Naftalanlı gənclər “20 Yanvar- Ümumxalq hüzün günü” ilə əlaqədar “Şəhidlərin Memorial Xatirə Kompleksi”ni ziyarət etdilər

Naftalanlı gənclər “20 Yanvar- Ümumxalq hüzün günü” ilə əlaqədar  “Şəhidlərin Memorial Xatirə Kompleksi”ni ziyarət etdilər

Naftalan şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “20 Yanvar - Ümumxalq hüzün günü” ilə əlaqədar şəhərimizin bir qrup gənc könüllüləri və idmançıları Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizin “ Memorial Xatirə Kompleksi”ni ziyarət edib, abidə önünə gül dəstələri düzərək, ruhuna dualar oxumuşdurlar.

1990-cı il 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin sübutudur. Azərbaycan xalqı onun qanlı yaddaşında silinməz iz qoyan bu faciəsini hər il qeyd edir, öz qəhrəman övladlarının əziz xatirəsini dərin ehtiramla yad edir və bu faciəni heç vaxt unutmayacaqdır.

Allah bütün Şəhidlərə rəhmət etsin!