Saturday, 24 İyul 2021 18:07
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
I sinfə gedəcək şagird valideynlərinin nəzərinə! 3 gün qaldı

I sinfə gedəcək şagird valideynlərinin nəzərinə! 3 gün qaldı

I siniflə bağlı apellyasiya müraciətlərinin qəbulu davam edir.

Təhsil Nazirliyindən verilən məlumata görə, nazirliyin birbaşa tabeliyində olan ümumi təhsil müəssisələrinin birinci siniflərinə qəbulla bağlı övladının müsabiqə nəticəsindən narazı olan valideynlər iyulun 16-dək apellyasiya müraciəti edə bilərlər.

Müraciətləri Təhsil Nazirliyi tərəfindən yaradılmış This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına göndərmək lazımdır.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38 732 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 809, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 923 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 107 950, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 474 911, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 633 039 təşkil edir.

36 dərəcə isti olacaq

36 dərəcə isti olacaq

Bu günə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25 isti, gündüz 30-34 isti, Bakıda gecə 23-25 isti, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65, gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25 isti, gündüz 31-36 isti, dağlarda gecə 13-18 isti, gündüz 22-27 dərəcə isti olacaq.

Bu tarixdə bütün pensiyalar ödəniləcək

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.

Bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundən məlumat verilib.

 Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard 958 milyon 600 min manat ödənilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 84,1 mln. manat və ya 4,5% çoxdur.

Azərbaycanda son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb

Azərbaycanda son sutkada koronavirusdan ölüm halı qeydə alınmayıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 37 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, son sutka ərzində koronavirus infeksiyasından ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 337 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 762 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 508 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 144, ötən müddət ərzində isə ümumilikdə 3 852 280 test aparılıb.

Allahşükür Paşazadə Şuşaya getdi

Allahşükür Paşazadə Şuşaya getdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycandakı dini konfessiyaların rəhbərləri iyulun 10-da Şuşa şəhərinə səfər ediblər.

YAZTV xəbər verir ki, iki günlük səfər çərçivəsində dini konfessiya rəhbərləri Şuşada bir sıra dini və mədəni abidələrini ziyarət edəcək, aparılan bərpa-quruculuq işləri ilə tanış olacaqlar.

"İnstagram"ın işində qüsurlar yarandı

"İnstagram"ın işində qüsurlar yarandı

"İnstagram" sosial şəbəkənin işində bir sıra ölkədə qüsurlar müşahidə edilir\.

YAZTV xəbər verir ki, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

İstifadəçilərin 19 faizi əsasən hesablarına giriş, 33 faizi lentə baxış, 45 faizi isə videoların yüklənməsində problemlərlə üzləşir. (publika az)

"TikTok" istifadəçilərinin NƏZƏRİNƏ - Belə videolar silinəcək

"TikTok" istifadəçilərinin NƏZƏRİNƏ - Belə videolar silinəcək

TikTok qadağan olunmuş məzmunlu videoları avtomatik olaraq silinməsinə başlayacaq.

Bu barədə RBK şirkətin rəsmi saytı məlumat yayıb.

TikTok sosial şəbəkəsində arzuolunmaz videolar - çılpaq bədənlər və zorakılıq səhnələr olan videoları dərhal blok edəcək. Bunun səbəblərini izah edən bir bildiriş nəşrin müəllifinə göndəriləcək.

İndi TikTok avtomatlaşdırılmış moderasiya sistemlərindən istifadə etməyə başlayacaq.

Müəllifin apellyasiya şikayəti vermək hüququ isə qüvvədə qalacaq. (publika az)

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 53 606 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21 173, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 433 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 069 218, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 459 102, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 610 116 təşkil edir.

Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Azərbaycanda iyulun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 22-26 isti, gündüz 32-36 isti olacaq. Bakıda gecə 24-26 isti, gündüz 34-36 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25 isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25 isti, gündüz 33-38 isti, dağlarda gecə 13-18 isti, gündüz 20-25 dərəcə isti olacaq.

İyulun 13-ü günün ikinci yarısından 15-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Hərbi Prokurorluqdan nəşi tapılan zabitlə bağlı - Açıqlama

Hərbi Prokurorluqdan nəşi tapılan zabitlə bağlı - Açıqlama

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Respublika Hərbi Prokurorluğundan "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, bundan əvvəl verilmiş məlumatlara əlavə olaraq bildirilir ki, itkin düşmüş daha bir hərbi qulluqçunun–kapitan Pənahov Əkbər Bəylər oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin edilib.

 İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Azərbaycanda 136 nəfər COVID-19-a yoluxub, 57 nəfər sağalıb

Azərbaycanda 136 nəfər COVID-19-a yoluxub, 57 nəfər sağalıb

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 İndiyədək ölkədə ümumilikdə 337 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 330 725 nəfər müalicə olunaraq sağalıb, 4 984 nəfər vəfat edib, aktiv xəstə sayı 1 389 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 463, ötən müddət ərzində isə ümumilikdə 3 842 136 test aparılıb.