Tuesday, 05 İyul 2022 10:01
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı TAPŞIRIQ VERDİ

Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı TAPŞIRIQ VERDİ

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond SMA xəstəliyindən əziyyət çəkən Tunar Bağırovla bağlı özəl sektorda fəaliyyət göstərən şirkətlərə müraciət edib.

YAZTV xəbər verir ki, Heydər Əliyev Fondu şirkətləri azyaşlının sözügedən xəstəlikdən xilas olması üçün başladılan kampaniyaya qoşulmağa çağırıb.

Qeyd edək ki, bir yaşlı Tunar Bağırov I növ onurğa amiotrofiyasından (Werding-Hoffmann xəstəliyi) əziyyət çəkir. Onun sağlamığına qovuşması üçün “Zolgensma” gen terapiyası preparatına ehtiyac var. Bu isə dünyanın ən bahalı iynəsi hesab olunur. Bir infuziya təxminən 2,125 milyon dollara başa gəlir.

Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib

Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 293 yeni yoluxma faktı qeydə alınıb, 2 071 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 291 894 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 255 833 nəfər müalicə olunaraq sağalıb, 4 009 nəfər vəfat edib, aktiv xəstə sayı 32 052 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 086, ötən müddət ərzində isə ümumilikdə 3 054 472 test aparılıb.

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 34976 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 6199 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1212163, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 787066, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 425097 təşkil edir

25 dərəcə isti olacaq - Bu günün HAVASI

25 dərəcə isti olacaq - Bu günün HAVASI

Bakıda və Abşeron yarımadasında bu gün havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 10-12, gündüz 18-21, Bakıda gecə 10-12, gündüz 18-20 dərəcə isti olacaq. tmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 8-12, gündüz 20-25, dağlarda gecə 0-5, bəzi yerlərdə 8-10, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, aprelin 15-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Cəfər Quluzadə vəfat etdi

Cəfər Quluzadə vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasının məsləhətçi-professoru Cəfər Quluzadə vəfat edib.

YAZTV-nin məlumatına görə, o, 85 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Cəfər Müseyib oğlu Quluzadə 1936-cı ilin avqustun 27-də Tovuz rayonunun Xatınlı kəndində anadan olub. 1961-ci ildə Leninqrad Dövlət Universitetini bitirib. 1966-ci ildə Astrofizika ixtisası üzrə aspirantura təhsilini başa vurub və namizədlik dissertasiyasını müdafiə edib.

1966-1969-cu illərdə AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi vəzifəsində çalışıb. 1969-cu ildən BDU-da dosent, 1991-ci ildən professor vəzifəsində işləyib.

1997-ci ildən 2019-cu ilədək Astrofizika kafedrasının müdiri olub. 2009-cu ildə Prezident İlham Əliyevin fərmanı ilə Əməkdar müəllim adına layiq görülüb.

Allah rəhmət eləsin! (publika az)

Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib

Azərbaycanda 2457 nəfər COVID-19-a yoluxub, 34 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 457 yeni yoluxma faktı qeydə alınıb, 2 002 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YAZTV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 289 601 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 253 762 nəfər müalicə olunaraq sağalıb, 3 978 nəfər vəfat edib, aktiv xəstə sayı 31 861 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 254, ötən müddət ərzində isə ümumilikdə 3 040 386 test aparılıb.

İşğaldan azad edilmiş ərazilərə ceyranlar buraxılacaq

İşğaldan azad edilmiş ərazilərə ceyranlar buraxılacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi işğaldan azad olunan ərazilərdə heyvanların rentraduksiya tədbirlərini davam etdirəcək.

YAZTV xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev deyib.

 

Onun sözlərinə görə, hazırda bu istiqamətdə işlər davam etdirilir:

"Bildiyiniz kimi, biz Şirvan Milli Parkında yetişdirilən ceyranları Acınohur çölünə buraxmışıq. Bu istiqamətdə təcrübə var. Biz həmin heyvanları işğaldan azad olunan ərazilərdə də buraxmaq istəyirik. Təbii ki, bunun üçün təhlükəsizlik tədbirləri görülməlidir. Bu tədbirlər görüləndən və ərazilər minalardan təmizlənəndən sonra bu tədbirlər də geniş vüsət alacaq". (publika az)

Yağış yağacaq, güclü külək əsəcək - PROQNOZ

Yağış yağacaq, güclü külək əsəcək - PROQNOZ

Azərbaycanda bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YAZTV-yə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 9-12, gündüz 16-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.

 

 Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi, günün ikinci yarısında tədricən kəsiləcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 7-12, gündüz 17-22, dağlarda gecə 3-7, gündüz 7-12, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İnstaqramın işində problem yaranıb

İnstaqramın işində problem yaranıb

Dünyanın bir sıra ölkələrində “Instagram” sosial şəbəkəsinin işində problemlər müşahidə olunur.

YAZTV xəbər verir ki, bu barədə məşhur internet resursların işini izləyən “Downdetector” xidməti bildirir.

Sosial şəbəkənin işindəki nasazlıqlardan ən çox ABŞ, Böyük Britaniya, Kanada, Braziliya və s. ölkələrdən olan istifadəçilər şikayət edirlər.

Xidmətin məlumatına görə, şikayətlərin əksəriyyəti xəbər lentinin yüklənməməsi, hesablara daxil olma və hekayələrin açılmaması ilə bağlıdır. (qafqazinfo az)

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 028 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 681nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 243 191, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 813 413, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 429 778 təşkil edir.

Azərbaycanda Ramazan ayı başladı

Azərbaycanda Ramazan ayı başladı

Bu il üfüqdə Hilalın (təzə Ayın) aprelin 13-ü Şam namazı ərəfəsində görünəcəyinə görə Ramazan ayının 1-i miladi təqvimlə 14 aprelə təsadüf edir.

YAZTV-nin məlumatına görə, Ramazan ayının builki təqviminə görə ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək.

Ramazan ayında insanlar oruc tutmalı, xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutmalıdırlar. Xəstə olan, habelə zəifləyərək xəstəliyə düçar olma ehtimalı olan insanların oruclarını başqa vaxtda tutmaları məqsədəuyğundur. Bu şəxslər sağaldıqdan sonra, sağlam halda gələn Ramazana kimi öz orucluq ibadətlərini tamamlaya bilərlər.

Bu ay ərzində xeyriyyə əməlləri, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində kömək etmək Allah nəzərində bəyənilən əməllərdəndir. Bu ayda ən böyük savab – daha çox ibadət etmək, Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm, irfanla məşğul olmaqdır.

 

 Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verilməsi vacibdir.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlanması ilə əlaqədar qəbul etdiyi builki fətvada qeyd edilir: "Ramazan ayına bütün dünyada hələ də səngiməyən virus təhlükəsi şəraitində daxil oluruq. İnsan sağlamlığına ciddi təhlükə, ölümcül təhdid olan bu bəlanın aradan qaldırılması yönündə dövlətimiz böyük səylə çalışdığı bir zamanda biz, din xadimləri dövlətimizin insan həyatının qorunması məqsədilə həyata keçirilən vaksinləşmə tədbirlərini dəstəkləyirik. Vaksinləşmə özümüzün və ətrafımızdakıların səhhəti baxımından həyati zərurət daşıyan vacib addım, şəriət baxımından məqbul əməldir. Bu caiz məqamın reallaşmasında fəal iştirak edən biz, din xadimləri öz nümunəmizlə bütün dindarları bu mühüm kampaniyada iştiraka dəvət edirik. Ramazan ayı boyunca bu mühüm proses davam etməlidir. Yüksək din alimlərinin rəyinə görə, Ramazan ayı boyunca oruclu şəxsin vaksin vurdurması orucu batil etmir.

Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, İftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq. Bir daha bildiririk ki, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır".

Qeyd edək ki, Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i-Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 13-nə təsadüf edəcək.

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, aprelin 13-də Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraitinin üstünlük təşkil edəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 9-11, gündüz 15-19, Bakıda gecə 9-11, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 45-55 faiz təşkil edəcək.

Aprelin 13-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13, gündüz 19-24, dağlarda gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə isə, aprelin 13-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.