Azərbaycanın 6 milyondan çox maska ehtiyatı var
Sənübər Qocayeva

Bu ilin yeddi ayında Azərbaycanda istehsal olunun tibbi maskaların sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2022-ci il yanvar-iyul aylarında ölkədə 17,1 milyon tibbi maska istehsal edilib.
Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 114,8 % çoxdur. Avqustun 1-nə ölkədə 6,1 milyon ədəd hazır məhsul ehtiyatı olub.