə Müşviq Şahverdiyev arasındakı inciklik bitib.

YAZTV xəbər verir ki, sənətçilər barışıblar. Bir araya gələn aktyorlar şəkil çəkdirərək sosial şəbəkədə paylaşıblar.

Müşviq Fərda ilə olan fotosuna "Hər şeyi zaman həll edir, bugünkü gün kimi... Yaxşı dostlar sağ olsun. Çalışaq mehriban olaq" qısa şərhini yazıb.

Fərda isə birlikdə olan şəkillərinə "Asimanla İsabala yenidən sizlərlə" sözlərini qeyd edib.

Qeyd edək ki, Fərda ilə Müşviq sonuncu dəfə "Niyə" filmində birlikdə çəkiliblər. (axşam az)

Çağatay Ulusoy üsyan etdi

Çağatay Ulusoy üsyan etdi

Türkiyəli aktyor Çağatay Ulusoy keçmiş sevgilisi Serenay Sarıkaya ilə barışmasıyla bağlı xəbərlərə sərt münasibət bildirib.

YAZTV xəbər verir ki, aktyor bu barədə İnstaqram hesabında paylaşım edib:

 "Demək olar ki, 5 ildir gözəl davam edən münasibətim var. Hər il bu xəbərləri yenidən verirsiniz. Bir də özünüzdən əmin kimi davranıb, insanları da inandırırsınız. Çox məyusedicidir. Niyyətiniz nədir? Başa düşmürəm. Əl çəkin bizdən".

Qeyd edək ki, aktyor həmkarı Duyğu Sarışınla eşq yaşayır. (axşam az)

Nazim oğluna nişan etdi

Nazim oğluna nişan etdi

"Faytonçu" ləqəbi ilə tanınan müğənni Nazim Pişiyari oğlunu nişanlayıb.

YAZTV xəbər verir ki, nişan mərasimi ötən gün baş tutub.

 Qeyd edək ki, Nazim bir müddət əvvəl övladını evləndirməyə hazırlaşdığı açıqlamışdı. O, pandemiyaya görə böyük məclis keçirməyəcəyini deyib.

Aleyna Tilki özü üçün dayə axtarır

Aleyna Tilki özü üçün dayə axtarır

Türkiyəli müğənni Aleyna Tilki açıqlaması ilə gündəmə gəlib.

YAZTV xəbər verir ki, ifaçı sosial şəbəkədə dayə axtarışında olduğunu deyib:

 "Köməkçinin nazını çəkə bilmərəm. Dayələr çox çalışqandır. Yeməyimi düşünər, saçımı darayar".

A.Tilki dayədən hansı özəllikləri tələb etdiyini də yazıb:

"İngilis və rus dili bilməlidir. Çox sakit olmalıdır. Yol göstərməlidir, məsələn, "Ora çıxsan, yıxılarsan" desin. Çünki kimsə deməsə, həqiqətən yıxılıram. Mən dənizdə olanda jurnalislər varsa, xəbər etməlidir". (axşam az)

"İlyas Çakırbeyli" serialdan ayrılır?

"İlyas Çakırbeyli" serialdan ayrılır?

"Eşkiya dünyaya hükümdar olmaz" serialında gözlənilməz ayrılıq yaşanacağı iddia edilib.

YAZTV xəbər verir ki, ekran işinin 7-ci mövsümündə Ozan Akbabanin yer almayacağı deyilir.

 "İlyas Çakırbeyli" obrazının serialdan necə ayrılacağı isə hələlik bəlli deyil.

Qeyd edək ki, "EDHO" nun baş rolunu Oktay Kaynarca canlandırır. (axşam az)

Hollivudda qadınlara dəyər verilmədiyini açıqladı

Hollivudda qadınlara dəyər verilmədiyini açıqladı

Məşhur aktrisa Skarlett Yohansson film sahəsində çalısan qadınların xor görüldüyünü, dəyərləndirilmədiyini və maaşlarının az olduğunu açıqlayıb.

 YAZTV xarici mediaya istinadən xəbər verir ki, aktrisa "Glamour Magazine"ə verdiyi müsahibəsində Hollivudda cinsi ayrıseçkiliyin olduğunu etiraf edib:

"Bir qadın olaraq hər zaman öz müttəfiqiniz olmalısınız. Çünki bizə yuxarıdan aşağı baxır, yetəri qədər dəyər vermir və az ödəniş edirlər".

36 yaşlı aktrisa, "Anam bunu mənə uşaqlıqdan aşılayıb. Çünki məndən daha şiddətli formada təcrübədən keçirib. Bərabər maaş bu mübarizənin böyük bir hissəsidir" ifadərini işlədib.

Qeyd edək ki, Skarlett Yohansson bu yaxınlarda təqdimatı keçirilən "Black Widow" filmində baş rollardan birini canlandırıb. Aktrisa hazırda ikinci körpəsinə hamilədir. Onun 6 yaşında Rouz adlı qızı da var. (axşam az)

Karanın müəlliminə 15 min ödəyəcəklər

Karanın müəlliminə 15 min ödəyəcəklər

Aktyor Burak Özçivit və Fahriye Evcen oğulları Karana müəllim axtarır.

YAZTV türk mediasına istinadən xəbər verir ki, Karanın təhsilinə önəm verən cütlük, 15 min türk lirəsi (təqribən 2 min 940 azn) qarşılığında Karan üçün məktəbəqədər hazırlıq müəllimi seçimlərinə başlayıb.

Bildirilib ki, Fahriye Evcen hələ görüşə gələn namizədlər arasından istədiyi şəxsi tapa bilməyib.

Qeyd edək ki, Karanın 2 yaşı var. (axşam az)

Robert Dauni vəfat etdi

Robert Dauni vəfat etdi

Amerikalı rejissor və aktyor Robert Dauni-böyük 85 yaşında vəfat edib.

 YAZTV xəbər verir ki, bu barədə “New York Daily News” qəzeti məlumat yayıb.

Bildirilib ki, Robert Dauni-böyük Parkinson sindromundan əziyyət çəkirdi. O, Nyu-Yorkda evdə dünyasını dəyişib.

Qeyd edək ki, rejissorun ilk reytinqli işi “Patni Svoup”, daha sonra isə “Qriser sarayı” olub. Həmçinin aktyor "Maqnoliya", "Yaşamaq və ölmək Los-Ancelesdə" filmlərində də rol alıb.

Onun oğlu, məşhur aktyor Robert Dauni-kiçik də atasının bir neçə filmində çəkilib. (axşam az)