Rezidenturaya qəbul üçün 2-ci cəhdin qeydiyyatı başladı

Rezidenturaya qəbul üçün 2-ci cəhdin qeydiyyatı başladı

Əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, namizədlərin qeydiyyatı bu gündən başlayaraq iyulun 22-dək internet vasitəsi ilə aparılır.

 İyun ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə “Şəxsi kabinet”lərinin hesabına imtahanda iştirak haqqını (60 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov) daxil olmaqla qeydiyyatdan keçə bilərlər.