Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 32 452 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27 351, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 101 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 2 775 319, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 810 857, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 964 462 təşkil edir.