Kəlbəcər və Daşkəsəndə minalar zərərsizləşdirildi
Sənübər Qocayeva

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.
Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.