Tuesday, 24 May 2022 03:39
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Son sutkada ölənlərin sayı 10-a düşdü

Son sutkada ölənlərin sayı 10-a düşdü

Azərbaycanda bu gün koronavirus infeksiyasına 432 yeni yoluxma faktı qeydə alınıb, 1024 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 10 nəfər COVID-19-dan vəfat edib.

 Elvin Nasirlə görüş keçirildi

Elvin Nasirlə görüş keçirildi

Mayın 17-si Azərbaycan İdman Könüllüləri ictimai birliyinin və Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə gənclərin sevimlisi, müğənni Elvin Nasirlə görüş keçirildi.

100 nəfərdən çox gəncin iştirak etdiyi görüşdə Elvin Nasir könüllülərə yaradıcılığından, uğurlarından, yeni şeirlər kitabından bəhs etdi. Azərbaycanda fikir və sənət, musiqi və ədəbiyyatın birgə vəhdətindən ibarət yaratdığı “Nasirizm” ideologiyasının məqsədi haqqında məlumat verdi.

Qeyd edək ki, Elvin Nəsirov Azərbaycanın görkəmli şairlərinin şeirlərini və onlara yazdığı nəzirələrin və son zamanlarda gənclərin sevərək dinlədiyi "Çəkilin, qazi gəlir" mahnısının bəstəkarı və ifaçısıdır.

Yoluxma sayı azalır

Yoluxma sayı azalır

Azərbaycanda bu gün koronavirus infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Son sutkada 13 nəfər COVID-19-dan vəfat edib.
 "18 may -Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar gənclərin Gəncədə  ekskursiyası təşkil  olundu

"18 may -Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar gənclərin Gəncədə ekskursiyası təşkil olundu

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "18 may -Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar gənclərin Gəncədə fəaliyyət göstərən muzeylərə ekskursiyası təşkil olunmuşdur.
 
Baş İdarənin tədbirlər və iş planına uyğun olaraq "18 may - Beynəlxalq Muzeylər Günü" ilə əlaqədar gənclərin iştirakı ilə Gəncə şəhərində fəaliyyət göstərən "Qala Qapıları" kompleksi və Nizami Gəncəvi muzeyinə karantin rejimi ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, Xüsusi karantin rejiminin qaydalarına əməl etməklə gənclərin ekskursiyası təşkil olunmuşdur. Tədbirdə Muzeylərin bələdçiləri tərəfindən gənclərə muzeylər haqqında geniş məlumatlar verilmiş və orada olan ekspanatlar gənclərə tanıdılmışdır.
 
Qeyd edirik ki, Beynəlxalq Muzeylər Günü — Beynəlxalq Muzeylər Şurasının (İCOM) təşəbbüsü ilə 1977-ci ildən etibarən 18 may tarixində qeyd edilir. Bu bayram bir qayda olaraq xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə keçirilir. Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan çox böyük iş aparılır. Həmin gün bütün muzeylərimizdə bu peşə bayramı qeyd edilir.
 
Murad Dadaşov Xəzər TV-dən ayrılıb? - Telekanaldan AÇIQLAMA

Murad Dadaşov Xəzər TV-dən ayrılıb? - Telekanaldan AÇIQLAMA

Murad Dadaşov Xəzər TV-dən ayrılması haqda xəbər yayılıb.

Onun öz ərizəsilə işdən kənarlaşdığı deyilir.

YAZTV xəbər verir ki, azxeber.com məsələni dəqiqləşdirmək üçün Xəzər TV ilə əlaqə saxlayıb.
Telekanaldan bildirilib ki, yayılan xəbər əsassızdır: "Murad Dadaşov işinin başındadır. Bu xəbər əsassızdır". (publika az)

Sabahdan Azərbaycanda "Sputnik V” vaksinin vurulmasına başlanır - RƏSMİ

Sabahdan Azərbaycanda "Sputnik V” vaksinin vurulmasına başlanır - RƏSMİ

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

YAZTV-yə daxil olan birgə məlumatda deyilir:

"Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədir. Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan "Sputnik V” vaksinindən də istifadə edə biləcəklər. Həmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər. Qeyd edək ki, "Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb".

Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq

Sabah Bakıda 28, rayonlarda 35 dərəcəyədək isti olacaq

Mayın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, 8-13 m/s-dək güclənəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 25-29, Bakıda gecə 16-18, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Mayın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, mülayim qərb küləyi əsəcək.

Güclü külək, yağış, dolu - BU GÜNÜN HAVASI

Güclü külək, yağış, dolu - BU GÜNÜN HAVASI

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

YAZTV Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 23-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Sabahın havası açıqlandı

Sabahın havası açıqlandı

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-20, gündüz 23-28, Bakıda gecə 17-19, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz təşkil edəcək.

 Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 30-34, dağlarda gecə 11-16, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Gündüz Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Metroda Xudayarın ifası ilə bağlı səs yazısı haqda - Açıqlama

Metroda Xudayarın ifası ilə bağlı səs yazısı haqda - Açıqlama

Sosial şəbəkədə Bakı Metropoliteninin hələ istifadəyə verilməyən “8 Noyabr” stansiyasında Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” ifası ilə bağlı səs yazısı yayılıb. İddia olunur ki, yeni stansiyaya girişdə bu musiqidən istifadə olunacaq.

YAZTV məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O, yayılan səs yazısının montaj olduğunu bildirib:

 “Əziz şəhidimizin səsi və “8 Noyabr” stansiyasının elan edilməsi ilə bağlı yayılmış videoməlumat həqiqəti əks etdirmir. Yəni reallıqda belə bir şey yoxdur, montajdır”.
 
Bu gün nə qədər peyvənd vurulub?

Bu gün nə qədər peyvənd vurulub?

Bu gün Azərbaycanda koronavirus əleyhinə 3 min 694 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 Birinci mərhələdə peyvənd olunanların sayı 1223, ikinci mərhələ üzrə 2471 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 1 milyon 798 min 743, birinci mərhələ üzrə vaksin olunanların sayı 1 milyon 32 min 54, ikinci mərhələ üzrə isə 766 min 689 nəfər təşkil edir.

Kəpəz dağında  Nizami Gəncəvi Zirvəsi təsis edildi

Kəpəz dağında Nizami Gəncəvi Zirvəsi təsis edildi

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə Kəpəz dağında adsız yüksəklikdə Nizami Gəncəvi Zirvəsi təsis edilmişdir. 16 may 2021-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə, Kəpəz Dağçılıq İdman Klubunun dəstəyi, YAP Gəncə Şəhər Təşkilatının və Göygöl Milli Parkının tərəfdaşlığı ilə Kiçik Qafqaz dağları silsiləsində yerləşən məşhur Kəpəz dağının adsız yüksəkliyində 3080 metr hündürlükdə cənab Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin "Nizami Gəncəvi ili" elan olunması ilə əlaqədar zirvə təsis edilmişdir. Kəpəz dağına yürüşdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Milli Məclisin deputatı Naqif Həmzəyev, Kəpəz Dağçılıq İdman Klubunun təsisçisi Orxan Əmiraslanov, Ege Hospitalın Baş həkimi Aqil Ağakişiyev, şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları, fəal gənclər və veteran idmançılar iştirak etmişlər. Zirvədə 44 günlük Vətən Müharibəsində şəhid olmuş qəhrəman qardaşlarımızın əziz xatirəsi yad edilmişdir. Qeyd edirik ki, Nizami Gəncəvi Zirvəsinin vahid dövlət reyestrində qeydiyyata alınması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunmuş və müraciətə rəsmi müsbət cavab alınaraq, zirvənin dövlət reyestrinə qeydiyyata götürülməsinə razılıq verilmişdir.