Cəlilabadda 30 yaşlı kişi intihar etdi

Cəlilabadda 30 yaşlı kişi intihar etdi

Cəlilabad rayonunda intihar hadisəsi baş verib.

Hadisə Cəlilabad rayonunun Göytəpə şəhərində qeydə alınıb.

Belə ki, Göytəpə şəhər sakini, 1991-ci il təvəllüdlü Əkbərov Cavid Cahangir oğlu yaşadığı evinin həyətindəki yardımçı tikilidə özünü asaraq intihar edib.

 

Hələlik intiharın baş vermə səbəbləri məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (publika az)