Thursday, 23 Sentyabr 2021 18:04
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Aslıhan və Timur tərəf müqabili oldular

Aslıhan və Timur tərəf müqabili oldular

Türkiyədə yayımlanması planlaşdırılan "Uzak şehrin masalı" serialının aktyor heyəti bəlli olub.

YAZTV xəbər verir ki, komediya janrında lentə alınacaq ekran işində aktyorlar Aslıhan Güneri, Barış Kılıç, Timur Acar baş rolları paylaşacaq.

 Qeyd edək ki, serial iyulun sonunda "Fox" telekanalında yayımlanacaq. (axşam az)
Rusiyalı aktrisa koronavirusdan ÖLDÜ

Rusiyalı aktrisa koronavirusdan ÖLDÜ

Rusiyanın tanınmış aktrisalarından olan Natalya Smirnova vəfat edib.

YAZTV xəbər verir ki, bu barədə "Kino-teatr.ru" saytı məlumat yayıb. 60 yaşlı sənət adamının ölümünə səbəb COVID-19 olub.
Qeyd edək ki, Natalya Smirnova 16 may 1961-ci ildə Moskvada anadan olub. Teatrda çalışmaqla yanaşı bir sıra filmlərdə də rol alıb. Smirnovanın çəkildiyi məşhur filmlər arasında "Birlikdə xoşbəxtik", "Marqoşa", "Sklifosofski" kinolar var. (unikal org)

"Ərimin əlini tutaraq ölmək istəyirəm"

"Ərimin əlini tutaraq ölmək istəyirəm"

Türkiyəli aktrisa Qonca Vuslateri açıqlaması ilə diqqət çəkib.

YAZTV xəbər verir ki, aktrisa evlənmək istədiyini deyib:

 "Evlənmək, övlad sahibi olmaq istəyirəm. Tək ölüm arzulamıram. Ərimin əlini tutaraq ölmək istəyirəm. Öz uşağımdan başqa bir uşağa qoruyucu ailə olmaq istəyirəm". (axşam az)
Lalə "mürəbbə" məsələsindən danışdı - "Ağzınız şirin oldu?"

Lalə "mürəbbə" məsələsindən danışdı - "Ağzınız şirin oldu?"

Tarif Şurasının qaz və işığın qiymətində artım etməsi bir neçə gündür sosial şəbəkə və verilişlərin müzakirə mövzusuna çevrilib. Diqqət çəkən məqamlardan biri isə ötən gün aparıcı Lalə Azərtaşın "Birinci studiya"da məsələ ilə bağlı səsləndirdiyi fikirlər olub.

 YAZTV xəbər verir ki, aparıcı İnstaqram səhifəsində video paylaşaraq eyhamla işlətdiyi sözlərdə xalqın dili ilə çıxış etdiyini, yayılan videoda sözlərinin kəsildiyini deyib:

“Böyük təəccüb və təəssüf içindəyəm. Qara piyarı başa düşdüm. Bundan qidalanırsınız, qazanırsınız, reytinqiniz var və s. Amma niyə bir xanımın çıxışının əvvəlini və sonunu kəsib, ortadakı cümləni, “mürəbbə" məsələsini fərqli başlıq altında fırladıb, insanlara yedirtməyə çalışırsınız? Ağzınız şirin oldu? Çətin... Təssüfüm nədir? İnsanlarımız nəəcəb sona qədər qulaq asmadan, girək baxaq görək nə deyib, oradakı səs tonunu, eyhamı, sarkazmı, o son cümlələrdəki "Qiymət artımına qəti qarşıyam" sözlərini tutmadan, nəəcəb əllərinə telefonlarını alıb yazmağa başladılar? Fərqli bir rahatlıq var içimdə, sevinc hissi var. Bacınız sizə qurban, bu gün mənim qazi qardaşlarım çox fərqli formalarda dəstək nümayiş etdirdilər. Şəhid ailələrimiz: “Qızım, yanınızdayıq, necə ki, sən yanımızdaydın. Sən bizim adımızdan danışdın” dedilər. Peşə borcumdur. Biz mavi ekrana həqiqətləri demək üçün çıxırıq. Siz diqqətlə qulaq assanız, görəcəksiniz ki, mən o çıxışda nə demişəm, necə və niyə demişəm. Siz ağı qaradan seçən və gözü tərəzi olan insanlarsınız”.

Qeyd edək ki, Azərtaşın sosial şəbəkədə yayılan videosundan sonra vətəndaşlar onu yaltaqlıqda günahlandırıb, tənqid etməyə başlamışdılar. (axşam az)

"Amerikada günə 75 dollara sürücü işləyirdim"

"Amerikada günə 75 dollara sürücü işləyirdim"

"Sen çal kapımı" serialında həmkarı Hande Erçellə eşq yaşayan Kərəm Bürsin qonaq olduğu verlişlərin birində gənclik illərində yaşadığı çətinliklərdən söhbət açıb.

YAZTV türk mediasına istinadən xəbər verir ki, aktyor atasının işi səbəbindən uzun müddət xaricdə yaşadığını bildirib:

"Davamlı olaraq yeni bir həyat qururduq. Dünyanın harasında olursan ol, insan qəlbi eynidir. İndoneziyanı öz evim kimi hiss edirdim. Ən uzun qaldığım yer isə İstanbul olub. 11 il Amerikada yaşadım. Los-Ancelesdə günə 75 dollar qarşılığında sürücü işləyirdim.

Bostonda marketinq rabitə şöbəsini bitirmişəm. Bunu bir sığorta kimi düşünün. Atam heç vaxt aktyor olmağımı istəmirdi. Anam isə məni gizlicə dəstəkləyib".

Aktyor "Bir aludəçiliyin varmı?" sualını belə cavablayıb:

"Əvvəlcə duşda şampun istifadə etməliyəm. Əks təqdirdə günün pis olacağına inanıram. Əvvəlcə şampun, sabun, krem, sonra yenidən sabun. Ətri əlimə 3 dəfə sıxmalıyam. Boynuma sürtdükdən sonra "X" etməliyəm". (axşam az)

"Ən gəlirli biznes müğənnilikdir"

"Ən gəlirli biznes müğənnilikdir"

Müğənni Elvin Abdullayev pandemiyada biznes qurduğunu açıqlayıb.

YAZTV xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" proqramında deyib. Sənətçi bildirib ki, biznesdən gələn gəlir o qədər də çox deyil:

 "Özümə məxsus bir-iki biznes var. Əvvəldən qurmuşdum, kiçikdir. Amma yaxşı gəlir gətirir. Nə biznesi olursa olsun, əgər təlabatlı müğənnisənsə ən çox gəlir ordadı. Ən gəlirli, ən yaxşı sənət bizim ifaçılıqdır (axşam az)
4 ildən sonra yeni seriala çəkiləcək

4 ildən sonra yeni seriala çəkiləcək

Aktyor Burak Özçivitlə ailə həyatı quran Fahriye Evcen 4 ildən sonra ekranlara qayıdır.

YAZTVxəbər verir ki, o, Türkiyənin reytinqli seriallarından olan “Uyanış Büyük Selçuklu”nun ikinci sezonu "Alp Arslan"da yer alacaq.

"TRT 1"də yayımlanacaq ekran işində tərəf müqabillərindən biri də aktyor Barış Arduçdur(axşam az)

İstirahətə gedən Xuramanın başına iş gəldi - Video

İstirahətə gedən Xuramanın başına iş gəldi - Video

Aktrisa Xuraman Əlizadənin başına iş gəlib.

 YAZTV xəbər verir ki, Oğuza dincəlməyə gedən sənətçinin avtomobili xarab olub və yolda qalıb. O, yolun qalan hissəsini evakuasiya ilə davam etdirməli olub.

Həmin anın görüntüsünü İnstaqramında paylaşan Xuraman əvvəlcə izləyiciləri ilə zarafat edib və arzuladığı cip avtomobilini aldığını deyib. Daha sonra isə o, maşınının evakuasiya avtomobilinin üstündə olduğunu göstərib:

"Çoxdandır arzulayırdım böyük maşın alaq, köklüyümə görə balaca avtomobilə minib düşə bilmirdim. Bir bunu görməmişdin, Xuraman. Evakuatorla gəzməyə gedirsən".

https://ok.ru/video/2676025395924 (axşam az)

Filmdə də sevgili olacaqlar

Filmdə də sevgili olacaqlar

Türkiyəli aktrisa Hande Erçel aktyor sevgilisi Kərəm Bürsinlə birlikdə filmə çəkiləcək.

YAZTV xəbər verir ki, cütlük ekran işində də sevgili obrazını canlandıracaq. Filmin adı açıqlanmasa da, artıq çəkilişlər üçün hazırlığa başlanılıb.

Qeyd edək ki, cütlük "Sen çal kapımı" serialında da sevgili obrazını canlandırır. (axşam az)
Bundan sonra adı Çingiz yox, Rumi olacaq

Bundan sonra adı Çingiz yox, Rumi olacaq

3 ilə yaxındır musiqiçi kimliyimdə bir təkamül baş verib və elektronik musiqi dünyasına daxil olmuşam. Bu dünyaya ayaq basmaq, mənim üçün uzun bir yolculuq idi. Gecə-gündüz davam edən araşdırmalar, məşqlər, hazırlıqlar, yoxlamalar və nələr-nələr".

YAZTV xəbər verir ki, bu sözləri müğənni Çingiz Mustafayev sosial şəbəkədə yazıb. İfa janrını dəyişən sənətçi özünə yeni səhnə adı seçdiyini də söyləyib:

"Heç bir zaman limitlər çərçivəsində yaradıcılıqla məşğul olmağı, düşünməyi sevməmişəm. Hər zaman limitlərin üzərində hərəkət etmişəm. Çərçivələri qırmaqdan mənəvi zövq almışam. Yolun başında olduğumu düşünsəm də, artıq özümü hazır hiss edirəm.

Elektronik musiqiçi" kimi artıq qarşınızdayam və sizlərlə yeni səhnə təxəllüsüm olan "Rumi"-ni paylaşmaq istərdim. Bu mənim musiqiçi kimliyimin "alter eqo"sudur. Musiqiçi kimliyimin içində məndən başqa bir mən var. Bu mən "Rumi"dir. Məqsədlərim, planlarım böyükdür(axşam az)

Fahriyə Barışla tərəf müqabili olacaq?

Fahriyə Barışla tərəf müqabili olacaq?

Yeni mövsümdə yayımlanması planlaşdırılan "Alparslan" serialının baş rol aktyorları məlum olub.

YAZTV xəbər verir ki, ekran işində Barış Arduçun tərəf müqabilinin Fahriyə Evcen olacağı deyilir.

 İddiaların yaranmasına səbəb isə serialı hazırlayan şirkətin sahibi Emre Konukun sosial şəbəkədə aktrisanı izləməsi olub.(axşam az)
"Çıxıb camaatdan üzr istə" - Rəhmandan Sərxana

"Çıxıb camaatdan üzr istə" - Rəhmandan Sərxana

Xalq artisti Sərxan Sərxanın şəhərli-rayonlu əhalisini müqayisə etməsi qalmaqala səbəb olub.

YAZTV xəbər verir ki, müğənninin fikirləri qısa zamanda sosial şəbəkədə yayılıb və hər kəs onu rayon camaatını təhqir etdiyi üçün qınayıb.

S.Sərxana cavab verənlər arasında gitara ifaçısı Rəhman Məmmədli də yer alıb. O, müğənninin bu fikirlərini qınayaraq, onun ünvanına təhqirlər yazıb:

"Çox hörmətsiz Sərxan Sərxan! Əvvəla şəhər-rayon söhbətini gündəmə gətirənlər mənim birmənalı düşmənimdir. Çünki rayon şəhərsiz, şəhər rayonsuz yaşaya bilməz. Sənə demək istəyərdim ki, səni nə məcbur elədi ki, bu ahıl yaşında bu qələti eləyəsən. Sən özünü nə boyda bir sənətkar sayırsan ki, rayon camaatına belə ittihamlar yağdırırsan? Axı sənin sənətin rayon camaatının nəyinə lazımdır? Kül sənin oxumağından zövq alan rayonlunun başına ki, sənin oxumağından zövq alır.

Hörmətsiz Sərxan Sərxan! Bir bəstəkar oğul böyütmüşəm ki, Amerika, Avropa onu yazdığı simfonik əsərləri ilə tanıyır. Amma sənin təbirincə rayon balasıdır. Sənə bir məsləhətim var: Çıxıb efirdə üzr istə. Amma çalış çıxışın Azərbaycan dilində olsun. Unutma ki, rayon da bizimdi, şəhər də. Çünki bir millətik".

Qeyd edək ki, S.Sərxan bunla bağlı sözləri kulis.az-a müsahibəsində deyib. (axşam az)