Gəncədə RİTM "startup" sahibkarlıq proqramının onlayn təqdimatı baş tutub

Gəncədə RİTM "startup" sahibkarlıq proqramının onlayn təqdimatı baş tutub

Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu tərəfindən yaradılan “Regional İnnovativ Turizm Məhsulu (RİTM)” adlı startap sahibkarlıq proqramının Gəncə şəhərində onlayn təqdimatı baş tutub.

Gəncə Turizm İnformasiya Mərkəzi / Gəncə Destinasiya Menecmenti Təşkilatının dəstəyi ilə regionlarda turizm “startup”larının yaradılması və inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərəcək “Regional İnnovativ Turizm Məhsulu (RİTM)” sahibkarlıq proqramının onlayn təqdimatı keçirilib. Təqdimatda qərb regionunun (Gəncə, Naftalan, Göygöl, Şəmkir, Samux, Gədəbəy, Daşkəsən, Tovuz, Ağstafa, Qazax) yerli İcra Hakimiyyəti orqanlarının nümayəndələri, ali təhsil müəssisələrinin müəllim və tələbə heyəti, turizm sahəsinə marağı olan gənclər və yerli turizm sənayesi nümayəndələri iştirak eediblər.

Layihənin hədəfi regional turizmin inkişafına, yerlərdə məşğulluğun artmasına və turizm yönümlü yeni sahibkarlıq subyektlərinin yaranmasına təkan verməkdir. RİTM proqramının iştirakçılarına peşəkar təlim və mentorluqla yanaşı, sahibkarlar və investorlarla tanışlıq, tanıtım, dövlət tərəfdaşlarından dəstək, ÜTT-də (Ümumdünya Turizm Təşkilatı) “startup” müsabiqəsinə vəsiqə və o cümlədən, qaliblərə pul mükafatının verilməsi kimi geniş imkanlar yaradılacaqdır.

RİTM- ə qoşulmaq və ətraflı məlumat əldə etmək üçün rəsmi səhifəsinə daxil ola bilər

https://ritm.tourismboard.az/