Saturday, 18 Sentyabr 2021 22:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Növbəti buraxılış imtahanları keçiriləcək

Növbəti buraxılış imtahanları keçiriləcək

Aprelin 29 və 30-da növbəti buraxılış imtahanı keçiriləcək.

DİM-dən verilən məlumata görə, aprelin 29-da Naxçıvan MR-də, Bərdə, Göyçay, Göygöl, Lerik, Qusar, Sabirabad, Şəmkir rayonlarında, Şəki şəhərində, Bakı şəhərinin xüsusi ümumtəhsil müəssisələrində, Çilov adasında yerləşən məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün, aprelin 30-da isə Bakı şəhərinin Nəsimi, Pirallahı, Sabunçu, Xətai rayonlarında, Biləsuvar, Daşkəsən, Gədəbəy, İmişli, Kürdəmir, Qəbələ, Tovuz, Samux, Şabran, Yevlax, Yardımlı rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini təhsil aldıqları məktəbdən öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə “Adobe Reader” proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər. (oxu az)

Sabah temperatur 30 dərəcəyə qalxacaq

Sabah temperatur 30 dərəcəyə qalxacaq

Aprelin 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-24, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli  yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında yaz havası gözlənilir ki, bu da əksər insanlar üçün əlverişlidir.

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi

Ramazan bayramı ilə əlaqədar iş günlərinə və karantin rejiminə dəyişiklik edildi

Nazirlər Kabinetinin Qərarına əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Nazirlər Kabinetindən YAZTV-yə verilən məlumata görə, bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Nazirlər Kabinetinin digər Qərarına əsasən 9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.
Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək - DSMF

Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyalar ödəniləcək - DSMF

Aprelin 22-də bütün müavinət, təqaüd və kompensasiyaların ödənilməsi nəzərdə tutulub.

Bu barədə YAZTV Dövlət Sosial Müdafiə Fondundan bildiriblər.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayı üzrə pensiyaların ödənişi başa çatdırılıb.
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "tarixi abidələrimizi tanıyaq" şüarı ilə gənclərin ekskursiyası təşkil olunmuşdur

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "tarixi abidələrimizi tanıyaq" şüarı ilə gənclərin ekskursiyası təşkil olunmuşdur

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "tarixi abidələrimizi tanıyaq" şüarı ilə gənclərin ekskursiyası təşkil olunmuşdur.
 
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin 2021-ci ilin 1-ci yarımilliyi üçün iş və tədbirlər planına əsasən, Kəpəz dağçılıq klubunun dəstəyi ilə gənclərin Gədəbəy rayonuna ekskursiya həyata keçirilmişdir. Burada əsas məqsəd yerli əhəmiyyətli qədim tarixi abidələrimizi gənclər arasında tanıdılması və ölkəmizin turizm potensialını dünyada daha geniş formada təbliğ etməkdir. Gədəbəy rayonuna səyahət səfəri zamanı Poladlı kəndində "Həmişəvəng" qədim alban monastrına, Miskinli kəndində Almanlar tərəfindən 19 əsrdə dağ mədən sənayesi məqsədilə tikilmiş "Qanlı körpüyə" və Düzyurd kəndindəki, təqribən 2000 metr hündürlükdə zirvədə yerləşən məşhur və qədim "Koroğlu" qalasına ziyarət edilmişdir. Tarixi abidələrə ekskursiya da (Hiking) Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi Əlviz Gülməmmədov iştirak edərək gəncləri müşaiyət ediblər.
 
 
 
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 19 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1337380, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 889232, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 448148 təşkil edir.
Azərbaycanda bu məhsullar bahalaşdı - RƏSMİ

Azərbaycanda bu məhsullar bahalaşdı - RƏSMİ

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub.

YAZTV Dövlət Statistika Komitəsinə istinadla verdiyi məlumata görə, cari ilin mart ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin, vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin, pendirin, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, kivinin, bananın, almanın, armudun, heyvanın, narın, qozun, fındığın, kələmin, pomidorun, yerkökünün, çuğundurun, balqabağın, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, tütün məmulatlarının qiymətində baş verib.

Ucuzlaşma isə yumurtanın və xiyarın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək

Mayın 9-dan 16-dək ictimai nəqliyyat işləməyəcək

9 may saat 00:00-dan 16 may saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.

YAZTV-nin məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilib. Qeyd edilib ki, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2021-ci ilin 11 və 12 may iş günləri ilə müvafiq olaraq 8 may və 16 may istirahət günlərinin yerləri dəyişdirilib.

Bununla da Ramazan bayramı günləri də daxil olmaqla mayın 9-dan 15-dək qeyri-iş günləri olacaq. İş mayın 16-dan başlayacaq.

Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Azərbaycanda 995 nəfər COVID-19-a yoluxub, 29 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 995 yeni yoluxma faktı qeydə alınıb, 1 136 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YAZTV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 301 661 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 265 539 nəfər müalicə olunaraq sağalıb, 4 169 nəfər vəfat edib, aktiv xəstə sayı 31 953 nəfərdir.

Ölkədə son sutka ərzində 5 955, hazırkı dövrədək isə 3 114 879 test aparılıb.
Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, gün ərzində mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 19-24, Bakıda gecə 11-13, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 20-də Abşeron yarımadasında yaz havası gözlənilir ki, bu da əksər insanlar üçün əlverişlidir.

Sabah hava küləkli olacaq

Sabah hava küləkli olacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilənlərin məlumata görə, aprelin 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9-13 dərəcə, gündüz 18-22 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 19-21 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 18-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 8-12 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15, bəzi yerlərdə 18-20 dərəcə isti olacaq.

Aprelin 18-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Daha bir müəllim koronavirusdan öldü

Daha bir müəllim koronavirusdan öldü

Bakıda 42 nömrəli məktəbin ibtidai sinif müəllimi Sara Rzayeva koronavirusdan vəfat edib. 

Bu barədə “Qafqazinfo”ya müəllimin yaxınları məlumat veriblər. Onların sözlərinə görə, 65 yaşlı müəllim aprel ayının əvvəllərində koronavirusa yoluxub. Aprelin 17-də müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) dünyasını dəyişib. 

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən Təhsil Nazirliyinin qərarı ilə aprelin 5-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris distant formada təşkil olunur.  
 
YAZTV (qafqazinfo az)