Saturday, 24 İyul 2021 17:55
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 478 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 166, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 312 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 964 102, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 417 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 546 929 təşkil edir.

Güclü külək Şəmkirdə qaz təsərrüfatına ziyan vurub

Güclü külək Şəmkirdə qaz təsərrüfatına ziyan vurub

Güclü külək və normadan artıq yağıntının düşməsi Şəmkir rayonunun Seyfəli kəndi, Morul deyilən ərazi, Kiraz yolu, Könüllü kəndində ciddi fəsadlar törədib.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilir ki, qaz təsərrüfatına xeyli ziyan dəyib. Regiondakı bütün təmir-tikinti qüvvələri hadisə yerinə cəlb edilib. Tezliklə təbii qaz təminatı ilə bağlı çətinliklər aradan qaldırılacaq. (report az)

Bu günə gözlənilən HAVA PROQNOZU

Bu günə gözlənilən HAVA PROQNOZU

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 7-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda 104 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda 104 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycanda bu gün koronavirus infeksiyasına 104 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan 1 nəfər dünyasını dəyişib.

İndiyədək ölkədə ümumilikdə 336 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 606 nəfər müalicə olunaraq sağalıb, 4 980 nəfər vəfat edib, aktiv xəstə sayı 1 202 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 709, ötən müddət ərzində isə ümumilikdə 3 821 726 test aparılıb.

Türkiyə Azərbaycanda 20-dən çox elmi laboratoriya quracaq

Türkiyə Azərbaycanda 20-dən çox elmi laboratoriya quracaq

Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) Azərbaycanda bəzi layihələr həyata keçirəcək.

Bu barədə YAZTV-yə Türkiyə hökumətindəki mənbə bildirib.

İlkin mərhələdə TÜBİTAK-ın Milli Metrologiya İnstitutu tərəfindən Azərbaycan Metrologiya İnstitutunda ümumilikdə 27 laboratoriyanın qurulması planlaşdırılır. Laboratoriyaların qurulması 2021-2022-ci illər ərzində gözlənilir:

“TÜBİTAK Azərbaycan və eləcə də türkdilli ölkələrdə fəaliyyətinin genişləndirilməsində maraqlıdır".

Qeyd edək ki, 1963-cü ildən fəaliyyət göstərən TÜBİTAK dünyanın aparıcı təşkilatları və universitetləri ilə birgə mütəmadi layihələr icra edir.

Təşkilat elmi sahədə araşdırmalar həyata keçirir və araşdırmalar ölkəni prioritetlərə görə inkişaf etdirmək, mövcud elmi və texniki məlumatlara yiyələnmək məqsədi daşıyır. (trend az)

Sabah 39 dərəcə isti olacaq

Sabah 39 dərəcə isti olacaq

İyulun 7-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-35, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz təşkil edəcək.

 Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 21-26, gündüz 34-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanda məhkumların 98 faizi vaksin olunub - RƏSMİ

Azərbaycanda məhkumların 98 faizi vaksin olunub - RƏSMİ

Penitensiar müəssisələrdə saxlanılan məhkumların vaksinasiyası ölkə üzrə həyata keçirilən vaksin strategiyasına uyğun həyata aparılır.

Ədliyyə Nazirliyindən  verilən məlumata görə, artıq məhkumların 98 faizi 1-ci doza, 60 faizi isə 2-ci doza vaksinasiyadan keçib:

"Yaşı 40-dan yuxarı olan məhbusların vaksinasiyası yekunlaşıb, 18 yaşdan yuxarı olanlara birinci doza vaksin vurulub, hazırda ikinci doza vaksinasiyası davam etdirilir.

Vaksinasiya prosesi cəzaçəkmə müəssisələrinin tibb məntəqələri tərəfindən həyata keçirilir. Hazırkı dövrə qədər peyvənd olunan məhkumlar arasında kəskin allergik reaksiya və ya hər hansı ağırlaşma baş verməyib". (trend az)

Sabah Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək

Sabah Bakıda qısamüddətli yağış yağacaq, külək əsəcək

İyulun 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25, gündüz 29-32, Bakıda gecə 23-25, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26 dərəcə isti olacaq.

İyulun 8-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 21-26, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacaq.

İyulun 8-də Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Qadın - kişi bərabərliyi ilə bağlı cəmiyyətdə diskorsların təşkilinin vacibliyi 

Qadın - kişi bərabərliyi ilə bağlı cəmiyyətdə diskorsların təşkilinin vacibliyi 

Günümüzün ən vacib məsələlərindən biri qadın-kişi bərabərliyi probleminə yönəlmiş diskorsların təşkilidir. Bu diskorsların hazırda yerli, milli və hətta beynəlxalq səviyyələrdə çoxsaylı sosial məkanlarda daim inkişaf etdiyini görə bilərik və hər bir müasir düşüncəli fərd buna öz töhfəsini verməyə çalışmalıdır. Unutmamalıyıq ki, diskors öz fikrini qəbul etdirməyə yönəlmiş müzakirə forması deyil. O, ilk növbədə müzakirədə iştirak edən hər kəsin problemin həllinə töhfə vermək arzusudur.


Gender bərabərliyi sadəcə insan cəmiyyətinin xoşbəxtliyinə və rifahına can atan ayrı-ayrı insanların xeyirxah arzusu deyil, o, insan reallığının vacib cəhətidir.

Fiziki dünyada kişilər və qadınlar fərqlidirlər və bu onların fiziologiyası və bundan irəli gələrək dünyanı necə qavramaları ilə bağlıdır. Lakin İnsanın ruhani mahiyyəti onun ruhudur və ruhun cinsi, irqi, milləti və ya digər fiziki və sosial fərqləri yoxdur. Hər bir ruh İlahi keyfiyyətləri (sevmək, xeyirxahlıq və səxavətlilik) əks etdirmək qabiliyyətinə sahibdir və insanları birləşdirən də budur. Buradan belə çıxır ki, kişi və qadın bərabərliyi ruhani həqiqət şəklində mövcuddur, yəni Allahın təyin etdiyi budur və indi bu həqiqətin fiziki dünyada təzahür etməsinə ehtiyac var.

Dar kontekstdə bu problem, yəni qadın-kişi münasibətlərində bərabər hüquqların olmaması, məhs qadınların vəziyyətinə mənfi təsir edib. Nəticədə insan cəmiyyətində min illər ərzində davam etmiş qadınlara qarşı ayrı-seçkiliklər yaranmiş və onlar cəmiyyətdə kişilərlə müqayisədə ikinci dərəcəli mövqe əldə etmişlər. Bu məsələdə kişilərin oynadığı mənfi rolu görməmək mümkün deyil. Əbdül-Bəha yazır:

“Öz üstünlüklәrini sübut etmәyә çalışan kişilәr ona da istinad edirlәr ki, qadınlar kişilәr kimi böyük xarüqәlәr yaratmayiblər. Zәif vә әsassız dәlildir, belә ki, tarixi faktlara ziddir. Әgәr həmin kişilәrin tarixdәn mәlumatı bir az çox olsaydı, onda bilәrdilәr ki, keçmiş zamanlarda mühüm işlәr görmüş qadınlar olmuş və onların fәaliyyәti bir çox cәhәtdәn böyük hadisәlәri hazırlamışdır, indiki dövrdә dә özlәrini ciddi işlәrә hәsr edәn çoxlu qadınlar vardır”

Hər bir halda qadın-kişi bərabərsizliyi ailə mühitində ortaya çıxır. Keşmişdə də belə olub, indi də belədir. Məsələn, bəzi ailələlərdə uşaqlardan hansının təhsilini davam etdirmək barədə seçim ortaya çıxanda, seçim oğlan övladlarına verilir, çünki mövcud təsəvvürlərə görə, gələcəkdə ailəsinin təminatçısı odur. Çoxları düşünür ki, qız övladının gələcək ailə həyatında əsas vəzifəsi evə və uşaqlara baxmaq olduğuna görə təhsilə ehtiyacı yoxdur.

“Ədalətsiz və ədalətli, qəddar və ya xeyirxah, etibarsız və ya etibarlı olma meylləri evdə, ailədə inkişaf etməyə meyllidir. Sadalanan vərdişlər hər bir sosial mühitdə özünü göstərir. Məsələn, qardaşların bacılar üzrərində hakim olmasına icazə verildiyi təqdirdə, evin divarlarında əmələ gələn bu vərdiş sinif otağına, daha sonra iş yerinə və nəhayət beynəlxalq arenaya köçürüləcəkdir. Əksinə, qızlar ailələrdə qərar qəbuletmə proseslərinə qatıldıqda, oğullar ev işlərinə təşviq olunanda, hər iki cinsin xarakterləri ahəngdar inkişaf edir” (Ümumdünya Ədalət Evinin müraciətindən, 2017).
Beləliklə, qadın-kişi münasibətlərində əsrlər boyu mövcud olmuş bərabərsizlik vəziyyəti, təkcə kişilərin qadınlar üzərində üstünlüyünün nəticəsi deyil, sadəcə qadınlara potensiallarını həyata keçirmək üçün eyni fürsətlərin verilməmisi ilə bağlıdır. Qlobal səviyyədə müşahidə olunan bərabərsizlik, cinsiyyətindən asılı olmayaraq hamının əziyyət çəkdiyi problemdir.
“Qadınların kifayət qədər irəliləməməsi və aşağı peşəkarlığı bərabər təhsil və bərabər imkanların olmaması ilə əlaqədardır. Əgər belə bir bərabərlik olsaydı, şübhəsiz ki, qadınlar istedad və bacarıqlarına görə tamamilə kişilərə bərabər olardılar. İnsanlığın xoşbəxtliyi yalnız qadınlar və kişilər birlikdə hərəkət etməyə və bərabər şəkildə inkişaf etməyə başladıqda əldə ediləcəkdir, çünki hər biri digərinin tamamlayıcısı və köməkçisidir” (The Promulgation of Universal Peace, 1982 U. S. edition, p. 182.).
Ana, uşağın dünyagörüşünün əsasını qoyan ilk müəllimi, həyat yolunda ilk bələdçisidir. Əgər ananın dünyagörüşü və davranışı qüsurludursa, uşaqda da qaçılmaz olaraq çatışmazlıqlar formalaşacaq, bu səbəbdən qadınların qüsurluluğu bütün bəşəriyyətin qeyri-kamilliyinə gətirib çıxaracaq. Əbdül-Bəha buyurur: Əgər tərbiyəçi bacarıqsızdırsa, bu səbəbdən tərbiyə alan qüsurlu olacaq. Müəllim savadsız cahildirsə, şagird dərin biliyi ilə parlaya bilərmi? Analar - insanlığın ilk tərbiyəçiləridir; əgər onlar mükəmməllikdən uzaqdırlarsa, bizə yalnız insan nəslinin gələcəyinə təəssüflənmək qalır.

Qadınların hüquqlarının məhdudlaşdırılmasının başqa bir fəsadı onlarda bəzən anormal etiraz formalarının doğurmasıdır; bu zaman mövcud vəziyyətlə barişmayan qadın, ətrafdakı kişiləri sıxışdırmağa başlayır; ailəsi varsa qızına həddindən artıq diqqət və qayğı göstərir, oğlunun tərbiyəsinə diqqət yetirmir, ya da onu ailədə ikinci dərəcəli statusda saxlayır. Bu, küskünlük və təcavüzlə dolmuş femizmin ifrat formasıdır ki, onun ilk böyük zərbəsi insan cəmiyyətinin hüceyrəsi olan ailə institutuna dəyir. İkinci böyük zərbə oğlan uşaqlarının və kişilərin ailədə və cəmiyyətdə möqeyinə dəymiş olur. Əbdül-Bəha yazır: “Bәşәriyyәt iki qanadı olan quşa bәnzәyir: qanadlardan biri – kişi, digәri – qadındır. Hәr iki qanad güclü olmasa vә eyni bir qüvvә ilә hәrәkәtә gәtirilmәsә quş sәmaya uça bilmәyәcәkdir. Zamanın ruhuna uyğun olaraq qadınlar kamillәşmәli, hәyatın bütün sahәlәrindә özlәrini göstәrmәli, kişilәrlә bәrabәrlәşmәli, onların sәviyyәsinә yüksәlmәli vә onlarla eyni hüquqlardan istifadә etmәlidirlәr”.

Qadın-kişi bərabərliyinin bərqərar olması təkcə qadınların qurtuluşu üçün deyil, həm də dünyada Sülhün irəlilədilməsi və insan Sivilizasiyasının kamilləşdirilməsindən ötrüdür. Əbdül-Bəha yazır: “Keçmişdə dünya qüvvə vasitəsilə idarə olunurdu və kişi özünün güclü və təcavüzkar, həm fiziki, həm də əqli keyfiyyətləri hesabına qadın üzərində üstünlüyə malik idi. Lakin bu müvazinət artıq pozulmaqdadır: qüvvə öz üstünlüyünü itirdiyi halda, qadında üstün olan əqlin çevikliyi, intuisiya, məhəbbət və xidmət kimi ruhani keyfiyyətlər daha çox əhəmiyyət kəsb etməyə başlamışdır. Ona görə də yeni era az dərəcə kişi erası olub, qadın ideyaları ilə daha çox doydurulmuş olacaqdır; dəqiq desək, bu sivilizasiyanın kişi və qadın əsaslarının müvazinətdə olduğu dövr olacaqdır”.

Beynəlxalq səviyyədə qadın-kişi bərabərliyi ilə bağlı diskorsların həyata keçirildiyi ən nüfuzlu məkanlardan biri Dünya Qadınlarnın Beynəlxaq Konfrasıdır. Dördüncü Dünya Qadınlar Konfransının (Pekin, 1995) Bəyannaməsinin 13-cü bəndində deyilir: Qərar qəbuletmədə və hakimiyyətdə iştirakları da daxil olmaqla, qadınların imkanlarının genişləndirilməsi və cəmiyyətin bütün sahələrində bərabərlik əsasında tam iştirakı etmələri bərabərlik, inkişaf və sülh hədəflərinə çatmaq üçün əsasdır”.

Həmin Bəyənnamənin 18-ci bəndində həmçinin deyilir: “Yerli, regional və qlobal səviyyələrdə sülhün əldə edilməsi, idarəetmədə, münaqişələrin həllində və bütün səviyyələrdə davamlı sülhün təşviqində əhəmiyyətli qüvvə olan qadınların inkişafına ayrılmaz şəkildə bağlıdır”.

Hazırda Pekin Konfransından 25 il ötür və BMT-nin müvafiq qurumları yerli və milli səviyyələrdə həm hökumətlər, həm və vətəndaş cəmiyyətinin müxtəlif qurumları ilə qadın-kişi bərabərliyini irəlilətməkdən ötrü fəal işlər görür. Pekin Konfransının İştirakçısı, tədqiqatçı-analitik, Dr. Lee Loh Ludher, yazır: “Beləliklə, 1995-ci il Pekin Konfransı bir çox qadınlar və qadın hüquqları üzərində işləyən bir çox təşkilatlar üçün başlanğıc nöqtəsi oldu, qadın hüquqlarının Qərb feminist ideyası olmadığını, dünyanın hər mədəniyyətinə xas olduğunu başa düşməyə kömək etdi”.

Anladığımız kimi, qadın hüquqlarının irəlilədilməsi təkcə qadınların deyil, kişilərin bir vəzifəsidir. Kişilər qadınlara kömək etməlidir, çünki cəmiyyətimizin rifahı və inkişafı bundan asılıdır.

“Kiçik yaşdan etibarən oğlanlar gender bərabərliyi prinsipini mənimsəməli və qadın-kişi bərabərliyinin tərəfdarı olmalıdır. Lakin bu o demək deyil ki, uşağın belə bir tərbiyəsi yalnız ailədən asılıdır, oğlan, gender bərabərliyinin dəstəklənməyəcəyi bir cəmiyyətə girir. Buna görə bütün cəmiyyət hər bir uşağın yetişdirilməsinə töhfə verməlidir, və bu o deməkdir ki, bu uşağın qarşılaşdığı hər bir insan, daxil olduğu hər bir ictimai qurum bu idealı təbliğ etməlidir. Bu da öz növbəsində bütün nəsillər səviyyəsində dəyişikliyə təsir edəcəkdir” (Carl Murrell, Representative of the Bahais of the United States to the United Nations).

Leyla Məmmədova

M.V.Lomonosov adına Moskva Dövlət Unitersitetinin tələbəsi
FHN-in “Telegram” kanalı istifadəyə verildi

FHN-in “Telegram” kanalı istifadəyə verildi

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirdiyi tədbirlər barədə ictimaiyyətin məlumatlandırılması və fövqəladə hallarla bağlı davranış qaydaları üzrə əhalinin maarifləndirilməsi üçün Nazirliyin rəsmi internet saytı və sosial şəbəkə səhifələrindən fəal şəkildə istifadə edir.

YAZTV xəbər verir ki, bu çərçivədə vətəndaşların informasiya mənbəyi kimi sosial şəbəkələrə getdikcə artan tələbatını nəzərə alaraq, Nazirliyin rəsmi “Telegram” kanalı istifadəyə verilib. “Fövqəladə Hallar Nazirliyinin rəsmi kanalı” (https://t.me/fhn_official) adı ilə ictimaiyyətə təqdim olunan kanalda Nazirliyin fəaliyyəti, keçirilən tədbirlər barədə, habelə maarifləndirici xarakterli materialların paylaşılması nəzərdə tutulub.

Qeyd edək ki, Naziliyin Facebook (@officialfhn), Twitter (@officialfhn), İnstagram (@officialfhn) sosial şəbəkə səhifələri, habelə Youtube kanalı (FHN Official) uzun müddətdir fəaliyyət göstərir.

Abituriyentlərin nəzərinə!

Abituriyentlərin nəzərinə!

Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 14-də III ixtisas qrupu, iyulun 15-də isə II ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçiriləcək.

YAZTV” DİM-ə istinadən xəbər verir ki, imtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar Dövlət İmtahan Mərkəzinin saytından “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

 “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlərin bir daha nəzərinə çatdırılır ki, imtahanlar saat 10:00-da başlanacaq. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Sağlamlıq haqqında bəyannamə (buraxılış vərəqi ilə birlikdə çap edirsiniz və imzalayırsınız. İmtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır);

-  Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-   Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 22-26, gündüz 31-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

İyulun 6-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26, gündüz 35-39, dağlarda gecə 14-19, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında arabir güclənən mülayim xəzri küləyi bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.