Saturday, 24 İyul 2021 17:19
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI

Yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-40° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən, cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 30-35° isti olacaq.

Bakının bu küçəsinə giriş məhdudlaşdırıldı

Bakının bu küçəsinə giriş məhdudlaşdırıldı

Bakının Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsindən Əhməd Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb.

YAZTV xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Məlumata görə, məhdudiyyət Əhməd Rəcəbli küçəsindəki binada baş verən yanğınla bağlıdır. (publika az)

Azərbaycanda Qurban bayramı qeyd edilir

Azərbaycanda Qurban bayramı qeyd edilir

Azərbaycanda Qurban bayramı qeyd olunur.YAZTV xəbər verir ki, bu il Qurban bayramı bu gün və sabah qeyd olunur.

Qurban bayramı ilə əlaqədar dörd gün - 18 iyul (bazar), 19 iyul, 20 iyul və 21 iyul - ardıcıl qeyri-iş günü olacaq.

İyulun 20-si və 21-də məscidlərdə birgə bayram namazları qılınacaq.

Azərbaycanda koronavirusa son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirusa son sutkada yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bu gün koronavirusdan vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4 994 nəfər vəfat edib. 2 414 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 479, bu günə qədər isə ümumilikdə 3 929 320 test icra olunub.

29 il sonra Şuşada Qurban bayramı... - Fotolar+Video

29 il sonra Şuşada Qurban bayramı... - Fotolar+Video

Qurban bayramı münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

YAZTV” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi qulluqçuların iştirakı ilə keçirilən tədbirdə qurbanlar kəsilib, onlar üçün bayram süfrələri təşkil olunub.

 Bayram mərasimi şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə sona çatıb.
 
 
Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Gözlənilən hava şəraiti ilə əlaqədar FHN-in əhaliyə müraciəti

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə havanın temperaturunun daha da yüksələcəyi, bəzi ərazilərdə maksimal temperaturun 42-44°-dək artacağı gözlənilir. Bu barədə YAZTV-yə FHN-dən məlumat verilib.

Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnir, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

 

 

Peyvənd olunanların sayı açıqlandı

Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda bu gün 26 036 nəfər vaksinasiya olunub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10 666, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 370 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 383 875, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 591 666, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 792 209 nəfər təşkil edir.

Sabah 44 dərəcəyədək isti olacaq

Sabah 44 dərəcəyədək isti olacaq

İyulun 21-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah cənub küləyi əsəcək. Havanın temperaturu gecə 24-27° isti, gündüz 35-40° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz 37-39° isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə əsasən, cənub küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 27-28° isti, cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 28-29° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 21-də Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti, dağlarda gecə 15-20° isti, gündüz 30-35° isti olacaq.

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 483 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 181, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 302 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 357 839, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 581 000, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 776 839 təşkil edir.

Çörək alarkən bunlara diqqət edin

Çörək alarkən bunlara diqqət edin

Qida rasionumuzun əsasını təşkil edən çörək keyfiyyətsiz olan zaman orqanizm üçün təhlükə yaradır.

YAZTV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Çörəyin keyfiyyət göstəricilərinə turşuluq, nəmlik və məsaməlilik eyni zamanda orqanoleptik göstəricilər (iyi, dadı, rəngi) daxildir. Çörəyin qabığında çatlar olmamalıdır. Qabığının rəngi buğda çörəyində qızılı sarıdan, açıq qəhvəyiyə qədər, çovdar və kəpəkli buğda çörəklərində açıqdan tünd qəhvəyiyə qədər olur. Kəsiyində qabığının qalınlığı 3-4 mm-dən çox olmamalıdır. İçliyin vəziyyəti kəsilmiş çörəkdə müəyyən edilir. İçliyi yaxşı bişmiş, bərabər məsaməli, barmaqla yoxladıqda nəm və ələ yapışqan olmamalı və üzərinə yüngül basdıqda elastik olub öz əvvəlki formasını almalıdır.

Eyni zamanda yumşaq olmalı, ovxalanmamalı, daxilində un hissəcikləri və yumrular olmamalıdır. Hündür, yaxşı məsaməli çörək orqanizmdə asan mənimsənilir. Çörəyin səthi hamar, parıltılı, yanmamış olmalıdır. İyi xoşagələn olmalı, acı və turş tamlı, çeynəndikdə xırçıltılı, kənar iy, kif və s. olmamalıdır.

Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur, bu isə insan orqanizmi üçün olduqca təhlükəlidir. Təzə xəmirə az sayda göbələk sporunun düşməsi kifayətdir ki, bütün məhsul partiyası yararsız vəziyyətə düşsün.

Qurban bayramında yemək tövsiyələri: Bunları etmək olmaz

Qurban bayramında yemək tövsiyələri: Bunları etmək olmaz

Türkiyə Yaxın Şərq Universiteti xəstəxanasının qida mütəxəssisi Banu Özbingül Arslansoyu ət istehlakının artdığı Qurban bayramı zamanı diqqət yetirilməsi lazım olan tövsiyələr verib.

YAZTV xəbər verir ki, mütəxəssis hipertoniya, ürək-damar xəstəliyi və bənzər xroniki xəstəlikləri olan insanların əti düzgün şəkildə istehlak etməli olduqlarını bildirib.

Onun sözlərinə görə, əti tərəvəzlərlə bişirmək məqsədəuyğun hesab olunur.

B.Ö.Arslansoyu qırmızı ətin yağ nisbətinin 20% olduğunu deyib. Xroniki xəstəlikləri olan şəxslərin yağsız və ya az yağlı ətə üstünlük verməsinin lazım olduğunu qeyd edən diyetoloq ətin qaynadılmış və ya "ızqara" şəklində istehlak edilməli olduğunu bildirib: "Əti qızartmamalıyıq, o, öz yağında bişirilməli, başqa yağ əlavə edilməməlidir. Ətdə E və C vitaminləri yoxdur. Buna görə də o, tərəvəzlərlə bişirilməlidir. Bu üsul həm qidalanma müxtəlifliyini təmin edəcək, həm də bəzi mineralların mənimsənilməsini artıracaq".

Mütəxəssis səhv bişirmə üsullarının kanserogen maddələrə yol açdığını söyləyib: "Yüksək od ətdə kanserogen maddələrin sərbəst buraxılmasına və B qrupu vitaminlərinin itməsinə səbəb olur. Bu səbəbdən yüksək istilikdə kabab hazırlanmamalıdır. Kömür közləri ilə ən az 15 santimetr məsafə olmalıdır. Kanserogen maddələrin meydana gəlməsini azaltmaq üçün yağlı ətlərdən çəkinin".

Banu Özbingül Arslansoyu qurbanlıq heyvanın kəsimindən sonra "sərt mortis" adlanan ölüm sərtliyinin meydana gəldiyini və bunun həzm probleminə səbəb olduğunu bildirib: "Bunun qarşısını almaq üçün ət kəsildikdən dərhal sonra 5-6 saat müddətinə (14-16 C) sərin bir yerdə, daha sonra 18-19 saat soyuducuda saxlanılmalıdır. Beləliklə, ət 24 saat saxlandıqdan sonra istehlak edilməlidir".

Bayram günü üçün bəslənmə tövsiyələri:

Günə yüngül səhər yeməyi ilə başlayın

Az və tez-tez qidalanın

Südlü və meyvəli desertlərə üstünlük verin

Bol su için

Fiziki fəaliyyətinizi artırın (publika az)

Bu ərazilərə yağış yağacaq, dolu düşəcək - Bu günün HAVASI

Bu ərazilərə yağış yağacaq, dolu düşəcək - Bu günün HAVASI

İyulun 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək, havanın temperaturu gecə 23-26° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 24-25° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 60-65 % , gündüz 40-45 % olacaq. Abşeron çimərliklərində gözlənilən hava şəraitinə görə, cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

 

 Tibbi-meteoroloji proqnoza görə, bayram günlərində Abşeron yarımadasında havanın maksimal temperaturunun 38-40°-dək yüksələcəyi, zəif küləklərin üstünlüyü gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Bayram günlərində hava şəraitinin isti keçəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-38 °, 20-21-də bəzi yerlərdə 40°, Respublikanın rayonlarında 35-40 ° isti, 20-22-də isə bəzi aran rayonlarında 42-44°-dək yüksələcəyi gözlənilir.