"Ailə və ailə dəyərləri" mövzusunda onlayn seminar keçirilib

 "Ailə və ailə dəyərləri" mövzusunda onlayn seminar keçirilib

İyulun 16-sı Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Azərbaycan Dillər Universitetinin birgə təşkilatçılığı ilə "Ailə və ailə dəyərləri" mövzusunda onlayn seminar keçirildi.

Ailə və uşaq psixoloqu Samirə Rzayeva seminarda ailənin sağlam təməl üzərində qurulmasından, ailə ənənələrinin milli-mənəvi dəyərlərə söykəndiyindən bəhs etdi. Samirə Rzayev ailə üzvləri arasında ünsiyyətin, hörmətin, sevginin, anlayışın vacib olduğunu vurğuladı.

Sonda könüllüləri maraqlandıran suallar cavablandırıldı.