Thursday, 20 Yanvar 2022 15:32
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Vətən müharibəsi iştirakçısını maşın vurub öldürdü

Vətən müharibəsi iştirakçısını maşın vurub öldürdü

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YAZTV-nin məlumatına görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun rayonun Mirzəbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Eldəniz İsmayılov idarə etdiyi “Toyota” markalı avtomobillə hərəkətdə olarkən yol kənarında dayanan 2000-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Ramiz oğlunu vurub. Qəbələnin Kiçik Pirəlli kəndindən olan A.İsmayıl xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İsmayıl Adıgözəlov Vətən müharibəsi iştirakçısı olub. 

Faktla bağlı araşdırma aparılır.

Bakıda evdən kişi meyiti tapıldı

Bakıda evdən kişi meyiti tapıldı

Binəqədi rayonunda kişi meyiti aşkarlanıb.

Bu barədə YAZTV Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

ANAMA: "İndiyədək Ağdamda mina partlaması nəticəsində 24 nəfər həlak olub"

ANAMA: "İndiyədək Ağdamda mina partlaması nəticəsində 24 nəfər həlak olub"

"Ağdam şəhərində 780 ha ərazi təmizlənib və nəticədə 1 850 mina və partlamamış aşkar eidlib".

YAZTV xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov işğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, Bərdə-Ağdan elektrik xətti, Ağdam şəhərinə gedən yol təmizlənib: "Həmçinin yolun ətrafı da təmizlənib. Bizdə olan məlumata görə, 1991-ci ildən bu yana Ağdmın 51 məntəqəsində mina partlaması hadisəsi baş verib və nəticədə 24 nəfər həlak olub".

"Vətndaşlardan xahiş edirik ki, səfərlər zamanı bütün təhülkəsizlik tələblərinə əməl etsinlər", - o vurğulayıb.

Şamaxı sakinindən silah və patronları götürülüb

Şamaxı sakinindən silah və patronları götürülüb

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat keçirilib.

 DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayon sakini Azər Mənəfovdan müvafiq sənədləri olmayan “TOZ” markalı ov tüfəngi və həmin silaha məxsus 3 ədəd patron götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib və məhkəmənin də qərarı ilə onun barəsində qanunamüvafiq tədbir görülüb.

Tağıyevin heykəlinə zərər yetirən şəxslər saxlanıldı

Tağıyevin heykəlinə zərər yetirən şəxslər saxlanıldı

Hacı Zeynalabdin Tağıyevin Bakıdakı heykəlinə zərər yetirən şəxslər müəyyən olunaraq saxlanılıb.

Bunu  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

DİN rəsmisi hazırda araşdırmaların davam etdirildiyini bildirib. 

E.Hacıyevin sözlərinə görə, heykəlin qoparılan elementi heykəltaraşın iştirakı ilə yerinə bərpa edilib.

Nazirlər Kabinetinin yüksək vəzifəli əməkdaşı vəfat etdi

Nazirlər Kabinetinin yüksək vəzifəli əməkdaşı vəfat etdi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin (NK) sektor müdiri vəfat edib.

YAZTV xəbər verir ki, NK-nin Beynəlxalq Əməkdaşlıq şöbəsinin sektor müdiri Fikrət Kərimov dünyasını dəyişib.

Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib.

Allah rəhmət eləsin!

Azərbaycanda keçmiş icra başçısı vəfat edib

Azərbaycanda keçmiş icra başçısı vəfat edib

Ağsu rayonunun keçmiş icra başçısı vəfat edib.

YAZTV xəbər verir ki, 1993-cü ildən 2002-ci ilə qədər Ağsu Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Səfərov Azər Fəttah oğlu dünyasını dəyişib.

Məlumata görə, o, 70 yaşında vəfat edib. (report az)

Lənkəran sakinləri silahla saxlanılıb

Lənkəran sakinləri silahla saxlanılıb

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan  verilən məlumata görə, bu istiqamətdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri A.Quliyev, E.Mirzəyev, Z.Fərəcov və T.Cabbarovdan qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 4 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.

İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb

İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb

İrandan 3 yeniyetmənin Azərbaycana qanunsuz keçməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən  bildirilib ki, DSX tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Qeyd edilib ki, yanvar ayının 17-də saat 15:25 radələrində DSX-nin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Biləsuvar rayonunun Amankənd kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan istiqamətində dövlət sərhədinin pozulması müşahidə edilmiş və sərhəd pozucuları sərhəd naryadı tərəfindən saxlanılıblar.

Yeniyetmə olmaları müəyyən edilən sərhəd pozucuları dövlət sərhədini səhvən pozmalarını bildirib və özlərini İran İslam Respublikasının vətəndaşları Atəşi Əmirrza Atəş (14 yaş), Puya Bədəli Mehrac (12 yaş) və Danayi Səhənd İbrahim (11 yaş) kimi təqdim ediblər.

Saxlanılan şəxslər sərhəd zastavasına gətirilib, isti yemək və digər lazımi şəraitlə təmin ediliblər.

Azərbaycan və İran İslam Respublikası arasında mehriban qonşuluq və dostluq münasibətləri nəzərə alınaraq sərhəd nümayəndəliyi xətti ilə müqabil tərəf məlumatlandırılıb.

Qısa müddət ərzində yeniyetmələrin İran tərəfinə təhvil verilmələri nəzərdə tutulub.

Azərbaycanda sürücü polis şöbəsində ölüb

Azərbaycanda sürücü polis şöbəsində ölüb

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) Dövlət Yol Polisi Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə  YAZTV-yə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib.

Qeyd edib ki, bu gün saat 16:00 radələrində 66 yaşlı Şakir Rzayev öz müraciəti ilə əlaqədar Sumqayıt ŞPİ-nin Dövlət Yol Polisi Şöbəsində qəbulda olarkən binanın dəhlizində halı pisləşib, həmin vaxt orada olan vətəndaşların yanında vəfat edib.

"Mərhumun oğlu bildirib ki, atası 2 dəfə ürək əməliyyatı keçirib və ürək damarlarının cəmi 25 faizi fəaliyyət göstərirmiş", - N.Piriyev vurğulayıb.

Şuşada aşkarlanan minaların sayı açıqlanıb

Şuşada aşkarlanan minaların sayı açıqlanıb

"Şuşada ümumilikdə 1 684 ədəd patlamamış mina və silah-sursat aşkar edilib".

YAZTV xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədr müavini Samir Poladov işğaldan azad edilən ərazilərə müntəzəm avtobus marşrutlarının açılması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ümumilikdə 38 bina və 573 yaşayış sahəsində təmziləmə işləri aparılıb və Şuşa şəhərinin özündə heç bir mina sahələrinə rast glinməyib: "Amma o ərazilərdə döyüşlərin getməsi səbəbindən partlamamış silah-sursat aşkar olunub".

Abşeronda mina və mərmilər aşkarlanıb

Abşeronda mina və mərmilər aşkarlanıb

Abşeronda mina və mərmi aşkarlanıb.

Bu barədə YAZTV-yə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd 122 mm-lik OF-56 artilleriya mərmisi, bir ədəd 82 mm-lik OF-832 minaatan minası və bir ədəd 122 mm-lik BK-M mərmisi olduğu müəyyən edilib.

Mərmilər pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

https://www.youtube.com/watch?v=ZuW99jJViXM