Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 33 033 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 626 916, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 996 400, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 630 516 təşkil edir.