Friday, 20 May 2022 07:27
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva
Bu günün HAVA PROQNOZU

Bu günün HAVA PROQNOZU

Bakıda və Abşeron yarımadasında martın 26-da gün ərzində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

 

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Bu günün HAVA PROQNOZU açıqlandı

Bu günün HAVA PROQNOZU açıqlandı

Martın 25-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeronda gecə 4-6° isti, gündüz 7-9° isti, Bakıda gecə 4-6° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında martın 25-də hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək

Azərbaycan ərazisində yağıntılı hava şəraiti davam edəcək.

Bunu YAZTV-yə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında martın 24-dən 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının intensiv olacağı, sulu qara keçəcəyi ehtimal olunur.

U.Tağıyeva deyib ki, şimal-qərb küləyi martın 25-dən 26-dək arabir 15-20 m/s-dək güclənəcək.

“Azərbaycanın rayonlarında martın 26-dək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir”, - o söyləyib.

Xidmət rəisi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı olduğunu bildirib.

Vaksinasiya ilə bağlı son vəziyyət

Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 477 vaksin vurulub.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 356 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci doza peyvəndlərin ümumi sayı 5 320 442, ikinci doza vaksinlərin sayı 4 816 763 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 026 385, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 381 olub.

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 914 vaksin vurulub.

Bu barədə YAZTV-yə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 347, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 787, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 418, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 362 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 382 494, birinci doza peyvəndlərin ümumi sayı 5 320 073, ikinci doza vaksinlərin sayı 4 816 072 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 021 324, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 025 olub.

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 4 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan YAZTV-yə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 583 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 303 nəfər müalicə olunaraq sağalıb, 9 670 nəfər vəfat edib. 610 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 695, bu günə qədər isə ümumilikdə 6 673 982 test icra olunub.

Son sutkadakı yoluxma sayı açıqlandı

Son sutkadakı yoluxma sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

YAZTV xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər COVID-19-dan dünyasını dəyişib.

Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda daha 21 nəfər koronavirusa yoluxub, 2 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 604 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 394 nəfər müalicə olunaraq sağalıb, 9 672 nəfər vəfat edib. 538 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 806, bu günə qədər isə ümumilikdə 6 676 788 test icra olunub.

Peyvənd olunanların sayı açıqlanıb

Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 999 vaksin vurulub.

Bu barədə YAZTV-yə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 333, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 781, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 542, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 342 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 375 580, birinci doza peyvəndlərin ümumi sayı 5 319 726, ikinci doza vaksinlərin sayı 4 815 285 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 015 906, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 224 663 olub.

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında martın 26-da gün ərzində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.

Sulu qar, qar yağacaq - Bu günün HAVASI

Sulu qar, qar yağacaq - Bu günün HAVASI

Martın 24-ə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Gündüz yağıntıda qısamüddətə fasilə olacaq. Mülayim cənub-şərq küləyi əsəcək

Havanın temperaturu gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Bakıda gecə 1-3° isti, gündüz 6°-dək isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.

Bu ərazilərə qar yağacaq - PROQNOZ

Bu ərazilərə qar yağacaq - PROQNOZ

Martın 23-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Hidrometeoroloji Proqnozlar Bürosundan  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq

küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeronda gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70% olacaq.

Azərbaycanın rayonlarında martın 23-də hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 7-12° şaxta, yüksək dağlıq ərazilərdə 15° şaxta, gündüz 0-5° şaxta olacaq.