Thursday, 23 Sentyabr 2021 19:13
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Samir Bağırov yenə qayıdır - Foto

Samir Bağırov yenə qayıdır - Foto

Uzun illərdir şou-biznesdən uzaqlaşan müğənni Samir Bağırov yenidən qayıtma qərarı alıb.

YAZTV xəbər verir ki, tez-tez qayıdacağını deyib, bir mahnı təqdim edən və qısa vaxtdan sonra yenidən görünməyən ifaçı obyektiv qarşısına keçib.

 Samir ilk olaraq fərqli tərzdə fotosessiya etdirib. Sənətçi yeni mahnı və klip hazırlıqlarına da başlayıb.

Qeyd edək ki, S.Bağırov 2007-ci ildə sənətdən getdiyini açıqlamışdı. 2010-cu ildə o, yenidən qayıdaraq, "Son yarpaq" adlı mahnı təqdim edib. Yenidən səhnədən gedən Bağırov 2017-ci ildə qayıdaraq Aygün Kazımova ilə duet təqdim edib. Onun sonuncu çıxışı da bu olub.  (axşam az)

Mahsum Kırmızıgülün oğluna şillə vurdu

Mahsum Kırmızıgülün oğluna şillə vurdu

Ötən gün müğənni və aktrisa Ayşe Akın iş adamı Tufan Doğanla nişanlanıb.

 YAZTV türk mediasına istinadən xəbər verir ki, mərasimdən sonra nişanlısı və dostları ilə əylənməyə gedən Akın məkanda dostu Mahmut Kırmızıgül ilə qarşılaşıb.

Mahmut Tufan Doğanın yanında Akının yanağını sığallayıb. Nişanlısını masaya apardıqdan sonra əsəblərini cilovlaya bilməyən Doğan Mahmutun yanına qayıdaraq ona şillə vurub. Masada əyləşən Kırmızıgül yerə yıxılıb. Hadisə restoran işçilərinin müdaxiləsi ilə sakitləşdirilib.

Qeyd edək ki, Mahmut Kırmızıgül Mahsum Kırmızıgülün oğludur. (axşam az)

Məşhur aktrisa onunla sevgilidir

Məşhur aktrisa onunla sevgilidir

Martda 8 illik həyat yoldaşı, biznesmen Levent Veziroğlundan ikinci dəfə boşanan aktrisa Nur Fettahoğlunun yeni sevgilisi olduğu ortaya çıxıb.

 YAZTV türk mediasına istinadən xəbər verir ki, aktrisanın yeni münasibət qurduğu şəxs "Altın Portakal" mükafatı sahibi rejissor Emre Kavukdur.

Cütlüyün "Daha yaxşı bir sabah" filminin çəkiliş meydançasında yaxınlaşdığı iddia edilir. 41 yaşlı Nurun sevgilisi ondan 3 yaş kiçikdir.

Qeyd edək ki, Nur Fettahoğlunun Levent Veziroğlu ilə olan evliliyindən 1 qızı var.

Məşhur aktyor Dilip Kumar vəfat etdi

Məşhur aktyor Dilip Kumar vəfat etdi

Hind kinoaktyor, rejissor və kinorejissor Dilip Kumar (əsl adı Mohammad Yusuf Xandır) xəstəxanada dünyasını dəyişib.

YAZTV” xəbər verir ki, bu haqda aktyorun tvitter hesabında məlumat verilib. 

98 yaşında vəfat edən Dilip Kumar uzun müddət xəstəlikdən əziyyət çəkib. Aktyorun yaxınları xəstəliyin detallarını açıqlamayıb və bunun onun yaşı ilə bağlı olduğunu deyiblər.

 Hindistanın Baş naziri Narendra Modi məşhur aktyorun ölümü ilə bağlı başsağlığı verib, onun vəfatını ölkənin mədəniyyət aləminin böyük itkisi adlandırıb.

Qeyd edək ki, Dilip Kumar 1944-cü ildən bu yana 60-dan çox filmdə rol alıb. Bollivud ulduzunu sonuncu dəfə 1998-ci ildə ekranlarda görmək mümkün olub.  (qafqazinfo az)

Erdal Beşikçioğlunun yeni serialı

Erdal Beşikçioğlunun yeni serialı

Türkiyəli məşhur aktyor Erdal Beşikçioğlunun yeni serialı bəlli olub.

 YAZTV xəbər verir ki, aktyor "Hamlet" adlı serialda rol alacaq. Onun tərəf müqabili isə Elit İşcan olacaq.

"Gain" platformasında yayımlanması planlaşdırılan ekran işinin artıq afişası da hazırdır.

Qeyd edək ki, Erdal Beşikçioğlu sonuncu dəfə "Kağıt ev" serialında rol almışdı. (axşam az)

Tolikə ağır itki üz verib

Tolikə ağır itki üz verib

Prodüser Tarix Əliyevə (Tolik) ağır itki üz verib.

YAZTV xəbər verir ki, onun analığı, atasının ikinci həyat yoldaşı dünyasını dəyişib.

"Həyat çox qəribədir. Atamın ölümündən 5 aydan bir neçə gün keçib. Bir neçə saat əvvəl 21 ilik həyat yoldaşı, bacımın anası, mənə uşaqlıqdan baxan analığım qəflətən rəhmətə getdi. Doğma anam olmasan da mənim üstümdə əziyyətin olub, halal elə mənə ana. Sən məni dünyaya gətirməmisən, amma mənim neçə il əziyyətimi çəkmisən. Koronavirus oldum, gecə-gündüz başımın üstündə dayandın. İstəyin atamın yanına tez getmək idi. Allah sizi qovuşdurdu", deyə Tolik sosial media hesabında qeyd edib.(axşam az)

"Elə bildim ölmüşəm" - Zümrüd ağladı

"Elə bildim ölmüşəm" - Zümrüd ağladı

Aparıcı Zümrüd Bədəlova ötən gün keçirdiyi avtomobil qəzasından danışıb.

YAZTV xəbər verir ki, göz yaşlarını saxlaya bilməyən Zümrüd gözə gəldiyini bildirib:

"Hamı bildi-bilmədi hər şey danışır. Elə bildim ki, ölmüşəm, əl-ayağım tərpənmir. Üzü bir anın içində şişdi. Özümə baxası halda da deyildim.

Bilirdim ki, o yerdə avtomobil saxlamaq olmaz. Amma toya gedirdim, dar geyinmişdim. Özümü pis hiss etdim. Anamın duası məni qorudu (ağlayır).

Kimsə bir dənə üzügülən foto paylaşırsa, o demək deyil xoşbəxtdir. Allah məni balama bağışladı". (axşam az)

"İnsafsızlar, can evimdən vurdular" - Samir Cavadzadə

"İnsafsızlar, can evimdən vurdular" - Samir Cavadzadə

"Solo karyerama başlayan və qrupdan çıxanda həyatımda bir şeylər baş verdi. Mənfilər oldu. Yenə də Ramal İsrafilova müraciət etdim. Dedim, bir nəfəeə aid olmasın. İnsafsızlar, onlar etdi. Can evimdən vurdular. Ramal bunu tutdu və fortepiano önünə əyləşdi və "İnsafsızlar" mahnısını yazdı".

YAZTV xəbər verir ki, bu sözləri müğənni Samir Cavadzadə "Özəl" proqramında qonaq olarkən deyib. Sənətçi uzun müddət sonra efirə çıxıb. O, ilk olaraq "İnsafsızlar" mahnısından danışıb.

 Samir "Eurovision 2008"də iştirak etməsindən danışıb:

"Təklif gələndə istəmirdim. Bilirdim ki, ilk olmaq çətin və ağır idi. Olacaqları üstümdə hiss edirdim. Amma razılaşdım. 2008-ci ildə on ölkə arasına girmək önəmli idi. Sosial şəbəkə o vaxtlar yox idi, hər kəs bizlə bağlı xəbəri internetdən və saytlardan alırdı. Biz amma sevildik". (axşam az)

Nigar Camal qəza keçirib hadisə yerindən qaçdı

Nigar Camal qəza keçirib hadisə yerindən qaçdı

Müğənni Nigar Camal avtomobil qəzası keçirib.

YAZTV xəbər verir ki, sənətçi hadisə yerini tez tərk edib. Nigar məlumatı təsdiqləyib və həmin yerdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Yayılan xəbərin bir qismi doğrudur: avtomobilimlə qəza keçirtmişəm. Lakin hadisə yerini tərk etməyimin səbəbi qəzaya düşdüyüm insanı pis vəziyyətdə qoymaq, ona kömək etməmək olmayıb. Həmin an zərərçəkən şəxs çox aqressiv idi, təhqir və söyüşlərdən istifadə edirdi deyə, hadisə yerindən uzaqlaşdım, dedim ki, əsəbiniz soyuyanda danışarıq.

Qəza baş verən yerdə hər yer kameradır. O dərəcədə ağılsız deyiləm ki, kimisə pis vəziyyətdə qoyam və kameralar çəkə-çəkə qaçam. Şükür ki, hər şey yolundadır. Yaranan problem həll edilir. Kiçik bir qəza idi, oldu-keçdi. Bunu şişirtməyin yeri yoxdur. Dəmir parçasıdır, onun da zərəri qarşılanacaq. Əsas can sağlığı olsun. Hər hansı bir xəbəri mətbuat katibimlə dəqiqləşdirmək elə də çətin iş deyil".

Qeyd edək ki, hadisə iki gün əvvəl baş verib(axşam az)

"Exxen"ə keçməsi haqda xəbərlərə cavab verdi

"Exxen"ə keçməsi haqda xəbərlərə cavab verdi

Məşhur aparıcı Müge Anlın Türkiyənin "ATV" telekanalında yayımlanan verilişinin növbəti mövsümdən iş adamı Acun Ilıcalının "Exxen" platformasında yayımlanacağı iddia edilib.

YAZTV türk mediasına istinadən xəbər verir ki, aparıcı xəbərlərin yalan olduğunu açıqlayıb.

 O, gələcək mövsümdə də "ATV" kanalında çalışacağını bildirib. (axşam az)
"Ailəmi qorumaq üçün hər riskə getdim" - Vüsalə boşanmasından danışdı

"Ailəmi qorumaq üçün hər riskə getdim" - Vüsalə boşanmasından danışdı

"Artıq 9 ildir ki, ayrılmışıq. Bu günə qədər heç bir yerdə onunla və ailəsi ilə bağlı heç bir xoşagəlməz ifadə işlətməmişəm. Bunu aldığım ailə tərbiyəsinə, insani keyfiyyətlərimə və qız uşağı böyütməyimə sığınaraq etməmişəm. Hər hansı məbləğ 500 manat, 1000 manat, milyon belə məni bu mövzuda danışdıra bilməz".

 YAZTV xəbər verir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə "Onun sirri" verilişində olarkən deyib.

O, ilk dəfə keçmiş aparıcı həyat yoldaşı Azər İsmayılovla boşanmasından danışıb:

"Mənə çox təzyiqlər olub, adım hallanıb, amma susmuşam. Deyəcəklərim də, sözüm də var, hər şey arxivdir. Övladım zamanı, məqamı gələndə həyatı anlayacaq, hər şeyi biləcək. O insanla bağlı heç nə danışmaq istəmirəm. Öz ailəsi, həyatı var, özü bilər, həyatını yaşasın. Övladımla çox xoşbəxtəm. Onun sevgisi mənə dünyadır.

Ailənin içi, Allah, qohum-əqrəba bilir ki, mənim bir qram belə səhvim olmayıb. Sadəcə, biz anlaşmamışıq və böyük problemlərimiz də bundan yaranıb. Sağlamlığımı belə təhlükəyə atıb övlad dünyaya gətirmək üçün ölümə imza atan qadınam. Azərbaycanda ilk qadınam ki, böyrək köçürülməsindən sonra övlad dünyaya gətirmişəm. Bu bir tərəfdən qəhrəmanlıq olsa da, digər tərəfdən mənim həyatım idi. Kimin üçünsə, adi gələ bilər, amma çox qadınların risk etmədiyi addım idi ki, atdım. Təklif olundu ki, uşağı tələf etməlisən. Mən isə sənəd istədim, imzalayıb çıxdım. Ailəmi qorumaq üçün hər riskə getmişəm".

Qeyd edək ki, Vüsalə Əlizadə aparıcı Azər İsmayılovla 2013-cü ildə ayrılıb. Onların bu nikahdan Dilək adlı qız övladları var. (axşam az)

Aygün Kazımova "De"ni təqdim etdi - Video

Aygün Kazımova "De"ni təqdim etdi - Video

Xalq artisti Aygün Kazımova yeni mahnısını təqdim edib.

YAZTV xəbər verir ki, müğənni bu dəfə "De" adlı mahnı oxuyub. Bəstənin söz və musiqisi Nicat Məlikova məxsusdur.

 Kazımova yeni mahnısı üçün obyektiv qarşısına keçərək fotosessiya da etdirib.