
Bu ilin birinci rübündə ölkədə 18 723 ölüm halı qeydə alınıb.
Bu barədə YAZTV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.
Bu ilin birinci rübündə ölkədə 18 723 ölüm halı qeydə alınıb.
Bu barədə YAZTV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi azalaraq 7,7-dən 7,6-ya düşüb.
Logistika şirkətlərindən biri "Araz Vadisi İqtisadi Zonası"na rezident kimi fəaliyyət göstərmək üçün İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinə müraciət edib.
Bunu YAZTV-yə açıqlamasında Agentliyin rəhbəri Elşad Nuriyev deyib.
Onun sözlərinə görə, şirkət 50-yə yaxın yük avtomobili alıb və Zəngəzur dəhlizi açıldıqdan sonra fəaliyyətə başlamaq üçün infrastruktur yaradır.
"Bununla yanaşı "FedEX", UPS, "ASE Express" və "Amerikan Express" şirkətlərinin yerli nümayəndəlikləri "Qarabağ Logistik" adlı şirkət yaradıblar. Əsas məqsəd orada ("Araz Vadisi İqtisadi Zonası"nda - red.) gömrük anbarlarının yaradılması, Zəngilan və Füzuli beynəlxalq hava limanlarında habların formalaşdırılması, beynəlxalq yükdaşımaların həyata keçirilməsidir",- deyə E.Nuriyev qeyd edib.
Bu ilin üç ayında doğulan üçəmlərin sayı açıqlanıb.
Bu barədə YAZTV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, cari ilin yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 29179 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 11,8 təşkil edib. Doğulanlar arasında cins nisbəti oğlanlarda 53,1 faiz, qızlarda isə 46,9 faiz olmuşdur. Körpələrdən 902-si əkiz, 42-si isə üçəm doğulanlardır
Azərbaycanda son sutkada 3 530 nəfər vaksinasiya olunub.
YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 367, ikinci doza vaksinlərin sayı 487 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 2 412-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 264 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 691 178, birinci doza peyvəndlərin ümumi sayı 5 344 206, ikinci doza vaksinlərin sayı 4 844 534 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 259 032, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 243 406 olub.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 687,6 milyon manat, xərcləri isə 8 168,7 milyon manat təşkil edib.
YAZTV Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8% və 8,5% çoxdur.
Son nəticədə büdcədə 2 518,9 milyon manat qalıq yaranıb.
Gənclər və İdman Nazirliyinin keçmiş mətbuat katibi Səmayə Məmmədovaya yeni vəzifə həvalə olunub.
YAZTV-nin məlumatına görə, S.Məmmədova bundan sonra həm Təhsil Nazirliyinin müxtəlif istiqamətlər üzrə layihələrinin, eləcə də Azərbaycan Basketbol Federasiyasının (ABF) PR işlərini aparacaq.
Qeyd edək ki, ABF-nin prezidenti təhsil naziri Emin Əmrullayevdir.
Xatırladaq ki, S.Məmmədova uzun müddət Gənclər və İdman Nazirliyində, daha sonra Bakı Nəqliyyat Agentliyində çalışıb.
Azərbaycanda koronavirus (COVID-19) 7 yeni yoluxma faktı qeydə alınıb, 4 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 792 680 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 921 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 50 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 110, bu günə qədər isə ümumilikdə 6 858 298 test icra olunub.
Bu il Azərbaycanda nikaha girən və boşananların sayı açıqlanıb.
Bu barədə YAZTV-yə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin ilk üç ayı ərzində 14606 nikah və 3618 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,2-dən 5,9-a qədər artıb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə qalıb.
Bakıda və Abşeron yarımadasında mayın 18-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən YAZTV verilən məlumata görə, şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıdagecə 12-14° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
Azərbaycan əhalisinin sayı açıqlanıb.
Dövlət Statistika Komitəsindən YAZTV-yə verilən məlumata görə, ilin əvvəlindən ölkə əhalisinin sayı 10812 nəfər və ya 0,1 faiz artaraq 2022-ci il aprel ayının 1-i vəziyyətinə 10 167 178 nəfərə çatıb.
Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişilərlə qadınlar arasında cins nisbəti isə eyni olub.
Avropa Komissiyası (AK) bu il avrozonada ümumi daxili məhsulun (QDM) artımı ilə bağlı proqnozunu 1,3 faiz bəndi azaldaraq 2,7%-ə endirib.
YAZTV “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Komissiyanın yaz hesabatında bildirilir.
Qurum qış hesabatında iqtisadi artımın 4% ola biləcəyini bəyan etmişdi.
AK həmçinin 2023-cü il üçün avrozonada ÜDM-in artım proqnozunu 2,7%-dən 2,3%-ə endirib.
Avrozonada inflyasiyanın 2021-ci ildəki 2,6%-dən 2022-ci ildə 6,1%-ə qədər artacağı, 2023-cü ildə isə 2,7%-ə enəcəyi gözlənilir.
AK bu il ən yüksək ÜDM artımını Portuqaliya (+5,8%) və İrlandiyada (+5,4%), ən kiçik artımı isə Estoniya (+1%), Finlandiya (+1,6%) və Almaniyada (+1,6%) gözləyir. 2023-cü ildə Almaniya iqtisadiyyatının 2,4% artacağı gözlənilir.
Bundan əlavə, Avropa İttifaqı iqtisadiyyatının 2022-ci ildə 2,7%, 2023-cü ildə isə 2,3% artacağı gözlənilir.