Ferrari "qəribə" bir atmosferi ozündən qovdu.

Charles Leclerc, Ferrari'nin Formula 1 mübarizələri ilə barışdığı 2020-ci ilin əvvəlindən komandadakı "qəribə" atmosferin onu sarsıtdığını etiraf etdı.Ferrari komandası , keçən mövsüm konstruktorlar çempionatında ilk sıralardan altıncı yerə enərək, yalnız üç podiuma imzağı bacardı .Son 40 ildəki ən pis nəticədən qurtulmaq istəyən 2021-ə inamla addımlamağı düşünür. Komanda problemlı avtomobil ilə keçən mövsüm yarışdı , eyni zamanda sürətli çalışmayan aerodinamik konsepsiyası sayəsində düz xətt yolunda sürətinin olmaması ilə müşahət olunan SF1000 avtomobili ilə mübarizədən geri qalmamağa çalışdı.
YAZTV xəbər verir ki, Komanda, Sebastian Vettelin 2021-ci ilin sonunda komandadan ayrılacağını və əvəzinə Carlos Sainz'i dəvət edəcəynı elan edərək ,mövsümə başladı. Ferrari'nin acınacaqlı vəziyyətinin reallığı keçən ilin əvvəlində komandada hiss olunduqca komandanın pilotu Leclerc acıqlamasında Maranelloda "qəribə" bir atmosfer yarandığını vurğuladı. Düşünürəm ki, bu mövsüm bu qəribə hiss dəyişmədilir. Carlos digər komandalardan olan təcrübəsini bölüşməyə hazırdır. Carlos müsahibəsində bu sözləri vurğulayıb "Deməli, bu çox maraqlıdır, amma düşünürəm ki, komandanın zehniyyəti hələ də keçən il olduğu kimi motivasiyadır və daha yaxşı şeylər və daha yaxşı günlərin gəlməsi üçün həqiqətən də inamlıdır.
Ferrari, keçən həftə Bəhreyndə keçirilmiş yeni SF21 avtomobili ilə performansı ilə cəsarətləndi və komandanın sahibi Mattia Binotto düz xətt istiqamətində sürətinin artıq 2021 mövsümünə gedən bir dezavantaj olmadığını bildirdi. Mövsümöncəsi testlər nəticəsində komandanın performans qazancları barədə suala cavab verən Binotto, məlumatların Ferrari'nin fabrikdəki gözləntiləri ilə necə uyğunlaşmasından məmnun olduğunu söylədi. Eyni zamanda "Avtomobilin arxasını bacardığımız qədər inkişaf etdirməyə çalışdıq" ,"Bizim üçün daha vacib olan külək tuneli və simulyasiyalarla əlaqəni başa düşmək idi, buna görə də məlumat toplamaq və müqayisə etmək koamda üçün çox vacib məqamlardan biridir."Korrelyasiyadan olduqca məmnun olduğumuzu düşünürəm, ən azı növbəti simulyasiyalar və ya son inkişaflar üçün yaxşı bir başlanğıc əldə etdiyimiz deməkdir."Korrelyasiya [test günlərində əsas amil idi. İndiyə qədər heç olmasa çox yaxşı gedir."