Saturday, 18 Sentyabr 2021 23:40
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Azərbaycanda 3 845 nəfər COVID-19-a yoluxub, 41 nəfər ölüb

Azərbaycanda 3 845 nəfər COVID-19-a yoluxub, 41 nəfər ölüb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 845 yeni yoluxma faktı qeydə alınıb, 3 876 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 428 736 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 370 002 nəfər müalicə olunaraq sağalıb, 5 677 nəfər vəfat edib, aktiv xəstə sayı 53 057 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 102, ötən müddət ərzində isə ümumilikdə 4 481 039 test aparılıb.

Son sutkada 116 mindən çox peyvənd vurulub

Son sutkada 116 mindən çox peyvənd vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 116 709 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 69 972, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 737 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 6 805 740, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 113 716, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 692 024 təşkil edir.

Son sutkada nə qədər adam peyvənd olunub?

Son sutkada nə qədər adam peyvənd olunub?

Bu gün Azərbaycanda koronavirus əleyhinə 1225 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 768, ikinci mərhələ üzrə 457 nəfərdir.

 

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 6 milyon 689 min 31, birinci mərhələ üzrə vaksin olunanların sayı 4 milyon 43 min 744, ikinci mərhələ üzrə isə 2 milyon 645 min 287 nəfər təşkil edir.

“Instagram”dan yeni istifadəçilərə tələb

“Instagram”dan yeni istifadəçilərə tələb

“Instagram” sosial şəbəkəsində hesab yaradarkən yeni istifadəçilərdən doğum tarixinin qeyd edilməsi tələb olunacaq.

YAZTV xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat yer alıb.

Doğum gününü qeyd etməyən istifadəçi üçün hesab açmaq mümkün olmayacaq.

Qərara səbəb kimi istifadəçilərə yaş qrupuna uyğun reklamlar göndərmək göstərilir. Doğum tarixi digər istifadəçilər tərəfindən görünməyəcək.

Azərbaycanda 3 788 nəfər koronavirusa yoluxub, 44 nəfər ölüb

Azərbaycanda 3 788 nəfər koronavirusa yoluxub, 44 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 788 yeni yoluxma faktı qeydə alınıb, 3 228 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 44 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 424 891 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 366 126 nəfər müalicə olunaraq sağalıb, 5 636 nəfər vəfat edib. 53 129 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 693, bu günə qədər isə ümumilikdə 4 461 937 test icra olunub.

Yoluxanlarla bağlı bu günə olan statistika

Yoluxanlarla bağlı bu günə olan statistika

Azərbaycanda bu gün koronavirus infeksiyasına 3107 yeni yoluxma faktı qeydə alınıb, 1770 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. 

Son sutkada 39 nəfər COVID-19-dan dünyasını dəyişib.

Küçədə azyaşlını polisə təhvil verən şəxsin körpənin anası ilə əlbir olduğu məlum olub

Küçədə azyaşlını polisə təhvil verən şəxsin körpənin anası ilə əlbir olduğu məlum olub

Küçədə azyaşlını polisə təhvil verən şəxsin körpənin anası ilə əlbir olduğu məlum olub

Gəncədə küçədə azyaşlını polis əməkdaşlarına təhvil verən şəxsin körpənin anası ilə əlbir olduğu məlum olub.

Bu barədə YAZTV-yə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan bildirilib.

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində məlum olub ki, körpəni polisə təhvil verən Şəmkir rayon sakini Tural Tağıyev əvvəlcədən körpənin anası, Zaqatala rayon sakini Esmira Məmmədova ilə əlbir olub. Onlar uşağı qərarlaşdırdıqları üzrə polisə veriblər.

Hazırda Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində həmin şəxslər barəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, avqust ayının 30-u gecə saatlarında Tural Tağıyev adlı şəxs Gəncə şəhərində xidmət aparan Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşına yaxınlaşaraq şəhər ərazisində kimsəsiz, 5-6 aylıq qız uşağı tapdığını bildirib. Polis əməkdaşı dərhal körpənin qayğısına qalaraq, onu 2 saylı Uşaq Xəstəxanasına yerləşdirib və orada həkimlər körpəni müayinə ediblər.

Sentyabrın ilk günü 38 dərəcəyədək isti olacaq

Sentyabrın ilk günü 38 dərəcəyədək isti olacaq

Sentyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Sentyabrın 1-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verilib

COVID-19 pasportunun yoxlanılması üçün mobil tətbiq istifadəyə verilib

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi (EHİM) tərəfindən “CheckApp” mobil tətbiqi istifadəyə verilib.

Agentlikdən  verilən məlumata görə, tətbiq Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə nəzərdə tutulan qurum və müəssisələrdə COVID-19 pasportlarının yoxlanılması məqsədilə yaradılıb.

“CheckApp” mobil tətbiqi vətəndaşların deyil, qurum və müəssisələrin icazə.e-gov.az portalı üzərindən müəyyən edilmiş səlahiyyətli şəxslərinin istifadəsi üçün nəzərdə tutulub. Tətbiq vasitəsilə aidiyyati səlahiyyətli şəxs yaşı 18-dən yuxarı olan vətəndaşın ictimai iaşə müəssisələrində, mehmanxanalarda və iri ticarət mərkəzlərində, qapalı məkanda göstərilən xidmətlərdən istifadə edə bilməsi üçün onun COVİD-19 pasportunu yoxlaya biləcək. Tətbiq üzərindən vətəndaşın COVİD-19 pasportu aşağıdakı 4 sadə üsuldan biri ilə yoxlanıla bilər:

1. Vətəndaşın COVID-19 pasportunun QR kodunu oxutmaqla;

2. Vətəndaşın FİN-i və doğum ili üzrə axtarış etməklə;

3. Vətəndaşın şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və doğum ili üzrə axtarış etməklə;

4. Vətəndaşın adı, soyadı, ata adı və doğum ili üzrə axtarış etməklə.

COVID-19 pasportlarının yoxlanılması üçün “CheckApp” mobil tətbiqini icaze.e-gov.az portalından yükləmək və daha ətraflı təlimat videosunda tanış olmaq mümkündür: https://youtu.be/NPyyUzJFtSo

Vətəndaşlar isə COVID-19 pasportlarına “myGov” elektron hökumət portalı və ya mobil tətbiqi, eləcə də “e-TƏBİB” mobil tətbiqi və ya its.gov.az portalı üzərindən qeydiyyatdan keçməklə baxa bilər, ehtiyac olduqda çıxarış əldə edə bilərlər.

Qeyd edək ki, yoxlama zamanı COVİD-19 pasportunu elektron şəkildə təqdim edən vətəndaşlar pasportun yeni olmasına və ən son versiyanı təqdim etdiklərinə əmin olmalıdırlar. COVİD-19 pasportunu elektron şəkildə təqdim etməyə çətinlik çəkən vətəndaşlar şəxsiyyət vəsiqəsi məlumatlarını (FİN, vəsiqənin seriya nömrəsi, ad, soyad, ata adı, doğum ili) təqdim edə bilərlər.

COVID-19 pasportuna baxmaq və ya əldə etmək üçün “myGov” mobil tətbiqini aşağıdakı linklərdən yükləmək mümkündür:

● "Android": https://play.google.com/store/apps/details?id=az.gov.my

● "iOS": https://apps.apple.com/az/app/mygov/id1533956540

Azərbaycanda koronavirusdan ölən jurnalistlərin sayı açıqlanıb

Azərbaycanda koronavirusdan ölən jurnalistlərin sayı açıqlanıb

“Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) apardığı monitorinqin nəticələrinə görə, pandemiya başlayandan bu günə qədər Azərbaycanda 291 nəfər jurnalist COVID-19-a yoluxub, 12 nəfər isə həyatını itirib”. 

YAZTV” xəbər verir ki, bu barədə İttifaqın sədri Müşfiq Ələsgərli bildirib. O qeyd edib ki, yoluxanlardan 178 nəfəri birinci mərhələnin, 57 nəfəri 2-ci dalğanın, 56 nəfəri isə son mərhələnin dövrünə təsadüf edir. Dünyasını dəyişənlərdən 10 nəfəri 1-ci və 2-ci mərhələdə, 2 nəfəri isə son mərhələdə həyatlarını itiriblər.  

 O qeyd edib ki, KİV işçilərinin yoluxma riskinin yüksək olduğunu nəzərə alaraq, Mətbuat Şurası kütləvi informasiya vasitələrində çalışanların  növbədənkənar vaksinasiyasının həyata keçirilməsi üçün rəsmi qurumlara müraciət edib. Müraciət əsasında əldə olunan razılığa əsasən, 2021-ci ilin aprel ayından etibarən təqribən 70 redaksiyadan 1100 nəfərədək  KİV işçisi vaksinasiya olunub.

“İndiyədək  1-ci doza  vaksin almış və sonradan  yoluxmuş KİV işçilərinin sayı 3 nəfər, 2-ci doza vaksin almış və yoluxmuş şəxslərin sayı isə 2 nəfərdir. Onlar xəstəlik dövrünü bitirərək fəaliyyətlərini bərpa ediblər. Hər 2 doza vaksini almış KİV işçiləri arasında həyatını itirmə faktı qeydə alınmayıb”. (qafqazinfo az)

Bu gün hava necə olacaq? - PROQNOZ

Bu gün hava necə olacaq? - PROQNOZ

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 24-26° isti, gündüz 34-36° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 24-29° isti olacaq.

Daşkəsəndə çobanın minaya düşməsi ilə bağlı açıqlama

Daşkəsəndə çobanın minaya düşməsi ilə bağlı açıqlama

Baş Prokurorluq Daşkəsən rayonunda minaya düşən çobanla bağlı məlumat yayıb.

YAZTV-yə daxil olan məlumatda qeyd edilir ki, 29 avqust 2021-ci il tarixdə Tağıyev Şükür Əşrəf oğlunun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən Daşkəsən rayonu, Alaxançallı kəndinin Kəlbəcər rayonu ilə sərhəd hissəsində yerləşən “Təkqaya” adlanan ərazisində minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Daşkəsən rayon prokurorluğuna məlumat daxil olub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.