Thursday, 01 İyun 2023 08:41
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?

Ölkədə vaksinasiya ilə bağlı vəziyyət necədir?

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 677 vaksin vurulub.

YAZTV” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 320, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 890, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 155 nəfərdir.

Azərbaycanda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanılıb

Azərbaycanda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanılıb

Azərbaycanda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işləri başlanılıb.

Bu barədə YAZTV-yə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Araşdırmalarla Xaçmaz rayonunda dövlət mülkiyyətində olan torpaq sahəsində, Lənkəran şəhərində xüsusi mülkiyyətdə olan torpaq sahəsində, İsmayıllı rayonu, Təzəkənd bələdiyyəsinə məxsus torpaq sahəsində meşə fonduna daxil olmayan və Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin Oğuz rayonu ərazisində yerləşən Daşağıl meşəbəyliyinin 8 saylı dolayında meşə fonduna daxil olan müxtəlif cinsli və diametrli ümumilikdə 280-dən çox ağacın qanunsuz kəsilməsi nəticəsində ekosistemə 60 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilib.

Qeyd edilən faktlara görə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.1, 259.2.3 və 259.2.4-cü (qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.

Yoluxanların sayı açıqlandı - 5 nəfər ölüb

Yoluxanların sayı açıqlandı - 5 nəfər ölüb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada COVID-19-dan vəfat edən olmayıb.

AQTA istifadəyə yararsız 35 tona yaxın süd məhsulunu məhv edib

AQTA istifadəyə yararsız 35 tona yaxın süd məhsulunu məhv edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istifadəyə yararsız 35 tona yaxın süd məhsullarını məhv edib.

Bu barədə YAZTV-yə AQTA-dan məlumat verilib.

“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş 34.29 ton çəkidə müxtəlif növ süd və süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Bu gün 38 dərəcə isti olacaq

Bu gün 38 dərəcə isti olacaq

Avqustun 30-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 33-38° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23° isti, gündüz 34-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

Nazirlikdən sertifikasiya ilə bağlı iddialara cavab

Nazirlikdən sertifikasiya ilə bağlı iddialara cavab

Elm və Təhsil Nazirliyi sertifikatlaşdırma ilə bağlı cəmiyyətdə yaranan yanlış fikirlərə aydınlıq gətirib. 

YAZTV xəbər verir ki, bu barədə nazirliyin feysbuk hesabında məlumat verilib.

Bildirilir ki, sertifikasiya ilə bağlı yayılan yanlış məlumatlar bunlardır:

- İstisnasız olaraq bütün müəllimlər sertifkatlaşdırmada iştirak edəcək;

- İbtidai sinif müəllimləri üçün test tapşırıqları yuxarı sinif səviyyəsində hazırlanıb;

- Uğur qazanmayan müəllimlər işdən azad ediləcək

- İlk dəfə uğur qazanmayan müəllimlərin dərs yükü və əməkhaqqı azalacaq;

- Sertifikatlaşdırmanın nəticəsi əməkhaqqına müsbət təsir etməyəcək.

Nazirlikdən bildirilib ki, hamilə va ya sosial məzuniyyətdə olan qadınlar sertifikatlaşdırmadan azaddır.

İbtidai sinif müəllimləri üçün test tapşırıqları şagirdlərə tədris etdikləri dərsliklər əsasında tərtib olunub.

Uğur qazanmayan müəllimlərə 1 il sonra təkrar sertifikatlaşdırmada iştirak imkanı yaradılacaq.

İlk dəfə uğur qazanmayan müəllimlər təkrar sertifikatlaşdırmada iştirak edənədək dərs yükü və əməkhaqqı azalmayacaq.

Sertifikatlaşdırmada keçid balı toplayan müəllimlərin əməkhaqqına 10% əlavə, keçid balını toplayıb test mərhələsində 50 baldan yuxarı nəticə əldə etmiş müəllimlərin əməkhaqqına 35 faiz əlavə veriləcək.

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava yağmursuz olacaq.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-37° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

Bu aviareyslərin müddəti UZADILDI

Bu aviareyslərin müddəti UZADILDI

Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Praqa-Bakı reyslərinin müddətini uzadıb.

YAZTV aviaşirkətə istinadən xəbər verir ki, reyslərin müddəti həftədə 2 dəfə olmaqla (bazar ertəsi və cümə günləri) oktyabrın sonunadək artırılıb.
Bu günə olan hava proqnozu açıqlandı

Bu günə olan hava proqnozu açıqlandı

Avqustun 29-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-36° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 30-35 % olacaq.

Azərbaycanın rayonlarında əsasən hava yağmursuz olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 35-39° isti, dağlarda gecə 11-16° isti, gündüz 23-28° isti olacaq.

"Bakı Metropoliteni" 1 milyon manatlıq analitik video-müşahidə sistemi alır

"Bakı Metropoliteni" 1 milyon manatlıq analitik video-müşahidə sistemi alır

"Bakı Metropoliteni" QSC "Bənövşəyi" xəttinin “Xocəsən” elektrik deposunda analitik video-müşahidə sistemi qurulmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

YAZTV dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İnfinitech" MMC-dir.

Qalib şirkətə 918 min manat ödəniləcək.

Son sutkada vaksin vurulmayıb

Son sutkada vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Azərbaycan, İran və Rusiya Rəşt-Astara dəmir yoluna sərmayə qoyacaq

Azərbaycan, İran və Rusiya Rəşt-Astara dəmir yoluna sərmayə qoyacaq

Azərbaycan, İran və Rusiya “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsinə uyğun gələn Rəşt-Astara dəmir yolunun tikintisinə birgə sərmayə ayırmaq niyyətindədirlər.

YAZTV-nin xəbərinə görə, bu barədə “Mehr” agentliyi yazıb.

İranın yol və şəhərsalma nazirinin müavini Şəhriyar Əfəndizadə bildirib ki, rəsmi Tehran qonşu dövlətlərlə əlaqələri gücləndirmək üçün İran Çin və Rusiya ilə tranzit ticarətini genişləndirmək niyyətindədir.

Onun sözlərinə görə, İran Mərkəzi Asiya, Cənubi Asiya və Qərbi Asiyanın qovşağındadır.

Rusiya, İran və Hindistan Şimal-Cənub dəhlizinin qurucuları hesab olunur, lakin son illər bu dəhlizlə yüklərin tranzitində çox az irəliləyiş var.

O əlavə edib ki, hökumət rəsmilərinin Azərbaycanda keçiriləcək görüşündə Rəşt-Astara dəmir yolunun tikintisi layihəsinə sərmayə qoyuluşu prosesi müzakirə olunacaq.