Thursday, 23 Sentyabr 2021 19:02
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Tünzalədən danışmadığı Faiqlə bağlı suallara qəribə reaksiya

Tünzalədən danışmadığı Faiqlə bağlı suallara qəribə reaksiya

Xalq artisti Tünzalə Ağayeva küsülü olduğu həmkarı Faiq Ağayevlə bağlı sualları cavabsız qoyub.

YAZTV xəbər verir ki, müğənni illər əvvəl F.Ağayevin "Neyləyim" klipində aktrisa kimi çəkilməsini xatırlamaq istəməyib.

 O, "ATV maqazin onlarla"nın ona bunla bağlı sualına "Yadıma sala bilmirəm. Siz bilirsiz? hansı videodur, mənim yadıma salın" cavabını verib.

Faiq Ağayevin adını eşidən Tünzalə "Ola bilər. Mahnı da yadımdan çıxıb" deyərək, mahnını belə xatırlamadığını bildirib.

YAZTV (axşam az)

“Eurovision” şərhçimizin adı açıqlandı

“Eurovision” şərhçimizin adı açıqlandı

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) "Eurovision: Europe Shine A Light" mahnı şousunda şərhçisinin adını açıqlayıb

İTV-dən YAZTV-ə bildirilib ki, “Eurovision: Europe Shine A Light” adı altında mayın 16-da Bakı vaxtı ilə saat 23:00-da canlı yayımlanacaq mahnı şousunun şərhçisi müğənni-bəstəkar Murad Arif olacaq. İki saatlıq konsert İctimai Televiziyanın efirində canlı şəkildə yayımlanacaq.

Onlayn keçiriləcək musiqi şousuna təmsilçimiz Efendi “Kleopatra” mahnısı ilə Azərbaycandan qoşulacaq. Aparıcıları Şantal Yanzen, Edsiliya Rombli və Yan Smit olacaq musiqi şousunda 2020-ci il üçün iştirakçı ölkələrin nümayəndələri, eləcə də ötən ilki müsabiqənin qalibləri və ulduzları iştirak edəcəklər.

Xatırladaq ki, pandemiya səbəbilə ləğv edilmiş “Avroviziya 2020” mahnı müsabiqəsi Niderlandın Rotterdam şəhərində keçirilməli idi.

Qeyd edək ki, “Avroviziya 2021” mahnı müsabiqəsində Azərbaycanı yenidən Efendinin təmsil etməsi planlaşdırılır.

Azərbaycan sənətçilərinin "Youtube" hesabları silinir

Azərbaycan sənətçilərinin "Youtube" hesabları silinir

“WediaCorp Azərbaycan” şirkəti dünyasını dəyişən tanınmış sənətçilərin mahnılarını yutubdan silməkdə ittiham olunur.

İddiaya görə, sözügedən şirkət Azərbaycanda milyon baxış toplayan və mülkiyyətçisi həyatda olmayan şəxslərin ifalarını, videokliplərini şikayət edərək silir, yenidən səhifə açaraq özlərini mülkiyyətçi kimi təqdim edirlər. Hesab sahibi razı olmadığı təqdirdə isə, yutuba bu barədə şikayətlər göndərilərsə səhifə bağlatdırılır.

Rəşid Behbudov, Elza İbrahimova, Oqtay Ağayev, Emin Sabitoğlu və başqa məşhur simaların layihələri də silinib. Silinənlər arasında hətta Elza İbrahimovaya məxsus 800-dən çox musiqi videosu da var.

Məlumatı bəstəkarın qardaşı Çingiz İbrahimov “Qafqazinfo”ya təsdiqləyib. O, hesabın “WediaCorp Azərbaycan” şirkəti tərəfindən bağlanıldığını iddia edib:

“Dahi bəstəkar Elza İbrahimovanın hesabı aprelin birindən silinib. Onların məqsədləri nədir? Azərbaycan xalqına məxsus bir arxivi siliblər. O səhifə Elza xanımın qızının təşəbbüsü ilə açıldı ki, gələcək nəslə ötürülsün. 70-ci illərdən 90-cı illərədək bütün əsərlər yerləşdirilirdi. 860-dan çox video var idi. Yaşım 65-dən yuxarıdı, küçəyə çıxa bilmirəm. Ev içində stress şəklində yaşayıram. Karantin bitdikdən sonra hüquqların qorunması məsələsini düşünəcəm”.

"Heç vaxt deməmişəm ki, oğluma müğənni qız almaram" - Nazpəri

"Heç vaxt deməmişəm ki, oğluma müğənni qız almaram" - Nazpəri

"Haqsızlıqlarla üzləşdim, televiziyalardan uzaqlaşdım. Susdum, bilirsiz niyə? Mənə deyirdilər, niyə susursan, özünü müdafiə etmirsən? Nədən, kimdən, hansı qorxacaq işimdən özümü müdafiə edim? Mənəvi əziyyətim maddi əziyyətdən çox oldu".

 YAZTV xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "MTV özəl"də qonaq olarkən deyib. Müğənni efirlərdən uzaq qalmasından bəhs edib.

Dostəliyeva övladlarından danışıb. İfaçı bir müddət əvvəl açıqladığı "Oğluma müğənni qız almaram" fikrini təkzib edib:

"Bəlkə bu sözü övladlarım subay olanda demişəm, düzdür yadıma gəlmir. Amma fakt varsa, demək ağzımdan çıxıb. Övladlarım evlənmək istəyəndə, seçimlərinə qarışmamışam. Demişəm, seçdikləri qıza baxıb, bir də sınaqdan keçirəcəm. Görüm necə övlad böyütmüşəm: yaxşı, ya pis.

Heç demərəm ki, oğluma müğənni qız almaram. Məndən sonra da bu sözü dedilər, yaxşı qarşılanmadı. Özüm müğənniyəm, mənimlə heç kim evlənə bilməz? Bu nə deməkdir? Hansı sənətin sahibi olursa olsun tərbiyəsi, əxlaqı, mənəviyyatı olsun. Belə gəlin hansı ocağa düşsə, o ev xoşbəxtdir. Hətta oğlum Əkbərin təkidi ilə sənətə gəlmişəm".