Monday, 29 May 2023 09:49
Yeni Azərbaycan Televiziyası
Bakı
İstanbul
Moskva

Azərbaycan və Türkiyə prezidentləri arasında telefon danışığı olub

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respubliksası Prezidenti İlham Əliyevə telefonla zəng edib.
 
YAZTV-nin xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
 
Türkiyə Prezidenti dövlətmizin başçısını və xalqımızı Ramazan bayramı münasibətilə təbrik etmiş, firavanlıq arzularını çatdırıb.
 
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Türkiyə Prezidenti və Türkiyə xalqına təbriklərini və ən xoş arzularını ifadə edib.
 
Telefon söhbəti zamanı dövlət başçıları koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən işlərdən danışıb, qardaş ölkələrimiz və xalqlarımızın həmişə olduğu kimi bu ağır dövrdə də bir-birinin yanında olduqlarını vurğulayıblar.
 
Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.

“Kürd Elnur” həbs edildi

Bakıda karantin qaydalarını pozan “leytenant” saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları qanunsuz yolla əldə etdiyi üzərində leytenant xüsusi rütbəsi olan hərbi formanı geyinərək karantin qaydalarını pozan şəxsi saxlayıb.

Nazirlikdən YAZTV-ə verilən məlumata görə, Bakıxanov qəsəbəsi ərazisində sanitar-karantin rejimi ilə əlaqədar xidmət apararkən polislər hərbi geyimli bir nəfərin qeyri-adekvat hərəkətlərindən şübhələnərək ona yaxınlaşıblar. Özünü hərbi qulluqçu kimi təqdim edən həmin şəxsin üzərində bunu təsdiq edən heç bir sənədi olmadığından o, polis idarəsinə dəvət edilib. İdarədə araşdırma zaman məlum ki, bu şəxsin Saatlı rayon sakini, Sabunçu rayonunda müvəqqəti yaşayan Elçin İsmayılov olduğu məlum olub.

O, izahatında karantin rejiminin qaydalarını pozmaq və şəhər ərazisində sərbəst şəkildə hərəkət etmək üçün qeyri-qanuni yolla əldə etdiyi xüsusi formanı geyindiyini və heç bir hərbi birləşmənin əməkdaşı olmadığını etiraf edib.

Elçin İsmayılovun törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün barəsində toplanan materiallar məhkəməyə göndərilib.