Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc voleybolçuların müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirir. Federasiya bu işlər çərçivəsində ilk dəfə Bakıda çimərlik voleybolu üzrə “Seçim Günü” keçirib.
YAZTV xəbər verir ki, Bakı Su İdmanı Sarayında iki gün davam edən seçimlərə 100-ə yaxın 2009-2013-cü il təvəllüdlü qız və oğlanlar qatılıb.
“Gəncə” VK-nın beş voleybolçusu da seçimlərdə iştirak edib.
Seçimlər çimərlik voleybolu üzrə yeniyetmə və gənc qızlardan milli komandaların rəhbəri İqor Olefir və oğlanlardan ibarət milli komandaların rəhbəri Joanildo Costa Junior tərəfind