Saturday, 18 Sentyabr 2021 23:24
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bakıya yağış, rayonlara leysan, dolu yağacaq - BU GÜNÜN HAVASI

Bakıya yağış, rayonlara leysan, dolu yağacaq - BU GÜNÜN HAVASI

Sentyabrın 3-ə gözlənilən hava şəraiti açıqlanıb.

YAZTV-yə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-30° isti, Bakıda gecə 23-25° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-22° isti olacaq.

ÜST koronavirusun yeni “mü” ştamının yayılmasını şərh edib

ÜST koronavirusun yeni “mü” ştamının yayılmasını şərh edib

"Koronavirusun yeni “mü” ştamının orqanizmin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır".

Bunu YAZTV-y' Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazarkeviç bildirib.

“Ştam mutasiyalara malik olduğundan maraq doğuran variant kimi müəyyən edilib. Bu mutasiyaların insan orqanizminin immun reaksiyasına potensial təsirini öyrənmək lazımdır. Virusların təkamülü ilə bağlı ÜST-ün İşçi qrupuna təqdim edilmiş məlumatlar göstərir ki, xəstəlik və ya vaksinləmə nəticəsində formalaşmış immunitet bu ştama qarşı o qədər də təsirli olmaya bilər. Bu məlumatı təsdiq etmək üçün əlavə araşdırmalar aparılmalıdır",- o bildirib.

Onun sözlərinə görə, koronavirusun yeni “mü” ştamı ilk dəfə 2021-ci ilin yanvar ayında Kolumbiyada aşkar edilib. GISAID-in (Qrip barədə məlumatların mübadiləsi üzrə Qlobal təşəbbüs qrupu) avqustun 29-na olan məlumatına görə, indiyədək “mü” ştamına dünyanın 39 ölkəsində 4 500-dən çox yoluxma halı qeydə alınıb.

“Dünyada “mü” ştamının yayılması halları azalmaqdadır. Hazırda yoluxmaların yalnız 0,1 %-i bu varianta aiddir. Son həftələrdə Kolumbiya və Ekvadorda yeni ştama yoluxma halları artıb. ÜST bu variantın təsirini araşdırmaqla yanaşı, onun epidemioloji təkümülünü də diqqətlə izləyir”, - təşkilatın nümayəndəsi fikrini tamamlayıb.

Əks-göstəriş sertifikatı necə alınır? - Qaydalar AÇIQLANDI

Əks-göstəriş sertifikatı necə alınır? - Qaydalar AÇIQLANDI

Səhiyyə Nazirliyi vaksinasiya olunmayan şəxslərin əks-göstəriş sertifikatı alması prosesində qaydaları açıqlayıb.

Nazirlikdən  bildirilib ki, əks-göstəriş sertifikatı üçün vətəndaş qeydiyyatda olduğu ərazi poliklinikasına müraciət etməlidir: "Poliklinika həmin müraciət edən şəxsdən vaksinin əks-göstəriş olması üçün əsas tələb edir. Vətəndaş da bunun üçün poliklinikaya lazım olan epiqriz və ya digər sənədləri təqdim edir. Şəxsin sənədləri poliklinika tərəfindən toplanaraq xüsusi komissiyaya göndərilir. Həmin komissiya sənədləri və xəstəlik növünü araşdırandan sonra qərar verir və həmin qərarı vətəndaşa göndərir".

Məlumatda bildirilir ki, komissiyadan müsbət cavab alan vətəndaş https://kabinet.its.gov.az/ saytında təklif olunan 4 üsuldan biri vasitəsilə qeydiyyatdan keçməlidir: "Qeydiyyatdan keçdikdən sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi pəncərəsi seçilməlidir. Daha sonra vətəndaşlar sağ tərəfdə yerləşən digər xidmətlər pəncərəsinə daxil olaraq “Əks göstəriş sertifikatı” bölməsini seçərək, qeyd olunan sertifikatı telefona elektron formada yükləyə, eyni zamanda “Screenshot” edib fotosunu telefonun yaddaşında saxlaya bilərlər".

Vurulan vaksinlərin ümumi sayı 7 milyonu keçdi

Vurulan vaksinlərin ümumi sayı 7 milyonu keçdi

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 98 494 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 60 167 , ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 38 327 nəfərdir.

 Ölkədə vurulan vaksinlərin ümumi sayı 7009933 , birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4239851, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2770082 təşkil edir.
Xavyer Kolomina NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin olunub

Xavyer Kolomina NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin olunub

İspaniyalı diplomat Xavyer Kolomina NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin edilib.

YAZTV xəbər verir ki, bu barədə İspaniyanın NATO-dakı nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.

X.Kolomina eyni zamanda, NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini vəzifəsini daşıyacaq.

O, bu postda Ceyms Appaturayı əvəzləyib.

COVID pasportu və birinci doza vaksin sertifikatını elektron əldəetmə qaydaları açıqlanıb

COVID pasportu və birinci doza vaksin sertifikatını elektron əldəetmə qaydaları açıqlanıb

1 oktyabr tarixinədək “CheckApp” mobil tətbiqi üzərindən həyata keçirilən yoxlama zamanı COVID-19 pasportu əldə etmiş vətəndaşlarla yanaşı, immunitet sertifikatı olan və COVID-19 virusuna qarşı 1-ci doza vaksin sertifikatı olan vətəndaşlar da ictimai iaşə müəssisələrinə, mehmanxanalara və iri ticarət mərkəzlərinə daxil ola bilərlər.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən  verilən məlumata görə, yoxlanış zamanı COVID-19 pasportunu, 1-ci doza vaksin sertifikatını və immunitet sertifikatını elektron şəkildə təqdim etmək istəyən vətəndaşlar “myGov” şəxsi kabinetlərindən qeyd edilən sənədləri aça və ya telefonuna yükləyərək göstərə bilərlər.

“myGov” mobil tətbiqini “iOS” və “Android” əməliyyat sistemi istifadəçiləri aşağıdakı linklərdən yükləyə bilərlər:

• "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

• "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

Vətəndaşlar COVID-19 pasportu və sertifikatları, həmçinin e-TƏBİB və its.gov.az portalından təqdim edə bilərlər. Bu zaman vətəndaşlar ən yeni sənədin təqdim olunduğuna əmin olmalıdırlar.

Qeyd edək ki, “CheckApp” mobil tətbiqi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən yaradılıb. Mobil tətbiq qurum və müəssisələrin icaze.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub

Yoluxanların sayı açıqlandı

Yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3759 yeni yoluxma faktı qeydə alınıb, 3473 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 45 nəfər COVID-19-dan dünyasını dəyişib.
Allahşükür Paşazadə Azərbaycan ictimaiyyətinə müraciət edib

Allahşükür Paşazadə Azərbaycan ictimaiyyətinə müraciət edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ictimaiyyətinə müraciət edib.

QMİ-dən YAZTV-yə daxil olan müraciətin mətnində deyilir:

"Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə çoxsaylı sorğuları, ictimai-sosial sifarişi nəzərə alaraq milli genofondumuz, ailə institutu, demoqrafik inkişaf, ictimai asayiş və dövlətçilik maraqları üçün ciddi təhlükə - zəmanəmizin qorxunc bəlasına çevrilmiş narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin həyacanlı durumu ilə bağlı Azərbaycan ictimaiyyətinə aşağıdakı müraciəti etməyi vacib sayır.

Gələcək nəslin sağlam təməllər üzərində milli, dini-mənəvi dəyərlərə istinadən formalaşdırılması cəmiyyətimiz üçün bütün dövrlərdə mühüm istiqamətlərdən biri olmuşdur. Gənc nəslin həm fiziki, həm ruhi saglamlığı, ictimai fəallığı və sosial faydalılığı kimi məqamların reallaşmasında ailə və cəmiyyətin rolu və məsuliyyəti danılmazdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası, Elmi-Dini Şurası zamanında bu mühüm məsələlərə dair sanballı konfrans və tədbirlər təşkil etmiş, yerlərdəki din xadimlərinə bu mövzuları öz moizə və xütbələrində mütəmadi olaraq şərh etmək barədə müvafiq tapşırıq və tövsiyələrini vermişdir. Cəmiyyətin tərkib hissəsi olan din xadimlərinin vəzifəsi Uca Allahın müqəddəs Kitabımız Qurani-Kərimdə buyurduğu həqiqətləri, dinimiz İslamın dəyərlərini daha israrlı maarifləndirmə işi vasitəsilə cəmiyyətimiz üçün kamil insan tərbiyəsi prosesinə öz töhfələrini verməkdir. Müqəddəs Qurani-Kərimin bizə buyurduğu kimi: «Rəbbinin yoluna hikmətlə və gözəl öyüd-nəsihətlə dəvət et…» (Nəhl, 125)

Narkomaniya cəmiyyətin fiziki və mənəvi məhvinə yol açır, imanı zəiflədir, onun olduğu yerdə həmişə dağılmış ailələr və valideyn himayəsindən məhrum qalan uşaqlar olur, oğurluq, qətl, intiharlara yol açılır. Narkotik asılılıq həm insan orqanizminə, həm də cəmiyyətin bel sütunu olan ailə institutuna dağıdıcı zərbə vurur. Gənc nəslin narkotik asılılıq kimi bəşəri bəla ilə üz-üzə qalması bu günümüz və gələcəyimiz üçün çox böyük təhlükədir. Narkotik vasitələrin satışı, istifadəsinə dair statistikanı, bu bəlaya düçar olmuş insanların sayını, bu qorxunc kabusun gəncləri, qadınları, hətta məktəb yaşlı uşaqları ehtiva etdiyini nəzərə alsaq, təəssüf hissi ilə deməliyik ki, bu gün narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi təhlükəli fəlakət həddinə yüksəlmişdir.

Narkotik maddələr və onlara aludəçilik sağlamlıq, iqtisadi, siyasi, ictimai və əxlaqi zəmində çox böyük dağıdıcı, məhvedici təsirlərə malikdir, insanın təfəkkür, düşüncə, istedad, idrak, qüdrət, çalışmaq və quruculuq səylərini əllərindən alır, iman və əqidəsini zədələyir, Uca Allahı dərk etməkdən uzaqlaşdırır, ailələrin əsasını dağıdaraq məhv edir. Məstedici maddələr fərdin və cəmiyyətin ruhu və cisminə təsir edən fəsadlı nəticələri baxımından, bütün pisliklərin mənbəyi olduğuna görə İslamda haram buyurulmuşdur. İnsan əqlini əlindən alan, şüurunu pozan, iradəsini məhv edən, zehnini zəiflədən belə maddələrdən istifadə hər il milyonlarla insanın məhvinə səbəb olur.

Tibbi məqsədlər üçün deyil, məst, həzz, bihuş olmaq niyyəti ilə narkotik maddələrin haramlığı xüsusunda Qurani-Kərimdə belə buyurulmuşdur: “ Ey iman gətirənlər! (Sizi zəlalətə uğradan məstedici içkilər, üyüşdürücü maddələr də), qumar da, (şirkə və küfrə səbəb olan) bütlər və falçılıq da şeytan əməlindən olan murdar əməllərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız!” (Maidə, 90). Peyğəmbərimiz Məhəmməd Salavatullahın mübarək hədislərində buyurulur: "Hər bir məstedici haramdır, çoxu məst edən şeyin azı da haramdır; İnsan ağlını məst edən hər bir şey haramdır” (Səhih Buxari, 1261-ci hədis).

Dini mərkəz olaraq din xadimlərimizi aidiyyatı olan dövlət qurumları və ictimaiyyətin müxtəlif təbəqələri ilə bərabər bu ictimai bəla ilə mübarizədə daha artıq səfərbər olmağa, məscidlərdə oxunan, habelə onlayn moizə və xütbələrdə insanları bu sosial fəlakət barədə ətraflı məlumatlandırmağa, onun fəsad və acı nəticələrini geniş şərh etməyə, dini maarifləndirmə müstəvisində günah və haram olduğu mətləbini daha dərindən təlqin etməyə çağırırıq. Bu işin daha miqyaslı aparılması üçün din xadimlərimizə kütləvi informasiya vasitələrində mütəmadi çıxış etmək imkanlarının yaradılmasını vacib sayır, bununla bağlı müvafiq qurumları bu şəraitin təmininə çağırırıq.

Azərbaycan dövləti gəncliyin sağlam inkişafı işini hər zaman prioritetlər sırasında nəzərdən keçirir, onların fiziki, mənəvi sağlamlığı üçün dövlət səviyyəsində proqramlar işlənib hazırlanır. Dövlət rəhbərimiz və ölkənin Birinci vitse-prezidenti səviyyəsində gəncliyin qayğı ilə əhatə olunması üçün sanballı və genişmiqyaslı tədbir və layihələr həyata keçirilir. Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin satışına, onların qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır, ölkə səviyyəsində maarifləndirici və reabilitasiya məqsədli layihələr həyata keçirilir. Lakin bəzi xarici və daxili qüvvələr cəmiyyətimizi zəiflətmək, gələcəyimizi şikəst etmək üçün ən qorxulu və zərərli vərdişlərdən olan narkomaniyadan, narkotik vasitələrin qanunsiz dövriyyəsindən öz mənfəətləri üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. Bu durumda biz din xadimlərinin vəzifəsi bu istiqamətdə dövlət proqramlarına dəstək olmaq, hökumətimizin səylərinə yardım edərək daha artıq maarifləndirmə və bütün mümkün vasitələrlə sabahkı gündə övladlarımızın gələcəyinə etibarla baxa biləcəyimiz bir mühitin yaradılması üçün çalışmaqdır.

Qafqaz Müsəlmanları İdarəsi qazılarına, səlahiyyətli nümayəndələrinə və din xadimlərinə tövsiyə edir ki, moizə və xütbələrində, mediada çıxışlarında bu mövzuya həm dini, həm də ictimai baxımdan geniş şərh versinlər, narkomaniyanın zərər və fəsadları barədə insanlar arasında fəal təbliğati iş aparsınlar. Tövsiyə edirik ki, din xadimləri Allah-Təalanın insan varlığına və cəmiyyətin sağlamlığına zərər verə biləcək hər bir şeyi qadağan etdiyini moizələrində cəmiyyətimizə şəriət hökmü olaraq çatdırsınlar. Quranda, Peyğəmbər hədislərində şəriətin buna dair hökmlərini, həm istifadəsinin, həm yayılmasının haram olduğuna dair dəlilləri insanlara daha artıq dərəcədə izah və təlqin etsinlər. Narkomaniya təhlükəsinin qarşısının alınması cəmiyyətin bütün təbəqələrinin - dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, sosial institutların sıx əməkdaşlığı şəraitində birgə səyləri vasitəsilə mümkündür. Zərərli vərdişlərə qarşı mübarizədə aktiv olmaq, 44 günlük Vətən müharibəsində xalqımıza mübarək Zəfər yaşatmış qəhrəman oğullarımızın ruhuna sadiq və layiq gəncliyin yetişdirilməsi dövlət, millət olaraq bundan sonrakı qələbələrimiz üçün Vətənə, millətə xeyirli olan, dövlətçiliyimizə sadiq, mətin, iradəli, ruhən kamil, imanlı, təqvalı, əməlisaleh, vətənpərvər, milli-mənəvi dəyərlərinə ehtiram bəsləyən nəslin yetişməsinə yardım etmək həm Allah, həm də dövlətimiz qarşısında hamımızın mənəvi borcudur!

Uca Allah Vətənimizi hifz etsin, xalqımızı hər zaman müvəffəq və müzəffər qərar versin! Amin!".

Külək, şimşək, yağış - BU GÜNÜN HAVASI

Külək, şimşək, yağış - BU GÜNÜN HAVASI

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

YAZTV-yə Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-35° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 749 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

Cənub-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacaq

Ombudsman Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb

Ombudsman Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Bakıda ana və körpəsinin ölümü ilə bağlı məlumat yayıb.

YAZTV xəbər verir ki, məlumatda deyilir:

"Bakının Səbail rayonu ərazisində baş vermiş ana və körpəsinin ölümü ilə nəticələnən hadisə ilə bağlı dərin narahatlığımızı ifadə edir, cəmiyyətdə qadınlara, uşaqlara qarşı zorakılıq hallarının yolverilməz olduğunu bildiririk.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işinin istintaqında zorakılıq elementlərinin ciddi araşdırılması və təqsirkar şəxslərin qanunun tam ciddiyəti ilə cəzalandırılması məsələsi hazırda Ombudsmanın diqqətindədir".

Qeyd edək ki, avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail Rayon Prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Həmçinin məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Dövlət Komitəsi və aidiyyəti qurumların hər biri tərəfindən öz səlahiyyətləri çərçivəsində birgə araşdırılaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Sabah yağış yağacaq

Sabah yağış yağacaq

Sentyabrın 3-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 27-30° isti, Bakıda gecə 23-25° isti, gündüz 27-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-35° isti, dağlarda gecə 11-16° isti, gündüz 18-22° isti olacaq.

 
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 105 699 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 65 968, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 731 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 911 439, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 179 684, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 731 755 təşkil edir.