Thursday, 23 Sentyabr 2021 19:08
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Mətanət İsgəndərlinin gəlini: “Mənə əziyyət verirlər ki, uşaqlar bezib getsin”

Mətanət İsgəndərlinin gəlini: “Mənə əziyyət verirlər ki, uşaqlar bezib getsin”

“Rəsmi boşanma olmayıb, bir ilə yaxındır məhkəmə uzanır. Hara müraciət etmişəmsə, qarşı tərəfin vəkili məsələni uzadır. Hakimə yeni iddialar qaldırılır. Uşaqları almaq istəyirlər. İstəyirəm boşanma tez gerçəkləşsin, onların soyadından çıxım. Özümə yeni iş qurmaq istəyirəm. Sənədlərim dəyişməlidir”.

Bu sözləri  Əməkdar artist Mətanət İsgəndərlinin gəlini Canana deyib. O bildirib ki, müğənninin oğlu Kərimlə boşanma prosesləri hələ də bitmir. 

Canana Kərimin uşaqları ondan almaq üçün çalışdığını deyib:

 “Alıb uşağa baxandırlar? Çalışırlar ki, uşaqlar onların üstündə olsun və aliment ödənməsin. Ev də vermək niyyətində deyillər. Ötən ilin avqustundan uşaqlarıma tək baxıram. Heç onlara maraqlı deyil ki, nə yeyib, nə içirlər. Boşanmada heç bir təzminat tələb etməmişəm. Toydan sonra Kərimin adında dörd maşınımız var idi. Ayrılan kimi tez Kərimin adından maşınlar çıxarıldı. Üçünü satıb, dördüncünü müğənni Rövşənin adına keçirdilər. Mənə əziyyətlər verirlər ki, düşüm. Uşaqlarıma baxa bilməyim, onlar da məndən bezib imtina etsin, atalarını seçsin. “Instagram” səhifəmi belə Kərim sındırıb, ələ keçirdi. Şükür ki, çalışıram övladlarıma hər şey verim. Bir ana kimi üç uşağı istədiyim kimi böyüdürəm”.

Canana M.İsgəndərlinin “nankor gəlin” ifadəsinə də cavab verib:

“Nişanladılar, üzük taxdılar, səkkiz il nişanlı saxladılar. Universitetdən çıxardılar. Amma mədəniyyətimi saxladım. Məni çox təklədilər. Mətanət İsgəndərli hər zaman həyatından danışır, onun keçmiş həyat yoldaşı ilə qonşu olmuşam. O bilir ki, mən nə qədər fədakarlıqlar etmişəm. İnsan fədakarlıq edir, amma sonra görür ki, vəziyyət dözülməzdir. Hər dəfə eşidirdim ki, Kərimə deyirlər boşan. O qədər təhqirlərə, haqsızlıqlara dözdüm ki... Sonra məni kirayələrdə ora-bura atdılar. Uşaqları mənə qarşı çevirirdilər. Dözmədim. Boşanmaq istədim deyə, oldum nankor? Çox güclü qadınam, hər şeyin öhdəsindən gələcəyəm”. (oxu az)

Ajda Azərbaycandan gələn milyonluq təklifi rədd edib

Ajda Azərbaycandan gələn milyonluq təklifi rədd edib

Türkiyəli müğənni Ajda Pekkan Azərbaycandan gələn təklifi rədd edib.

YAZTV Türkiyə KİV-ə istinadən xəbər verir ki,  müğənniyə Qurban Bayramı münasibəti ilə səhnəyə çıxmağı üçün 1 milyon TL (təxminən 195 min 300 manat) təklif olunub.

A.Pekkan isə Bodrumdan kənara getmək istəmədiyi üçün "Yox" cavabını verib. (unikal org)

Komada olan müğənnidən xəbər var

Komada olan müğənnidən xəbər var

0 gün əvvəl xəstəxanaya yerləşdirilən müğənni MakSimin səhhətindəki təhlükə davam edir.

YAZTV rus mediasına istinadən xəbər verir ki, süni nəfəs aparatına koşulan və komaya salınan ifaçının Covid-19 testinin nəticəsi neqativ olsa da, həkimlər ciyərin 75 faizinin buzlaşdığını söyləyib.

Meneceri bildirib ki, heç bir təhlükə yoxdur. Hazırda həkimlər onu komadan ayıltmaq üçün orqanlarının yaxşılaşmasını gözləyir.

Xəstəlik MakSimin orqanizminin 75 faizini məhv etsə də, ifaçı təhlükəli halı geridə qoyub. Eyni zamanda onun 2019-cu ildə keçirdiyi avtomobil qəzasından sonra başqa xəstəlikləri yarandığı bildirilib.(axşam az)

"Rayonlu nə bilir konsert nədir?" - Xalq artistinin sözləri tənqid edildi

"Rayonlu nə bilir konsert nədir?" - Xalq artistinin sözləri tənqid edildi

Xalq artisti Sərxan Sərxanın uzun illər sonra Kulis.az saytına müsahibə verib.

YAZTV xəbər verir ki, müğənni danışarkən rayon və şəhər sakinlərinin müqayisəsini aparıb. 

“O vaxt Bakı ilə rayon əhalisinin çox dərin fərqi vardı. Şəhər əhalisi şəhərdən getdi, onların yerinə rayon əhalisi gəldi. Onların da təqsiri yoxdur. Çünki bu, yazıqlar şəhərdə necə yaşamağın, konsertlərə getməyin qaydasını bilmirlər. Onlar nə bilir, konsert nədir, teatr nədir? Onlar bunu indi-indi öyrənirlər. Əvvəllər, rayondan gələn tələbə beş il oxuyandan sonra şəhər mədəniyyətini qəbul edirdi, olurdu Bakı sakini. İndi Bakıda əsasən rayon əhalisidir. Onların da, yenə deyirəm, təqsiri yoxdur. Bu, o demək deyil ki, onlar konsertləri sevmirər. Yox, sadəcə onlara bu tərbiyəni, mədəniyyəti verən olmayıb. Bəlkə də bu, Sovet hökumətinin siyasəti idi ki, Bakı əhalisi savadlı olsun, amma rayon əhalisi savadsız qalsın. Gürcülərdə bu fərq yoxdur. Onlarda şəhər əhalisi ilə kənd əhalisi arasında fərq azdır. Amma bizdə çoxdur. İndi öyrənirlər. İndi heç olmasa, şəhər təmizdir, 90-cı illərdə küçələr yaman gündə idi”.

S.Sərxanın bu fikirləri sosial şəbəkədə tənqid edilib. (axşam az)

Kasıb və gözəl olmaq şansdır

Kasıb və gözəl olmaq şansdır

Müğənni Yonca Evcimik uzun fasilədən sonra yenidən obyektiv qarşısına keçib.

YAZTV türk mediasına istinadən xəbər verir ki, 57 yaşlı sənətçi illərdir yaşadıqlarından, sənətindən bəhs edib.

"1990-cı illərin dadı damağımızdan getmir. 2021-ci ildəyik, amma o vaxtın mahnılarının çörəyini yeyirik. Aldığım qərarlarda kimsənin təsirinə önəm vermirəm. Yeri gələndə son nöqtəni də qoya bilirəm. Plansız yaşayıram. Anı yaşayıram, başqa heç nə düşünmürəm. İndiki dövrdə planla iş, həyat olar?" deyə, Yonca bildirib.

Var-dövlətlə bağlı suallara ifaçı "Kasıb, amma gözəl olmaq şansdır. Gözəlliyi bir formada pula çevirə bilirsən" cavabını verib. O bildirib ki, gözəlliyi var-dövlətdən üstün tutur.(axşam az)

"Öləndə it dəftərində adınız olmayacaq" - Şou əhlini təhqir etdi

"Öləndə it dəftərində adınız olmayacaq" - Şou əhlini təhqir etdi

"Şou-biznesin bəzi əhli, sizə ayıb olsun. Bir şahid ailəsi sizə mesaj yazıb ki, əl işini paylaşıb dəstək olasınız".

YAZTV xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkədə paylaşdığı videoda deyib. O bildirib ki, şəhid ailəsindən olan Aynur adlı xanım ona saç düzümü edib və sənət adamlarından yardım istəyib. Amma heç kim ona yardım etməyib.

Aktrisa şou-biznes nümayəndələrinə səslənərək, onları təhqir edib:

"Bizim hamımızın şəhidlərə borcu var. Ona heç cavab verməyi özünüzə rəva görməmisiniz. Siz kimsiniz? Heç kimsiniz. Nə sənətkar kimi sənətkar, nə də adamsınız. Ölüb gedəndə heç it dəftərində adınız olmayacaq. O şəhidlər isə daim xalqın qəlbində yaşayacaq". (axşam az)

“Mucize doktor”un aktrisası yeni serialda

“Mucize doktor”un aktrisası yeni serialda

“Mucize doktor” serialında “Nazlı” obrazına həyat verən aktrisa Sinəm Ünsalın yeni layihəsi bəlli olub.

YAZTV xəbər verir ki, aktrisa “Elbet bir gün” serialında rol alacaq.

 S.Ünsalın tərəf müqabili isə Ekin Koç olacaq.

Qeyd edək ki, ekran işi “Fox” telekanalında yayımlanacaq. (axşam az)

Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

1989-2002-ci illərin məşhur "Bizimkiler" serialının Cemili aktyor Uğurtan Sayıner vəfat edib.

YAZTV xəbər verir ki, sənətçi 77 yaşında dünyasını dəyişib. İzmirdə yaşayan aktyor oradakı evində bir neçə gündür xəstə yatırmış.

Bildirilib ki, Sayınerin yemək pozuntusu ilə yanaşı səhhətində başqa problem də olub. uzun müddət mülaicə alsa da, həyatını xilas etmək mümkün olmayıb.(axşam az)

Namiq Qaraçuxurlu bu klip üçün Türkiyəyə getdi

Namiq Qaraçuxurlu bu klip üçün Türkiyəyə getdi

Meyxanaçı Namiq Qaraçuxurlu "Tez elə" adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

YAZTV xəbər verir ki, mahnının müəllifi sənətçi özüdür.

Namiq klip üçün Türkiyəyə üz tutub. O, ekran işini İstanbulda lentə aldırıb. (axşam az)
Rusiyalı məşhur aktrisa vəfat edib

Rusiyalı məşhur aktrisa vəfat edib

Rusiyalı məşhur aktrisa Nina Konovalova vəfat edib.

 YAZTV Rusiya mətbuatına istinadən xəbər verir ki, aktrisa ötən gün 84 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Nina Konovalova "Ağ əlcək", "Mavi şəhərlər", "Üsyançı iyul", "Doktor Jukov, çıxış üçün!", "Yenidən doğulmuş simfoniya", "Ürək əməliyyatı" kimi məşhur filmlərdə çəkilib. (axşam az)

Kurtuluş Osman"ın aktrisası bu sindromdan əziyyət çəkir

Kurtuluş Osman"ın aktrisası bu sindromdan əziyyət çəkir

"Kurtuluş Osman" serialında "Lena" obrazını canlandıran türkiyəli aktrisa Seray Kaya alış-veriş mərkəzindən çıxarkən görüntülənib.

YAZTV Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı aktrisa müxbirlərlə söhbət zamanı uzun illərdir vertiqo (başgicəllənmə) sindromundan əziyyət çəkdiyini bildirib.

Seray istirahətə ehtiyacı olduğunu deyib: 

"Çətin şərtlərdə çəkilən serialdan çıxmışam. Hazırda tətil havasındayam, istirahət edəcəyəm".(axşam az)

Oğlu Baloğlan Əşrəfovun ölümündən danışdı

Oğlu Baloğlan Əşrəfovun ölümündən danışdı

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov "Günün sədası" proqramına qatılıb.

YAZTV xəbər verir ki, o, atasının xəstəliyindən danışıb. Peyman bildirib ki, atası 18 gün evdə yatıb və həkimə getməkdən qorxub:

 "Mən də koronavirusa atamdan yoluxdum, çox ağır keçirtdim. Atam xəstəxanaya getmirdi, deyirdi ki, nə problem olsa evdən çıxmaq istəyirəm. Öz arzusu oldu ki, evdə qalsın. Xəstəliyin 18-ci günü rəhmətə getdi. Əvvəl yaxşı idi, birdən-birə halı dəyişdi. Məcbur etdik ki, həkimə gedək, razılaşmadı. Dedi ki, məndən bezmisiniz evdən qovursunuz. 12-ci gün ağırlaşdı, evə aparat gətirdik. Dünyasını dəyişəndə həkim də var idi evdə. Atamda boğulma olmadı, başını qoydu və getdi. Ola bilər ki, ya şəkəri qalxdı, ya da qaraciyəri işləmədi. Qaraciyər köçürməsindən sonra ağır müalicə almışdı. Son 2 saatda halı çox pisləşdi, xəstəxanaya yığdıq ki, aparaq. Xəstəxanada yer hazır edildi. Amma təcili yardım çatdırmadı. Maşın həyətə çatanda, dünyasını dəyişdi.

Hər zaman oğluma baxıb deyirdi ki, 70 yaşımı görməyəcəm. Kaş nəvəm bir az böyük olardı, efirlərə özümlə aparardım. Deyirdi, Baloğlanın (nəvəsi - red.) məktəbə getməyini görməyəcəm". (axşam az)