"20 yanvar Ümumxalq Hüzn Günü" ilə əlaqədar tədbir keçirilib

"20 yanvar Ümumxalq Hüzn Günü" ilə əlaqədar tədbir keçirilib
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi tərəfindən "20 yanvar Ümumxalq Hüzn Günü" ilə əlaqədar tədbir keçirildi.
 
18 yanvar 2022-ci il tarixində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evinin birgə təşkilatçılığı ilə Gəncə Maarif Evinin akt zalında gənclərin iştirakı ilə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir təşkil olunmuşdur.
 
Tədbir 20 yanvar Şəhidlərinin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib.
 
Tədbirin rəsmi hissəsində cıxış edən Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi – Həmid Nəsirov, Gənclər Evinin direktoru - Amil Qurbanov, Gəncə Maarif Evinin rəhbəri – İmamverdi Vəliyev və Gəncə Dövlət Universitetinin Tarix kafedrasının müəllimi - Ümid İsmayılov qeyd ediblər ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 32 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.
 
1990-cı il 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin sübutudur. Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasında, dövlət müstəqilliyinin bərpa edilməsində mühüm rol oynayıb. 20 Yanvar faciəsi xalqın yaddaşında öz layiqli yerini tutmağa başlayır, matəm günündən daha çox müstəqilliyə gedən yol, milli qürur, iftixar, milli müqavimət günü kimi qavranılır.
Daha sonra gənclər 20 yanvar ilə bağlı sənədli filmi izləyiblər.
 
Tədbirdə 60-dan çox gənc iştirak edib.